Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Azərbaycan qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurub ŞƏRH

Azərbaycan qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurub  ŞƏRH

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan xalqı 8 Noyabr - Zəfər Günü ərəfəsindədir. Biz bu tarixi günü böyük təntənə ilə qeyd etməyə hazırlaşırıq. Dörd il öncə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi ilə sentyabrın 27-də başlanan Vətən müharibəsində erməni işğalına son qoyuldu. Qarabağ münaqişəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı. Azərbaycan qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Noyabrın 8-də şanlı üçrəngli Bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması Ermənistanı diz çökdürdü, növbəti qələbələrimizin əsasını qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya- başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən bu qəhrəman oğullarla sonsuz dərəcədə fəxr edir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında qələbə qazandı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmaq niyyətində deyil və barışmadı da. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən xalq kimi tanındı. Müxtəlif beynəlxalq dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Qələbə sayəsində “Ermənistan ordusu” və “döyüşkən erməni xalqı” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini də məhv edib. Təsadüfi deyil ki, 44 günlük müharibə dünyada XXI əsrin müharibəsi hesab olunur.

“Əlbəttə ki, tarixi Zəfərimizin qazanılmasında dövlət siyasəti, güclü ordu amili ilə yanaşı, milli birliyimizin və həmrəyliyimizin sarsılmazlığı müstəsna əhəmiyyət kəsb edir. Xalqımız Prezidentin və ordumuzun ətrafında sıx birləşmişdi. On minlərlə insan könüllü olaraq ordu sıralarına yazılmışdı. Yaşlı təqaüdçülərimiz öz pensiyalarını silahlı qüvvələrimizə yardım fonduna köçürürdülər. Biz həmin hadisələri qürurla izləyirdik. Çünki bütün bunlar milli birliyimizin necə də möhtəşəm olmasından xəbər verirdi”, - deyən Fatma Yıldırım əlavə edib ki, 44 gün ərzində “Dəmir yumruq” milli birliyimizin və gücümüzün rəmzinə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Eləcə də Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi.

Məhz bu milli birliyin nəticəsidir ki, son 4 ildə qələbələrimiz davamlı oldu. Ötən il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Eləcə də keçən il sentyabrın 19-20-də ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Bununla da, suverenliyimiz tam təmin olundu. Oktyabrın 15-də isə Xankəndi şəhərinin mərkəzi meydanında, Xocalıda Azərbaycan Bayrağının ucaldılması milli birliyimizin təntənəsidir”, - deyə Fatma Yıldırım vurğulayıb.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra qarşımızda böyük çağırışlar dayanır: “Bu çağırışların əsaslarından biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlara həyatı yenidən qaytarmaqdır. Bəli, bu gün Azərbaycan xalqı olaraq əsas missiyamız işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. Artıq o torpaqlara həyat qayıdır. 2022-ci ildə Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Daha sonra Tərtərin Talış kəndinə, Laçına, Füzuliyə, Xocalıya və Cəbrayıla insanlar qayıtmağa başladılar. Bu il Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetində min nəfərdən çox tələbə təhsil alır. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc nəslin tərbiyəsində Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası mühüm rol oynayır

Xaliq Mirzəyev: Azad olunmuş ərazilər üzrə 16 işlə bağlı toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib

Azərbaycanla Oman arasında iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Dekabrın 11-nə gözlənilən hava proqnozu

Avropa Liqası: “Elfsborq” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrə dəyişiklik edilir

Təhlükəli qida məhsullarını istehsal edənlər 10 ilədək müddətə azadlıqdan məhrum ediləcək

Mirsalam Qənbərov: 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 273 ekoloji layihə həyata keçirilib

Azərbaycanlı tələbələr Romada toplaşıblar

Vəfat etdikdən sonra donor ola bilmək üçün my.gov.az-da müvafiq formanı doldurmaq mümkün olacaq

Bakıda “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib

Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti Qubadlıda olub FOTO

“Bloomberg”: Volodimir Zelenski Donald Trampla görüşündə Ukrayna üçün təhlükəsizlik təminatı istəyib

Rəqəmsal inkişaf və nəqliyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Vaqif Cavadov: Atam sağ olsaydı, “Neftçi” üzərində qələbəyə görə məni öpüb-qucaqlayardı - MÜSAHİBƏ

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adları dəyişdirilir

® “Holcim” tərəfindən təşkil olunan “Usta Mənəm!” müsabiqəsinin Qrand Finalı baş tutub

Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb

Bugünkü hərracda tələb 65,3 milyon dollar təşkil edib

BƏƏ Mərkəzi Bankı ilə risklərin idarə edilməsi sahələri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb

“ASAN xidmət” “İnnovasiyalar üzrə idarəetmə sistemi” beynəlxalq sertifikatına layiq görülüb

Xankəndidə ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir

Azərbaycan 11 ay ərzində qiymətli metalların ixracından 190 milyon dollar gəlir əldə edib

Si Cinpin: Ticarət müharibəsi iqtisadiyyat qanunlarına ziddir

Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan millisinin futbolçusu Cənubi Koreya klubu ilə yeni müqavilə imzalayıb

Yeni il hədiyyə qutuları alarkən nələrə diqqət edilməlidir?

Mərakeş 2024-cü ildə rekord sayda turist qəbul edib

Ödənişli avtomagistrallardan istifadə qaydalarına hansı dəyişikliklər edilir?

® “Maserati”nin Azərbaycandakı yeni 4S mərkəzinin yüksəksəviyyəli açılışı: Premium avtomobil sənayesində yeni bir səhifə

Denis Şmıqal: Dünya Bankı Ukraynaya daha 454 milyon dollar ayıracaq

Bələdiyyə büdcəsinin gəlirlərinə və xərclərinə nəzarət forması dəyişiləcək

Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Milli Kitabxanada “10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” adlı virtual sərgi təqdim olunub

Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı barədə tədqiqat aparılıb

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilir

Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına necə çağırılacaq?

Ombudsman: Dünyada insan hüquqlarının pozulması halları davam edir

Bu il ərzində fiziki şəxslərə 160 milyon manatdan çox ƏDV geri qaytarılıb

Məişət zorakılığının qarşısının alınması ilə bağlı Qanuna dəyişikliklər edilib

Mircəlal Kazımi: 16 ildə Azərbaycanda 2 minə yaxın insanda orqan transplantasiyası əməliyyatı icra edilib

“Məşğulluğa dəstək” layihəsi ilə bağlı Goranboy və Mingəçevirdə ictimai dinləmələr keçiriləcək

Bu il Azərbaycanda qeydiyyata alınan mülkiyyət hüquqlarının 74 faizi bölgələrin payına düşüb

Miqrasiya Məcəlləsinə dəyişiklik edilir

Qərbi Azərbaycandan olan veteran futbolçu: Bu gün də o torpaqlara getsəm, hər qarışını tanıyaram

Eksternat imtahanları üçün sənəd qəbulu davam edir

Qarabağ xanlığının mədəni irsi Avstriya Milli Kitabxanasında təqdim edilib

Pedaqoji Universitetin müəllimlərinin nümunəvi dərsləri təqdim edilib

Naxçıvanda aksiz markası olmayan 15 min ədədə yaxın siqaret aşkarlanıb

Deputat: Orqan transplantasiyasında yeniliklərin icra edilməsi üçün müzakirələr aparılmalıdır

Cavid Qədirov: Ermənistanın delimitasiya prosesində iştirakı öz Konstitusiyasına ziddir

Parlamentarizm: ənənələr və perspektivlər

DSMF: Bu il məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 4,3 faiz artıb

Xalq şairi Nəbi Xəzrinin 100 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb

IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək

BDYPİ: Yağmurlu havada avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayrılmalıdır

“Orqan transplantasiyasında müasir dövrün çağırışları" mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə konsert təşkil ediləcək

Milli Məclis 15 məsələnin müzakirəsinə başlayıb

Naxçıvanda 2090 şəxsə əlillik təyin olunub

Azərbaycan futzal millisinin heyətində dəyişiklik edilib

Dövlət Xidməti: On ayda protokolların sayında 42 faiz azalma olub

Azərbaycan Universiteti Gürcüstanda keçiriləcək beynəlxalq müsabiqədə təmsil olunacaq

DİN: Dekabrın 9-da 41 cinayətin üstünün açılması təmin olunub

Müdafiə Sənayesi Nazirliyi: Texniki anbarda baş vermiş yanğın hadisəsinin səbəbləri araşdırılır

DGK Tibbi Xidmət İdarəsinin rəisi: Əsas problemlərdən biri orqan donorlarının sayının azlığıdır

® “Mastercard”ın dayanıqlılıq təşəbbüsləri və COP29 dövründə əsas fəaliyyətləri

Şeirinin ruhu və mayası Azərbaycan olan şair

Nazir müavini: Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib

® “Araz” mağazaları qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərir

Fərid Şəfiyev: Azərbaycan Ermənistanla sülhün əldə edilməsində maraqlıdır

Ədəbiyyat İnstitutu əməkdaşlarının il ərzində 76 kitab və monoqrafiyası çap olunub

Bu ilin on bir ayı ərzində 44,7 min şəxsə əlillik təyin olunub

Çempionlar Liqası: “Real Madrid” İtaliya, “Liverpul” İspaniya səfərində

Energetika Nazirliyində vətəndaşlarla görüş keçirilib

Elnur Məmmədov: Ermənistanın konstitusiyasındakı ərazi iddiaları sülhə maneədir

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti yenidən 75 dolları ötüb

KTN: Pambıq lifi ixracında 1,8 dəfə artım olub

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib VİDEO

ABŞ-da zəlzələ baş verib

Kanadanın Baş nazirinə etimadsızlıq səsverməsi 3-cü dəfə baş tutmayıb

ABŞ Roma Papasının atəşkəs çağırışını dəstəkləməyib

Kir Starmer Məhəmməd bin Salmanla görüşüb

Böyük beynin təkamülündə bağırsaq mikroblarının rolu araşdırılıb - ARAŞDIRMA

Omanda VIII Beynəlxalq Mülki Aviasiya Təhlükəsizlik Həftəsi keçirilir

Alimlər beyin xərçəngi ilə mübarizədə və dağınıq sklerozun müalicəsinə yenilik gətiriblər - ARAŞDIRMA

Bakıda “Azerbaijan Fashion Week” moda həftəsinin 17-ci mövsümünün açılışı olub

İtaliya Suriyadan sığınacaq tələbləri ilə bağlı prosesləri dayandırmağa qərar verib

İsveç suriyalı qaçqınlarla bağlı qərarların icrasını dayandırıb

Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb

® Birdəfəlik müavinətlər “Birbank”da

“Şamaxı” iki futbolçusu ilə yollarını ayırıb

“Xurşidbanu Natəvan. Gül dəftəri” kitabı işıq üzü görüb

Bakıdakı Rus evində Azərbaycanın Xalq artistinin yaradıcılıq gecəsi keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Demokratik İslahatlar Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI