Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Almatı şəhərində konfransda iştirak ediblər
Bakı, 2 may, AZƏRTAC
Almatıda 10-cu Avropa Regional Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinın konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda Florensiyada keçirilmiş “Fəaliyyətə çağırış” adlı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin 9-cu Avropa Regional Konfransının hesabatı, bu ilin aprelində Qırğızıstanın Bişkek şəhərində keçirilmiş Qızıl Xaç Qızıl Aypara Cəmiyyətlərinin XXIII Avropa üzrə Gənclərin əməkdaşlıq görüşünün Gənclər Bəyannaməsi və digər mövzulara dair keçirilən ilkin qiymətləndirmə hesabatının təqdimatı olub.
Konfrans iştirakçılarına milli cəmiyyətlərin təqdim olunması və yerli kontekstə uyğunluğuna dair məlumat verilib.
Mövzuya uyğun olaraq daxili resursların səfərbər edilməsinin gücləndirilməsi, könüllülük və gənclik, icmalarda hesabatlıq və qoşulma kimi məsələlər müzakirə olunub.
10-cu Avropa Regional Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri konfransında ölkəmizi Azərbaycan Qızıl Aypara Cəmiyyətindən Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov və icraçı katibin müavini Şaban Şayev təmsil ediblər.
Konfrans öz işini mayın 4-də yekunlaşdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:14]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [18:50]