Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN VƏ BAŞ PROKURORLUĞUNUN 15-16 OKTYABR TARİXLƏRDƏ BAKI ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ HADİSƏLƏRLƏ BAĞLI MƏTBUAT ÜÇÜN BƏYANATI

Son on ildə ölkənin rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən köhnə rejimdən miras qalmış xaos və anarxiyanın, baş alıb gedən cinayətkarlığın qarşısının alınması, onun ağır nəticələrinin aradan qaldırılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilmiş, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, asayişin mühafizəsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur.

Hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycan Respublikasında dövlətçiliyin, hakimiyyətin bütün qollarının möhkəmləndirilməsi, iqtisadiyyatın yenidən qurulması, demokratik təsisatların yaradılması və inkişafı, hər bir şəxsin hüquqlarının təmini istiqamətində məqsədyönlü iş aparılır. Milli qanunvericiliyin təkmilləşdirilməsi və humanistləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması üzrə konkret addımlar atılmış, ictimai-siyasi sabitliyin dönməzliyinə nail olunmuşdur. Etibarlı tərəfdaş və stabil dövlət kimi dünya birliyinə fəal inteqrasiya olunan Azərbaycanın beynəlxalq nüfuzu günü-gündən artır və möhkəmlənir.

Lakin baş verən müsbət dəyişiklikləri, mövcud reallıqları qəbul etmək istəməyən radikal müxalifət tərəfindən hakimiyyət orqanlarının konstruktiv mövqe tutmaq çağırışlarına daha kəskin və barışmaz münasibət nümayiş etdirilir. Onlar, respublikamızda, eləcə də bütün Jənubi Qafqaz regionunda sabitliyin pozulmasında maraqlı olan bəzi xarici dairələrin, xüsusi xidmət orqanlarının mənafeləri naminə, məqsədyönlü şəkildə Azərbaycanın suverenliyinin zəiflədilməsinə, ölkəmizin müstəqil daxili və xarici siyasətinə, əldə etdiyi uğurlara kölgə salmağa cəhdlər göstərir, sabitliyin pozulması üçün yeni üsul və metodlar axtarışını davam etdirirlər.

Mütəmadi və israrlı müraciətlərə, həmrəylik və dialoq çağırışlarına, antikonstitusion hərəkətlərə son qoyulması barədə çoxsaylı xəbərdarlıqlara heç bir əhəmiyyət verməyən, ölkədə və paytaxtda mövcud olan stabilliyi pozmağa və vətəndaş qarşıdurması yaratmağa çalışan, əhalini kütləvi itaətsizliyə sövq edən radikal yönümlü müxalifət partiyaları və onların funksionerləri prezident seçkiləri ərəfəsində və seçki günü öz qanunazidd hərəkətlərini daha da fəallaşdırmışlar.

Azad və ədalətli seçkilər zamanı rəqabətdə uduzacaqlarını əvvəlcədən dərk edən, demokratik və şəffaflıq şəraitində keçən səsvermənin gedişində isə artıq buna tam əmin olan müxalifətin ekstremist əhval-ruhiyyəli dairələri növbəti dəfə pozuculuq hərəkətlərinə əl atmışlar. Bu işdə “Müsavat” və “Ümid’” partiyalarının liderləri İsa Qəmbər və İqbal Ağazadə, onların tərəfdarları, eləcə də ADP-nin rəhbərləri, o cümlədən törətdiyi cinayətlərə görə beynəlxalq axtarışda olan Rəsul Quliyev, habelə Sərdar Jəlaloğlu, həmin partiyanın digər üzvləri və təəssübkeşləri xüsusilə fərqlənmişlər.

Qeyd olunmalıdır ki, onlar tərəfindən planlaşdırılmış kütləvi iğtişaşlarda iştirak üçün, oktyabrın 14-dən başlayaraq respublikanın şəhər və rayonlarından həmin partiyaların fəal funksionerləri və cinayətlərə meylli şəxslər cəlb edilmiş, bir hissəsinə isə bunun müqabilində pul paylanmışdır.

2003-cü il oktyabrın 15-i günü prezident seçkiləri üzrə səsvermə prosesi başa çatdıqdan sonra, “Müsavat” partiyasının 400 nəfərdən artıq üzvü və təəssübkeşi həmin partiyanın rəhbəri, prezidentliyə namizəd İsa Qəmbərin bilavasitə seçkilər ərəfəsində və seçki günü qanunazidd, təhrikçi çağırışları ilə “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq partiyanın qərargahı önündə toplaşıb mitinq keçirmişlər. Seçki məntəqələrində hələ bülletenlərin sayıldığı və səslərin hesablanmasının davam etdiyi bir vaxtda, onlar guya seçki kampaniyasının ədalətli keçirilməməsi və saxtakarlıqlara yol verilməsi haqda heç bir əsası olmayan “dəlillər” gətirərək şəhərin mərkəzində nəqliyyatın hərəkətinin qarşısını kəsmiş, paytaxtın normal həyat ahəngini pozmuşlar.

Yuxarıda göstərilən partiya rəhbərlərinin seçkilər başa çatdıqdan sonra məqsədyönlü şəkildə yaydıqları belə iftira və uydurmalar, eləcə də “Müsavat” partiyasının qərargahı qarşısında toplaşanları qanunsuzluqlar törədilməsinə sövq etmək çağırışları, paytaxtda ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən aksiyaların törədilməsinə təkan vermişdir.

Bu qanunsuz aksiyanın iştirakçıları, ekstremal şəraitdə maksimum dözümlülük və təmkinlilik göstərən hakimiyyət orqanlarının, hüquq-mühafizə qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara nəinki məhəl qoymamış, polis əməkdaşlarına əvvəlcədən hazırladıqları daş, şüşə və dəmir parçaları ilə hücumlar etmişlər.

Oktyabrın 15-dən 16-na keçən gecə, öz xidməti vəzifəsini icra edərək baş vermiş hadisələri işıqlandıran və təxminən saat ikinin yarısında digər kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə “Müsavat” partiyasının qərargahında keçirilən mətbuat konfransına dəvət olunan “Lider” telekanalının jurnalisti Sahil Kərimli, həmin partiyanın tərəfdarları tərəfindən orada vəhşicəsinə döyülmüş və sağlamlığına qəsdən ağır zərər yetirilmişdir.

Görülmüş müvafiq tədbirlərlə, həmin gün, hadisələrin daha da genişlənməsinin qarşısı alınmış, paytaxtda ictimai qayda bərpa edilmişdir.

Asayişin pozulmasına yönəlmiş real təhlükənin mövcudluğuna və antikonstitusion hərəkətlərin təkrar olunmayacağı barədə bir gün əvvəl verdikləri vədlərə baxmayaraq, oktyabrın 16-da, “Müsavat” partiyasının yuxarıda adları çəkilən rəhbərləri və onların ətrafında birləşmiş “ADP”, “Ümid” partiyalarının funksionerləri və tərəfdarları mürtəce mövqeli dini dairələrin nümayəndələri ilə cinayətkar sövdələşməyə girərək, əvvəlcədən planlaşdırdıqları və özlərinin mətbuat vasitələrində bəyan etdikləri sxemə uyğun paytaxtın müxtəlif yerlərində kütləvi iğtişaşlar təşkil etmişlər.

Günün ikinci yarısında, həmin partiyaların 3000 nəfərdən çox üzvü və təəssübkeşi, habelə onların cəlb etdikləri pozucu qüvvələr və cinayətkar ünsürlər, adları çəkilən partiya liderlərinin hakimiyyət nümayəndələrinə tabe olmamaq, onlara zor və müqavimət göstərmək barədə çağırışları ilə Səbail rayonu ərazisindəki “Azərbaycan Dövlət Xalçaçılıq Muzeyi”nin binası qarşısında toplaşaraq asayişi kobud surətdə pozmuş, ətrafda post-patrul xidməti aparan polis naryadlarına hücum etmişlər. Hər cür kəsici-deşici vasitələrdən və küt alətlərdən istifadə edən kütləvi iğtişaşın iştirakçıları vətəndaşlara və polis əməkdaşlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər.

Hüquqazidd əməllərinin miqyasını məqsədyönlü şəkildə genişləndirən və “Azadlıq” meydanına tərəf hərəkət edən cinayətkar aksiyanın iştirakçıları hakimiyyət nümayəndələrinin qanunsuzluqlara son qoyulması barədə tələblərinə əhəmiyyət verməyərək zorakılıqlar, dövlətə və vətəndaşlara məxsus əmlakın dağıdılması və məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törətmişlər. Onlar, zor tətbiq etməklə insanları şəhər nəqliyyatından düşürərək, öz sıralarına qoşmağa cəhdlər etmişlər. Nəticədə bu aqressiv kütlənin hərəkət etdiyi istiqamətlərdə yerləşən bir sıra idarə və təşkilatların, ticarət obyektlərinin pəncərələri, fasad və vitrinləri dağıdılmış, 47 nəqliyyat vasitəsi, o cümlədən müxtəlif müəssisə və təşkilatlara məxsus 9, vətəndaşların mülkiyyətində olan 25 və 13 polis avtomobili sındırılaraq yararsız hala salınmışdır.

Hadisələrin izdihamlı və çoxsaylı insanların toplaşdığı yerlərdə baş verməsi, belə konkret ekstremal şəraitlərdə polisin görməli olduğu adekvat tədbirlərin vətəndaşların həyat və sağlamlığı üçün təhlükə doğura biləcəyi nəzərə alınaraq, təmkinlilik və dözümlülük göstərən asayişi mühafizə qüvvələri hüquq pozuntularına yol verən şəxslərə qanunsuzluqlara son qoymaq barədə müraciətlər etmiş, onları düşdükləri idarəolunmaz və gərgin vəziyyətdən çıxarmağa, izahat işləri aparmaqla ictimai qaydanı bərpa etməyə çalışmışlar.

Lakin daxili işlər orqanları əməkdaşlarının təmkinliyini zəiflik kimi qiymətləndirən kütləvi iğtişaşın iştirakçıları öz hərəkətlərini daha qəddarlıqla davam etdirmişlər. Onlar, Daxili Qoşunlara məxsus “Ural” markalı yük avtomobilini ələ keçirib hərbi qulluqçuların üzərinə sürərək həyatları üçün qəsdən real təhlükə yaratmış, bir neçə nəfərin sağlamlığına ağır zərər vurmuşlar.

Öz qanunazidd hərəkətlərini “Azadlıq” meydanına keçirərək orada davam etdirən aksiya iştirakçıları daha sonra kiçik qruplara bölünərək şəhərin müxtəlif yerlərində dinc sakinlərə hücumlar etmiş, yeni dağıntılar törətmişlər.

Bu cinayətlər zamanı iğtişaşın iştirakçılarından biri azğınlaşmış kütlənin ayaqları altında qalaraq ölmüş, 5 yaşlı uşaq və onun hamilə anası isə ciddi xəsarətlər almışlar.

Bütövlükdə qrup halında törədilən zorakılıqlar 60-dan çox vətəndaşın zərər çəkməsi ilə nəticələnmişdir.

Kütləvi iğtişaş iştirakçılarının qatı xuliqanlıq hərəkətləri ilə şəhərin abadlığına, hüquqi və fiziki şəxslərə milyard manatlarla hesablanan maddi ziyan vurulmuş, bir neçə saat stress vəziyyətində qalmış paytaxt əhalisi isə baş vermiş hadisələrin psixoloci təsirini yaşamaq məcburiyyətində qalmışdır.

Kütləvi iğtişaşların daha geniş miqyasının qarşısının alınması, vətəndaşların konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmini məqsədilə görülmüş qanuni tədbirlər nəticəsində, oktyabrın 16-da saat 18 radələrində, asayişi mühafizə qüvvələri tərəfindən vəziyyət tam nəzarətə götürülmüşdür.

Hadisələrin məhz belə məcrada inkişafı müxalifətin destruktiv qanadının, öz siyasi ambisiyaları naminə ölkə əhalisini vətəndaş itaətsizliyinə və hakimiyyət orqanları ilə qarşıdurma yaratmağa təhrik etmək niyyətini və bunun həyata keçirilməsi üçün konkret fəaliyyətə hazır olmasını bir daha təsdiq etmişdir.

Paytaxt sakinlərinin və şəhərin qonaqlarının gözləri qarşısında baş vermiş bu neqativ təzahürlər, qanunların tapdanması, özbaşınalıqlar və azğınlıqlar respublika vətəndaşlarının haqlı narazılıq və hiddətinə, ittihamedici ictimai rezonansa səbəb olmuşdur.

Ölkənin şəhər və rayonlarında, müəssisə, idarə və təşkilatlarda, yaşayış məntəqələrində keçirilmiş və yüz minlərlə insanın iştirak etdiyi yığıncaq və mitinqlərdə kütləvi iğtişaşın təşkilatçılarının ünvanına qəti etirazlar səsləndirilmişdir.

Vətəndaşlar iradələrinin azad ifadəsinə, Konstitusiyada təsbit edilmiş seçki hüquqlarına və səslərinin mənimsənilməsinə qarşı olan qəsdlərə hiddətlərini bildirmiş, hüquq-mühafizə orqanlarına ünvanladıqları müraciətlərdə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qanunla nəzərdə tutulan bütün tədbirlərin görülməsini təkidlə tələb etmişlər.

Onu da qeyd etməyi vacib sayırıq ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən hadisələrin mahiyyətinin açıqlanması və görülən tədbirlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə, ölkədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilmiş, bu xüsusatlarla əlaqədar həmin qurumlara tam və obyektiv informasiyalar təqdim edilmişdir. Eyni zamanda, onların irəli sürdüyü təkliflər nəzərə alınmış və cinayət işi üzrə aparılan araşdırmalar çərçivəsində işgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəlinmişdir.

Bununla bərabər, hadisələrdən cəmi bir neçə gün sonra, bəzi beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri, eləcə də ayrı-ayrı yerli kütləvi informasiya vasitələri kütləvi iğtişaşın iştirakçılarının, o cümlədən prosesləri izləyən jurnalistlərin guya əsassız həbs olunmalarına dair bəyanatlar vermişlər. Həmçinin, saxlama yerlərində döyülmə halları və işgəncələrin tətbiq edilməsi barədə həqiqətə uyğun olmayan fikirlər də yayılmışdır.

Heç bir məntiqə sığmayan və reallıqdan kənar belə bəyanatlar əslində emosional olmaqla, uydurma xarakterlidir. Qeyd olunmalıdır ki, həmin bəyanatlarda - kütləvi iğtişaşları bilavasitə təşkil etmiş, yaxud cinayətlər törətmiş, məsuliyyətdən yayınmaq üçün respublika əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaqda maraqlı olan şəxslərin ötürdüyü birtərəfli, qərəzli məlumatlara istinad edilməsi ciddi narahatçılıq doğurur.

Hesab edirik ki, belə məlumatların müvafiq yoxlamalar aparılmadan məsuliyyətsizcəsinə beynəlxalq təşkilatlara təqdim olunması qanunazidd və yolverilməzdir.

Polisin repressiv hərəkətləri barədə uydurulmuş fikirlərin isə mövcud reallıqlarla heç bir əlaqəsi yoxdur. Asayişin bərpası üzrə bütün tədbirlər dəqiq düşünülmüş plan əsasında, qanunçuluğa ciddi riayət olunmaqla, ümumdövlət və ictimai maraqların, insan və vətəndaş hüquq və azadlıqlarının qeyd-şərtsiz təmininin vacibliyi nəzərə alınmaqla həyata keçirilmişdir.

Belə ekstremal şəraitlərdə polis funksiyalarının tətbiqi müxalifət tərəfindən repressiya kimi qiymətləndirilməklə həmişə asayiş keşikçilərini ləkələmək, hərəkətlərinin qanuniliyinə inamsızlıq yaratmaq, əhalidə onlara qarşı mənfi rəy formalaşdırmaq və eyni zamanda, ictimaiyyət qarşısında öz antikonstitusion əməllərini pərdələmək məqsədlərinə xidmət edir.

Bütün bunlar isə, ölkənin bərəbər hüquqlu vətəndaşları olan, qanunla nəzərdə tutulmuş hüquq və səlahiyyətlər əsasında cinayətkarlığa qarşı mübarizə aparan, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının və daxili qoşunların hərbi qulluqçularının hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü və qərəzli hərəkətlərdir.

Kütləvi iğtişaşlar ilə əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanılmış, prokurorluq və daxili işlər orqanları əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. Aparılan istintaqla, ifadələrin yoxlanılması ilə bu cinayətlərdə iştirakı olan bütün şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcəkdir.

İstintaq edilən cinayət işinin nəticələrindən asılı olaraq daxili işlər orqanları əməkdaşlarının hərəkətlərinin qanuniliyinə də hüquqi qiymət veriləcəkdir.

Kütləvi informasiya vasitələri və onların nümayəndələri ilə münasibətlərə gəldikdə isə xüsusi qeyd olunmalıdır ki, son illər bu sahədə məqsədyönlü iş aparılır.

Hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələri arasında konstruktiv, açıq və etibarlı əlaqələr yaradılmışdır. Ölkədə baş verən proseslər, ictimai-siyasi vəziyyət, habelə qanunçuluğun və əmin-amanlığın qorunması üzrə görülən tədbirlər barədə mütəmadi olaraq onlara məlumatlar verilir, mətbuat konfransları, brifinqlər və s. təşkil edilir. Ölkədə jurnalistlərin normal fəaliyyəti, müvafiq materialların və hadisə yerlərindən reportacların hazırlanması üçün mətbuat işçilərinə hər cür şərait yaradılır.

Son hadisələrdə jurnalistlərə təzyiqlər göstərilməsi ilə əlaqədar vurğulanan qeyri-obyektiv xüsusatlarla bağlı bəyan edirik ki, kütləvi iğtişaşın iştirakçılarına qoşulmuş və bu zaman müxtəlif qanun pozuntularına yol verdiklərinə, bəzi hallarda isə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamağa görə saxlanılmış media nümayəndələrinə daxili işlər orqanlarında heç bir təzyiq və fiziki güc tətbiq edilməmişdir.

Bununla bərabər, cəmiyyətdə həmrəyliyin əldə edilməsi naminə alicənablıq nümayiş etdirilərək, habelə humanizm prinsipləri rəhbər tutularaq, kütləvi iğtişaş faktı üzrə ibtidai istintaqın yekunlaşmamasına baxmayaraq, 2003-cü il oktyabrın 21-də, jurnalistlər, barələrində heç bir qətimkan tədbiri seçilmədən azad edilmişlər.

Qeyd olunmalıdır ki, beynəlxalq jurnalist təşkilatı olan “Sərhədsiz reportyorlar” və “Artikl 19” hüquq-müdafiə qurumunun bəyanatlarında jurnalistlər - Azər Qaraçənli, Zabil Müqabiloğlu, Jeyhun Əsgərli, Emin Hüseynov, Nəbi Alışov və digərləri barədə göstərilmiş faktlar Daxili İşlər Nazirliyi tərəfindən tam və hərtərəfli araşdırılır.

Hadisənin ilk günləri, 16-19 oktyabr tarixlərində keçirilən tədbirlər nəticəsində kütləvi iğtişaşların 400-dən artıq fəal iştirakçısı saxlanılmışdır.

Ümumiyyətlə, kütləvi iğtişaşlarda iştrakları ilə əlaqədar və bu proseslər zamanı müxtəlif hüquqpozma törətdiklərinə görə 625 nəfər saxlanılmışdır. Ağır nəticələrə, böyük maddi və mənəvi ziyanın vurulmasına səbəb olmuş kütləvi iğtişaşın təşkilatçıları və bilavasitə icraçılarından 77 nəfərinə ittiham elan edilməklə, məhkəmələr tərəfindən onların barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onların prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi müdafiəsi üçün bütün zəruri tədbirlər görülür (müvafiq siyahı əlavə olunur).

Birinci instansiya məhkəmələrinin qərarları ilə 548 nəfər şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmiş, onlardan 11 nəfəri xəbərdar olunmuş, 66-sı cərimələnmiş, 471 nəfər haqqında inzibati həbs tədbiri seçilmişdir.

Humanizm prinsipləri rəhbər tutularaq, oktyabrın 25-nə olan müddətə 406 nəfər, o cümlədən prokurorluq orqanlarının vəsatəti əsasında tətbiq olunmuş tənbehin bir hissəsinin çəkilməsi nəzərə alınmaqla 319 nəfər Apellyasiya Məhkəməsinin qərarı ilə azad edilmişdir.

Beləliklə, saxlanılmış 625 şəxsdən yalnız 77-nə cinayət törətdiyinə görə ittiham elan olunaraq barələrində həbs qətimkan tədbiri seçilmiş, 548 nəfərə isə müxtəlif inzibati tənbeh tədbirləri tətbiq edilmişdir.

İctimai qaydanın mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirərkən ciddi psixoloci və fiziki təsirlərə məruz qalmış bir çox polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçularından 112 nəfəri müxtəlif dərəcəli, o cümlədən ağır bədən xəsarətləri almışdır. Onlardan 73-nə stasionar müalicə təyin edilmiş, 20-dən çox əməkdaş və hərbçi isə reanimasiyaya yerləşdirilmişdir.

Hazırda cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə baş vermiş kütləvi iğtişaşların bütün xüsusatları araşdırılır, alınmış ifadələr təhlil edilir. Hadisələrin tam təfsilatı, onların təşkilatçılarının, təhrikçi və icraçılarının hərəkətləri hərtərəfli öyrənilərək obyektiv qiymətləndirilir və müvafiq qaydada sənədləşdirilir.

Jinayət işinin istintaqı prosesində müəyyənləşdirilən hallar barədə ictimaiyyət və beynəlxalq təşkilatlar bundan sonra da mütəmadi olaraq məlumatlandırılacaqdır.

Bir daha ictimaiyyətə müraciət edərək bildiririk ki, qanun qarşısında yalnız bu hadisələrin əsas təşkilatçıları və təhrikçiləri, həmçinin vətəndaşların, o cümlədən ictimai təhlükəsizliyin təminini həyata keçirən polis əməkdaşlarının və daxili qoşunların hərbi qulluqçularının həyatına və sağlamlığına təhlükə yaratmış, qəsdən zorakılıqlar, azğınlıqlar və dağıntılar törətmiş şəxslər cavab verəcəkdir.

Əminik ki, ictimaiyyət tərəfindən dəstəklənməyən, lakin hədsiz ambisiyalı və ekstremist yönümlü müxalifətin dövlət əleyhinə olan antikonstitusion hərəkətləri, “hakimiyyəti ələ keçirmək üçün bütün vasitələrin məqbul olması” kimi yanlış və qüsurlu prinsipi rəhbər tutaraq öz cinayətkar niyyətlərini aqressiv kütlə vasitəsilə, zor gücünə həyata keçirmək cəhdləri heç bir zaman baş tutmayacaqdır.

İnanırıq ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən belə qanunsuz əməllər Vətənimizin müstəqilliyini, onun gələcəyini, tərəqqisini, sabitliyi və demokratiyanı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini ən ali dəyər sayan, ölkəmizin dünya dövlətlərinin sivil inkişaf yolu ilə irəliləmək əzmini uca tutan xalqımız tərəfindən pislənəcəkdir.

Demokratik qüvvələrin təşəbbüsü ilə 15-16 oktyabrda Bakı şəhərində baş vermiş faciəli hadisələrdə - kütləvi iğtişaşlarda zərər çəkmiş şəxslərin müdafiəsi üzrə “İctimai Mərkəz”in yaradılması isə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərin ölkə əhalisinin böyük əksəriyyəti tərəfindən dəstəklənməsinin bariz sübutudur.

Respublikanın hüquq-mühafizə orqanları əmin olduqlarını bildirirlər ki, ölkənin hakimiyyət strukturlarının hüquqi prinsiplərə söykənən obyektiv mövqeyi, qanunların aliliyinin, ictimai-siyasi sabitliyin dönməzliyinin qorunması naminə Konstitusiya çərçivəsində gördükləri tədbirlər dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən düzgün anlaşılacaqdır.

Avropa Şurasının üzvü kimi özünün ali məqsədinin ümumbəşəri dəyərlərə sadiqlik və insan hüquqlarının təmini olduğunu bəyan etmiş Azərbaycanda hüquq-mühafizə orqanlarının hər cür qanunsuzluğa, dünyəvi və demokratik prinsiplərə zidd olan hərəkətlərə qarşı mövqeyi qəti və birmənalı olaraq barışmazdır. Dövlət və onun orqanları haqqında yanlış təsəvvürlərin yaradılmasına yönələn radikal müxalifət qüvvələrinin cəhdləri isə respublika ictimaiyyəti tərəfindən qəbul edilmir və əvvəlcədən uğursuzluğa məhkumdur.

Ölkəmizin hüquq-mühafizə siyasətinin əsasını humanizm, məsuliyyət, törədilmiş hüquqazidd əmələ görə cəzanın mütənasibliyi və ədalətliliyi prinsiplərinin vəhdəti təşkil edir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq qanunçuluğun və demokratik prinsiplərin dönmədən möhkəmlənməsi naminə ictimaiyyətlə və beynəlxalq təşkilatlarla açıq və məqsədyönlü əməkdaşlığa daim üstünlük verir və bu əlaqələrin davam etdirilməsinə həmişə hazırdır.

27 oktyabr 2003-cü il.

15-16 oktyabr 2003-cü il tarixlərdə Bakı şəhərində kütləvii iğtişaşların törədilməsi faktına dair Azərbaycan

Respublikası CM-nin 220.1-ci mad. Ilə başlanmış 80308 saylı cinayət işi üzrə barələrində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmiş şəxslərin

SİYAHISI

Sıra №-si Adı, soyadı, atasının adı Anadan olduğu il və yer Yaşadığı ünvan

1. Ağazadə İqbal Fəhriz oğlu 1969-cu il, Füzuli rayonu Bakı şəhəri, Xətai rayonu, 8-ci Dairəvi küçəsi, ev 26

2. Hüseynov Pənah Çodar oğlu 1957-ci il, Sabirabad rayonu, Qaraqaşlı kəndi Bakı şəhəri, Naxçıvani küçəsi ev 27, mənzil 47

3. Əkbər Sülhəddin Bayram oğlu 1960-cı il, Naxçıvan MR Şərur rayonu, Püsyan kəndi Bakı şəhəri, İ.Qutkaşınlı küçəsi ev 1B, mənzil 30

4. İbrahimov İbrahim Məşəhilal oğlu 1952-ci il, Naxçıvan MR Babək rayonu, Zeynəddin kəndi Bakı şəhəri, Hidayətzadə küçəsi 53, mənzil 11

5. Məmmədov Sərdar Cəlal oğlu 1954-cü il, Naxçıvan MR Babək rayonu, Cəhri kəndi Bakı şəhəri, Bülbül prospekti, ev 50 mənzil, 10

6. Qocayev Şahin Məhəmməd oğlu 1979-cu il, Bakı şəhəri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, ev 126, mənzil 161

7. Cəfərli Yaşar Musa oğlu 1964-cü il, Tərtər rayonu Bakı şəhəri, İnqlab prospekti, ev 1 «d», mənzil 50

8. Axundov Ağakərim Abdulrəhim oğlu 1953-cü il, Bakı şəhəri Bakı şəhəri, A.Qurbanov küçəsi, Dalan 1, ev 5

9. Həsənov Şərif Saleh oğlu 1957-ci il, Goranboy rayonu, Qızılhacılı kəndi Goranboy rayonu, Qızılhacılı kəndi

10. İsmayılov Zakir Səfər oğlu 1952-ci il, Füzuli rayonu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 6, mənzil 105

11. Məmmədov Müşviq Sovet oğlu 1969-cu il, Beyləqan rayonu Bakı şəhəri, Hövsan qəsəbəsi, Köllük küçəsi, ev 42

12. Şirinxub Yavər Həmid oğlu 1956-cı il, Şamaxı rayonu Bakı şəhəri, Hövsan qəsəbəsi 12-13-cü məhəllə, ev 29, mənzil 79

13. Kazımov Nüdrət Rzalı oğlu 1940-cı il, Füzuli rayonu Bakı şəhəri, Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsi, mənzil 89

14. Qədirli Namik Bulud oğlu 1967-ci il, Bakı şəhəri Abşeron rayonu Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsi, ev 14 mənzil , 55

15. Həmidov Şiralı Paşa oğlu 1963-cü il, Ucar rayonu, Müsüslü kəndi Sumqayıt şəhəri, 6-cı mk/r ev 6, mənzil 5

16. Məmmədov Həsən Xansuvar oğlu 1960-cı il, Sumqayıt şəhəri Sumqayıt şəhəri, 2 kv., ev 11/12, mənzil 14

17. Əsədbəyli Bəhruz Sabir oğlu 1952-ci il, Ağdam rayonu Sumqayıt şəhəri, 11-ci mk/r, ev 6, mənzil 8

18. Hüseynli Emin Hüseynağa oğlu 1976-cı il, Siyəzən rayonu Sumqayıt şəhəri, 13-cü mk/r, ev 22, mənzil 20

19. Daşdəmirov Sadiq Sabir oğlu 1958-ci il, Qəbələ rayonu, Çarxana kəndi Qəbələ şəhəri, 28 may küçəsi, ev 25

20. Alçanov Asim Ələfsər oğlu 1970-ci il, Qəbələ rayonu, Zarağan kəndi Qəbələ rayonu, Zarağan kəndi

21. Nürəddinov Nazim İsmayıl oğlu 1955-ci il, Qəbələ rayonu, Quşlar kəndi Qəbələ şəhəri, Azadlıq küçəsi 2

22. Kərimov Çingiz Hüseynqulu oğlu 1056-cı il, Qəbələ rayonu, Zarağan kəndi Qəbələ rayonu, Zarağan kəndi

23. Yusifov Fərhad Əhəd oğlu 1957-ci il, Qəbələ rayonu Qəbələ şəhəri, 20 yanvar küçəsi, ev 9

24. Sultanov Vidadi Məmməd oğlu 1965-ci il, Ermənistan Respublikası, Exeqnadzor rayonu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsi, ev 8, mənzil 3

25. Məmmədov Sabit Məlikəhməd oğlu 1979-cu il, Abşeron rayonu, Məhəmmədli kəndi Abşeron rayonu Məhəmmədli kəndi, Əli Bayramlı küçəsi, 14

26. Aslanov Ceyhun Ramazan oğlu 1980-ci il, Bakı şəhəri Bakı şəhəri, Sabunçi rayonu, 2-ci sovxoz, Ə.Əlizadə küçəsi, ev 12/6

27. Səfiyev Gəray Yaqub oğlu 1952-ci il, Ağdam rayonu Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 40 mənzil, 23

28. Səfiyev Vaqif Güleyxar oğlu 1966-cı il, Bakı şəhəri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, yataqxana 10/10

29. Əhmədov Oktay Heydər oğlu 1963-cü il, Bakı şəhəri Bakı şəhəri, 7-ci mk/r, yataqxana 17, mənzil 20

30. Süleymanov Bayram Dilman oğlu 1962-ci il, Ermənistan Respublikası, Noyanberyan rayonu Bakı şəhəri Mirqasımov küçəsi ev 1, mənzil 149

31. Qubadov Xaqani Balaxan oğlu 1961-ci il, Neftçala rayonu Bakı şəhəri, Padamdar qəsəbəsi, S.Məmmədov küçəsi, ev 36/33

32. Məmmədov Maarif İsax oğlu 1955-ci il, Qəbələ rayonu, Kürd kəndi Bakı şəhəri, Çobanzadə küçəsi, ev 46, mənzil 123

33. Yusifov Yaqub Seyfəli oğlu 1947-ci il, Qəbələ rayonu Qəbələ rayonu, Aydınqışlaq kəndi

34. Hüseynov Füzuli Ələsgər oğlu 1964-cü il, Bakı şəhəri Bakı şəhəri, Xudu Məmmədov küçəsi, ev 23. mən.10

35. Mahmudov İlqar Mehman oğlu 1963-cü il, Laçın rayonu Bakı şəhəri, Binəqədi rayonu, Nacxçıvani küçəsi, ev 1. mənzil 6

36. Qafarov Yusif Sadıx oğlu 1948-ci il, Zəngilan rayonu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 16-cı məşhəllə, ev 2. mən. 51

37. Məmmədov Elşən Əli oğlu 1979-cu il, Kəlbəcər rayonu Ağsu rayonu, Meliatorlar qəsəbəsi, Qərənfil uşaq baxçası

38. Şərifov Natiq Ağaməmməd oğlu 1965-ci il, Bakı şəhəri Abşeron rayonu, Məhəmmədi kəndi

39. Hüseynov Adil Çodar oğlu 1964-cü il, Sabirabad rayou Sabirabad rayonu, Qaradaşlı kəndi

40. İbrahimov Namiq Adil oğlu 1981-ci il, Füzuli rayonu Füzuli rayonu, Haramı qəsəbəsi

41. Abbasov Ayət Davud oğlu 1961-ci il, Biləsuvar şəhəri Biləsuvar şəhəri, Xaqani küçəsi, ev 19

42. Sənullayev Ülvü Əzimulla oğlu 1972-ci il, İsmayıllı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi, ev 8 mənzil 5

43. Əliyev Saleh Əhmədəli oğlu 1983-cü il, Sumqayıt şəhəri Sumqayıt şəhəri, 9-cu mk/r, ev 51, mənzil 106

44. Daşdəmirli Səmid Nuru oğlu 1947-ci il, Şamaxı şəhəri Qobustan rayonu, Mərəzə qəsəbəsi

45. Baxşəliyev Sövdümalı Ağabala oğlu 1979-cu il, Abşeron rayonu, Məhəmmədi kəndi Abşeron rayonu, Məhəmmədi kəndi

46. Əsədov Etimad Savalan oğlu 1963-cü il, Ağdam rayonu, Papravənd kəndi Bakı şəhəri, A.Naxçıvani küçəsi, ev 1, mənzil 16

47. Abbaslı Yalçın Nəsrulla oğlu 1976-cı il, Bakı şəhəri Bakı şəhəri, Xiyabanı küçəsi 6/40

48. Həsənov Bəxtiyar Hidayət oğlu 1974-cü il, Qazax rayonu, Yuxarı-Əskipara kəndi Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, A.Musayev küçəsi

49. Bayramov Elxan Şövqü oğlu 1959-cu il, Qazax şəhəri Qazax şəhəri, S.Vurğun küçəsi, ev 21

50. Carcılı Ramil Firdovsi oğlu 1977-ci il, Qazax rayonu, Çaylı kəndi Qazax rayonu, Çaylı kəndi

51. Abdullayev Elçin Loğman oğlu 1974-cü il, Neftçala şəhəri Əli-Bayramlı şəhəri, 20 yanvar küçəsi, ev 17 mənzil 64

52. Əliyev Baba Bəhmən oğlu 1951-ci il, Abşeron rayonu, Xırdalan qəsəbəsi Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Tağıyev küçəsi, ev 7

53. Nəsirov Şaban Fəxrəddin oğlu 1972-ci il, Siyəzən rayonu, Böyük Həmiyyə kəndi Bakı şəhəri, 13-cü Xrebtovı küçəsi (kirayənişin)

54. Dadaşov Sədi Tofiq oğlu 1977-ci il, Bakı şəhəri Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, ev 6

55. Fərzani Arifə Nəsib qızı 1956-cı il, Şəmkir rayonu Bakı şəhəri Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi, ev 95

56. Məmmədov Nizami Ağamehdi oğlu 1983-cü il, Bakı şəhəri Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, ev 10

57. Fərzani Akif Asif oğlu 1975-ci il, Bakı şəhəri Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi, ev 95

58. Həsənov Səlahəddin Yunis oğlu 1954-cü il, Naxçıvan MR, Culfa rayonu, Kirna kəndi Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "AV" yaşayış massivi, ev 16, mənzil 79

59. Abdullayev Elxan Savalan oğlu 1977-ci il, Füzuli rayonu Füzuli rayonu, Molla Məhərrəmli kəndi

60. Abdullayev Elxan Sərdar oğlu 1975-ci il, Ağdam rayonu, Maksudlu kəndi Bərdə rayonu, Yeni Əyricə kəndi

61. Orucov Təvəkkül Fayizəli oğlu 1953-cü il, Bakı şəhəri Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, məhəllə 528, ev E, mənzil 55

62. Şirinov Yusif Mirzəli oğlu 1970-ci il, Füzuli rayonu Bakı şəhəri, 8-ci km qəsəbəsi, Şərifli küçəsi, ev 1, otaq 708

63. Tağıyev Azər Əliyar oğlu 1985-ci il, Bakı şəhəri Bakı şəhəri, Y.Əliyev küçəsi, ev 5

64. Şərifov Şıxəli Şərif oğlu 1965-ci il, Bakı şəhəri Bakı şəhəri, N.Quliyev küçəsi, ev 8

65. Hüseynov Mənsur Tofik oğlu 1982-ci il, Sabirabad rayonu, Qaraqaşlı kəndi Sabirabad rayonu, Qaraqaşlı kəndi

66. Hacıyev Arif Mustafa oğlu 1962-ci il, Zakatala rayonu, Yuxarı Tala kəndi Bakı şəhəri, Binəqədi şossesi, 8-ci mk/r, ev 20 mənzil , 165

67. Məhərrəmov Alqayıt Vəliyar oğlu 1985-ci il, Fizuli rayonu, Seyidəhmədli kəndi Bakı şəhəri, Keşlə qəsəbəsi, Tramvay küçəsi, ev 6/2

68. Rüstəmov Kənan Əkbər oğlu 1975-ci il, Ağdam rayonu Bakı şəhəri, N.Aslanov, ev 45

69. Mehdiyev Turan Ağaəli oğlu 1983-cü il, Göyçay rayonu Bakı şəhəri, Yeni Günəşli, massaiv «B», ev 11, mənzil 28

70. Hüseynov Vaqif İsaq oğlu 1959-cu il, Bakı şəhəri Bakı şəhəri, Şərifzadə küçəsi, ev 180, mənzil 46

71. Əhmədov Ənvər Məmməd oğlu 1971-ci il, Laçın rayonu, Gicimli kəndi Sumqayıt şəhəri, 41-ci məhəllə, 8 saylı yataqxada

72. Xeyrullayev Maqsud Kamil oğlu 1979-cu il, Zaqatala rayonu Zaqatala şəhəri, Ə.Həmidov küçəsi, ev 90

73. Babayev Fariz Fazil oğlu 1965-ci il, Masallı rayonu, Bədalan kəndi Masallı rayonu, Bədalan kəndi

74. Səmədov Adil Nadir oğlu 1965-ci il, Qəbələ rayonu, Zarağan kəndi Qəbələ rayonu, Zarağan kəndi

75. Cəfərov Yunus Hikmət oğlu 1975-ci il, Bakı şəhəri Bakı şəhəri, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 26

76. Abbasov Rauf Arif oğlu 1966-cı il, Tovuz rayonu Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 50, mənzil 45

77. Məmmədov Orxan Mürşüd oğlu 1974-cü il, Gəncə şəhəri Bakı şəhəri, S.Rəhimov küçəsi, ev 138, mənzil 1

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır