Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN “AZƏRNEFTYANACAQ” NEFT EMALI ZAVODUNUN İŞÇİLƏRİNİN TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyanacaq” neft emalı zavodunun 50 illik yubileyi ilə əlaqədar xüsusi xidmətlərinə görə aşağıdakı adları göstərilən neftçilər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Hüseynov Elman Əliqulu oğlu

Xıdırov Beykəs Seyfulla oğlu

Əliyev Eltay Əşrəf oğlu

Barışov Yuriy Petroviç

Quliyev Ağaşirin Simran oğlu

“Tərəqqi” medalı ilə

Nazarbəyova Naibə Əli qızı

Quliyev Həsən Abduloviç

Şükürov Kamil Rəhman oğlu

Əliyev Hüsaməddin Əliağa oğlu

Qəribov Ramazan Əli oğlu

Əbdürrəhimov Rüstəm Nəsarəddin oğlu

Qibləliyev Vəli Murtuz oğlu

Quliyev Nazim Bəhram oğlu

Şəfəqqətov Nadir Kazım oğlu

Ələkbərov Yaşar Montin oğlu

Hacıyev Əhməd Abbas oğlu

Hüseynov İldırım Musarza oğlu

Əkbərov Azad Ağabəy oğlu

Əhmədova Elmira Ağamalı qızı

Abdullayev Bayram İdris oğlu

Yekibaşov Süleyman Xozeyfə oğlu

Çolaxov Abdurazaq Məhəmərasul oğlu

Baranov Yuriy Vladimiroviç

Piroğlanov Maleddin Rzaqulu oğlu

Niftəliyev Nəsir Məmmədnəsib oğlu

Dadaşov Asif Firuz oğlu

Şahbazov Nazim Musa oğlu

Zeynalova Kifayət Qayıb qızı

Əmirov Nail Nurov oğlu

Zeynalov Səhhət Abdulrəhim oğlu

Əsədov Rahil Yadulla oğlu

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

29 avqust 2003-cü il.

***

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİNİN “AZƏRNEFTYANACAQ” NEFT EMALI ZAVODUNUN KOLLEKTİVİNƏ

Hörmətli neftçilər! Sizi - “Azərneftyanacaq” neft emalı zavodunun kollektivini müəssisənin istismara buraxılmasının 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu zavodun istismara buraxılması neft sənayemizin həyatında əlamətdar hadisə olmuşdur. Yarıməsrlik tarixi ərzində müəssisənin kollektivi Azərbaycan neftçiləri içərisində öz dəst-xətti ilə daim seçilmişdir. Bugünkü “Azərneftyanacaq”ı səciyyələndirən əsas cəhətlərdən biri işçilərin və mühəndis-texniki heyətin zəhmətsevərliyi, yüksək əmək məhsuldarlığı və buraxılan məhsulun keyfiyyətidir. Azərbaycanda neftin hasil edilməsi, daşınması və emalının çox zəngin ənənələri vardır. Hələ XX əsrin 70-80-ci illərində Yeni-Bakı neftayırma zavodunda tikilən ELOU-AVT-6, Katalitik Riforminq, Katalitik Krekinq və Tədrici Kokslaşma qurğuları bu gün imkan verir ki, neft emalı prosesində beynəlxalq standartlara cavab verən çeşidli məhsullar istehsal olunsun. Ona görə də müasir dövrdə də müstəqil respublikamız bütün dünyada aparıcı neft ölkələrindən biri kimi tanınır və bu sahənin inkişafına öz önəmli töhfələrini verir. Əminəm ki, öz peşəkarlığı və fədakar əməyi ilə seçilən “Azərneftyanacaq” neft emalı zavodunun kollektivi gələcəkdə də qazandığı müvəffəqiyyətləri möhkəmləndirmək üçün bütün səylərini səfərbər edəcək və neft sənayemizin ön cərgələrində layiqli yerini tutacaq. Milli iqtisadiyyatımızın çiçəklənməsində aparıcı rolunu qoruyub saxlayan Azərbaycan neftçiləri, zavodunuzun kollektivi də daxil olmaqla ölkəmizin dünya iqtisadiyyatına inteqrasiya olunmasına öz layiqli töhfəsini verəcəkdir. Bir daha Sizi - müəssisənizin bütün kollektivini salamlayır, hər birinizə möhkəm cansağlığı, səmərəli iş və rifah arzulayıram. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti 29 avqust 2003-cü il.

***

KONQRESMEN KURT UELDON: İLHAM ƏLİYEV DÜNYA SİYASƏTİNDƏ XÜSUSİ ÇƏKİSİ OLAN LİDERDİR

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV ABŞ KONQRESİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev avqustun 29-da Kurt Ueldonun başçılığı ilə ABŞ Konqresinin nümayəndə heyətini qəbul etmişdir. İLHAM ƏLİYEV qonaqları səmimiyyətlə salamlayaraq dedi: - ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çox sürətlə və hərtərəfli inkişaf edir. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik və artıq bunun nəticələrini görürük. Amerika hökumətinin dəstəyi olmasaydı, regionda və Azərbaycanda həyata keçirilən böyük enerji layihələrinin reallaşması da mümkün olmazdı. Bilirsiniz ki, Azərbaycan öz karbohidrogen ehtiyatlarının işlənilməsində böyük uğurlar əldə etmişdir. Ölkəmizin iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırılmışdır və bunun əhəmiyyətli bir hissəsi Birləşmiş Ştatların şirkətlərinin payına düşür. Digər sahələrdə də əməkdaşlığımız yüksək səviyyədədir. Xüsusilə terrora qarşı mübarizədə Azərbaycan ABŞ ilə birlikdədir. İraqdakı son hadisələr zamanı ölkəmiz Birləşmiş Ştatları birmənalı şəkildə dəstəkləmişdir. İndi biz bir koalisiyadayıq və ölkələrimiz arasında mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsini arzulayırıq. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Biz dəfələrlə bəyan etmişik ki, hökumət bu seçkilərin şəffaf və ədalətli şəkildə keçirilməsi üçün əlindən gələni edəcəkdir. Beləliklə, Azərbaycan demokratiya yolunda daha bir böyük addım atacaqdır. Bütün bu məsələləri mən bu yaxınlarda ABŞ-da olarkən müzakirə etdim və indi sizinlə də müzakirə etmək istəyirəm. Səmimi qəbula görə təşəkkür edən nümayəndə heyətinin başçısı Kurt Ueldon dedi: -Cənab Baş nazir! Mən çox istərdim ki, Sizi Azərbaycan dilində salamlayım. Təəssüflər olsun ki, Sizin istedadınız məndə yoxdur və beş dildə danışa bilmirəm. Yalnız fransız və rus dillərində bir neçə söz deyə bilərəm, türk və Azərbaycan dillərində danışmağa isə çətinlik çəkirəm.

Həqiqətən, 5 dildə təmiz danışan və dünya siyasətində xüsusi çəkisi olan Sizin kimi liderlə ilk dəfədir ki, görüşürəm. Beləliklə, həqiqətən, böyük şərəf duyuram ki, dünyamiqyaslı liderlə görüşürəm.

Cənab Baş nazir, bundan əvvəl mən Sizin atanızla da görüşmüşəm və bu, məndə çox böyük təəssürat yaratmışdır. Mən indi də bu təəssüratların təsiri altındayam. Hazırda atanız ABŞ-da müalicədədir. Yalnız bizim qrup deyil, bütün amerikalılar dua edirlər ki, cənab Prezident tezliklə sağalıb Vətənə dönsün. Biz bunun üçün ABŞ-da əlimizdən gələni edirik. Birləşmiş Ştatların ən yaxşı həkimləri onun səhhətinə nəzarət edirlər. Ümid edirəm ki, cənab Prezident tezliklə sağalıb Vətənə dönəcəkdir.

Nümayəndə heyətimizin tərkibindən Sizə məlum olduğu kimi, onun üzvləri arasında həm respublikaçılar, həm də demokratlar partiyalarından konqresmenlər vardır. Onlar Nyu-York, Pensilvaniya, Florida, Texas ştatlarını təmsil edirlər. Bu insanların arasında mühafizəkar, liberal yönümlü siyasətçilər vardır. Lakin hamımızın məqsədi ondan ibarətdir ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əlaqələrin inkişafında yeni səhifə açaq.

Tanınmış siyasətçi kimi Siz yaxşı bilirsiniz, Amerika Birləşmiş Ştatlarının siyasi sistemi elə qurulmuşdur ki, bizim ölkənin adından yalnız Prezident danışa bilir. O, olmadıqda, dövlət katibi və yaxud səfir ABŞ-ın mənafelərini təmsil edir. Eyni zamanda, konqresmenlər də Birləşmiş Ştatların adından danışa bilər. Bizim sistemə görə, Prezident Konqresdən yuxarı səviyyədə deyil, onunla eyni səviyyədədir. Ona görə də biz – konqresmenlər ABŞ-ın adından demək istəyirik ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi üçün əlimizdən gələni etməliyik.

Bildiyiniz kimi, büdcə məsələləri barədə Prezident Konqresə müraciət edir və nə qədər vəsait ayırmağı Konqres özü müəyyənləşdirir. Yalnız bundan sonra hökumət nə qədər vəsait xərclənəcəyi barədə qərar qəbul edir ki, bu da konqresmenlərin müəyyənləşdirdiyi çərçivədə olur.

Deməliyəm ki, bu günə qədər Konqreslə Azərbaycan parlamenti arasında əlaqələr lazımi səviyyədə olmamışdır. Bir sıra ölkələrin parlamentləri ilə bizim yüksək əlaqələrimiz mövcuddur. On iki il bundan əvvəl mən Rusiya Dövlət duması ilə əlaqələr yaratmağa başlamışam. Bundan əlavə, bizim Ukrayna Ali Radası ilə, Yaponiya parlamenti, Almaniya Bundestaqı, İsrail Knesseti ilə yüksək səviyyədə əlaqələrimiz var. Təəssüflər olsun ki, indiyədək Azərbaycan Milli Məclisi ilə əlaqələr istənilən səviyyədə olmamışdır. Amma indi biz bu əlaqələri yaratmışıq. Bu əlaqələrin yaradılması bizim üçün çox vacibdir. Əlaqələrimizin inkişafı üçün xüsusi bir strukturun yaradılmasına ehtiyac vardır. Bu struktur həm də ikitərəfli münasibətlərin qurulmasına məsuliyyət daşımalıdır.

Bizim ölkənin siyasi sisteminin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Prezident iki dəfədən artıq olmamaqla, 4 il müddətinə seçilir, dövlət katibi isə üç dəfə seçilə bilər. Lakin bizim nümayəndə heyətində elə konqresmenlər vardır ki, artıq 20 ildir bu vəzifəni daşıyırlar. Mənim özüm 17 ildir ki, konqresmenəm. Bu, uzun müddətdir. Həmin müddət ərzində həm ölkəni yaxşı tanımaq olur, həm də uzunmüddətli layihələri həyata keçirmək mümkündür.

Azərbaycan parlamenti ilə yaratdığımız struktur ölkəniz haqqında kifayət qədər məlumatlar toplamağa və fəaliyyətimizi istənilən səviyyədə qurmağa imkan verəcəkdir. Artıq Konqresdə Azərbaycanla əlaqələrə cavabdeh olan bir qurum formalaşmışdır ki, bu, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Bu qurum Azərbaycan haqqında məlumatları öyrəndikdən sonra digər konqresmenləri burada olan vəziyyətlə tanış edəcək və ölkənizə olan maraq daha da artacaqdır. Biz Azərbaycanla əlaqələri inkişaf etdirməyi bundan başlamaq istəyirik.

Mən 17 il bundan əvvəl Konqresə seçilərkən konqresmenlərin bir çoxu Azərbaycanın harada olduğunu xəritədə göstərə bilmirdilər. İndi isə konqresmenlər ölkəniz haqqında kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bizim bu işə kifayət qədər köməyimiz ola bilər. Əgər biz Azərbaycan haqqında ədalətli və düzgün fikir formalaşdıra biləriksə, bu, ölkələrimiz arasında münasibətlərin inkişafında önəmli rol oynayacaqdır.

Biz fəaliyyətimizi bütün sahələrə yönəltməyi planlaşdırırıq. Kənd təsərrüfatı, səhiyyə, təhsil, iqtisadiyyat, ekologiya, müdafiə, mədəniyyət sahələrində əməkdaşlıq olduqca vacibdir. Biz belə hesab edirik ki, ölkələrimizin universitetlərini, təhsil ocaqlarını bir-birinə yaxınlaşdırmalıyıq. Həkimlər arasında praktikanı təkmilləşdirmək üçün onların işbirliyini təşkil etməliyik. Bundan başqa, qeyri-hökumət təşkilatları arasında sıx əlaqələr qurulmalıdır. Bütün bunların həyata keçirilməsi üçün imkanlarımızdan istifadə edərək, lazımi fondların yaradılmasını düşünürük. Bu fondların köməyi ilə ölkənizdə adı çəkilən sahələr lazımi səviyyəyə çatdırılacaqdır.

Cənab Baş nazir, bizim bu səfərimiz tamamilə xalq tərəfindən maliyyələşdirilmişdir. Səfəri maliyyələşdirən “Vətəndaş və İnkişaf Fondu” heç də ABŞ hökumətinin təşəbbüsü ilə bizə vəsait ayırmamışdır. Bu, Konqresin təşəbbüsü ilə ayrılan vəsaitdir və əsas məqsəd ondan ibarətdir ki, biz Sizin ölkədə olan tədqiqatçılara yaxından kömək edək və onlar bizim mütəxəssislərlə yeni texnologiyaların inkişafını təmin etmək sahəsində birlikdə işləsinlər. Sizə məlum olduğu kimi, yeni texnologiyaların inkişafı yeni iqtisadi imkanlar deməkdir. Təkrar etmək istəyirəm ki, bu, heç də Ağ evin deyil, Konqresin təşəbbüsüdür. Biz fəaliyyətimizi məhz bu cür imkanlar hesabına qurmaq istəyirik.

Sonda onu bildirmək istəyirəm ki, mənim Moskvada olan həmkarım Adil Bağırov bizi əmin etdi ki, mütləq Azərbaycana səfər etmək lazımdır. Deməliyəm ki, bundan əvvəl biz altı ölkədə olduq, lakin Azərbaycandakı qədər qonaqpərvərlik görməmişik. Biz burada Amerika ilə möhkəm əlaqələr yaratmaq arzusu ilə rastlaşdıq.

Cənab Baş nazir, liderliyinizə və ölkənizi inkişafa apardığınıza görə Sizə minnətdarlığımı bildirirəm.

Sonra Demokratlar partiyasından Konqresin üzvü SOLOMON ORTİZ çıxış edərək dedi:

-Cənab Baş nazir, mən də səmimi qəbula görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, bu görüş ölkələrimiz arasında münasibətlərin tarixi bir dönəmində baş verir. Hər hansı bir işə başlamazdan əvvəl, ilk addım həmişə çox böyük əhəmiyyətə malikdir. Bu əlaqələri inkişaf etdirməkdə məqsədimiz ölkələrimiz üçün ən vacib məsələləri müəyyənləşdirməkdir. Deməliyəm ki, səfir Ueldon və mən eyni qrupda çalışırıq. Bu, Sinqapur qrupudur. Birləşmiş Ştatlar nəhəng dövlət olmasına baxmayaraq, bizim yalnız dörd ticarət razılığımız vardır. Bunun səbəbi ondan ibarətdir ki, bizə qarşı müxtəlif mənbələrdən müqavimət var. Sinqapurla, Çinlə hər iki tərəfdən razılıq olduğuna görə, biz ticarət müqaviləsi bağlamışıq. Bu ölkələrdən əlavə, Rumıniya və Tayvanla olan ticarət əlaqələrimizi digər ölkələrə də şamil etmək istərdik.

Bizim aramızda oxşarlıq ondan ibarətdir ki, mənim seçildiyim Texas ştatında da həm dəniz, həm də neft vardır. Biz ölkələrimiz arasındakı münasibətlərin mümkün qədər möhkəmlənməsini istəyirik.

Cənab Baş nazir, bir daha Sizə təşəkkür edirəm.

Nümayəndə heyətinin başçısı KURT UELDON təkrar söz alaraq dedi:

-Cənab Baş nazir, bir daha bu görüşə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bilirəm ki, Sizin vaxtınız çox məhduddur, lakin bu sözləri Sizə çatdırmağı lazım bildik.

Sizi yeni təyinatınız münasibətilə bir daha təbrik edirəm. Biz bilirik ki, Siz bu vəzifənin öhdəsindən layiqincə gələcəksiniz. Əminəm, bir çox ölkələrin xalqları arzulayırlar ki, onların da Sizin kimi bacarıqlı, beş dildə danışa bilən, müxtəlif mövzulara dair geniş bilgilərə malik, geniş dünyagörüşlü bir lideri olsun. Hesab edirəm ki, bu sarıdan Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə Sizin kimi lider qismət olmuşdur. Azərbaycan indi tarixi bir dövrünü yaşayır. Ölkənizin yeni bir dövrə qədəm qoyduğu bir vaxtda xalqınıza məhz Sizin kimi lider lazımdır. İnanıram ki, Siz Azərbaycana layiqincə xidmət edəcək, ölkənizə atanız qədər sadiq olacaqsınız, onun inkişafını təmin edəcəksiniz. Xüsusilə seçkilər ərəfəsində Sizin kimi bacarıqlı və savadlı adamın ölkəyə rəhbərlik etməsi böyük əhəmiyyət daşıyır. İnanıram ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçəcəkdir.

Yenə də hamımız bu görüşə görə Sizə minnətdarlığımızı bildiririk və atanızın tezliklə sağalması üçün dua edirik.

Baş nazir İLHAM ƏLİYEV səmimi sözlər üçün qonaqlara təşəkkür edərək dedi:

-Çox sağ olun. İcazə versəniz, mən bildiyim dillərin birində, çox sevdiyim ingilis dilində cavab verərdim. Xoş sözlərinizə, atam haqqındakı sözlərinizə görə minnətdarlığımı bildirirəm. O, indi Birləşmiş Ştatlarda müalicədədir. Azərbaycan xalqı, bizim ailəmiz və mən bu çətin günlərdə ona göstərilən qayğıya görə Birləşmiş Ştatlara minnətdarıq. Prezidentin səhhəti yaxşılığa doğru dəyişir, o, çox yaxşı müalicə alır. Biz ümid edirik ki, tezliklə Vətənə qayıdacaqdır. Azərbaycanın ona ehtiyacı var və bundan sonra da uzun illər boyu ehtiyacı olacaqdır. Məhz onun liderliyi sayəsində müasir ölkə, müasir Azərbaycan yarandı.

Siz dediniz ki, altı ölkədə olmusunuz və Azərbaycan onların arasında sizə ən yaxşı təəssürat bağışlayıbdır. Təsəvvür edə bilərsiniz ki, biz bunu eşitməkdən nə qədər qürur hissi keçiririk. Bunların hamısı cənab Prezidentin liderliyi, onun fəaliyyəti nəticəsində başa gəlmişdir və bütün bunlar tariximizin çox cətin, bəzən dramatik və təhlükəli dönəminə təsadüf edirdi. Ümidvarıq ki, həmin cətin, qeyri-sabit və qarmaqarışıq dövr, iqtisadi və sosial böhran həmişəlik olaraq keçmişdə qalacaqdır. Biz gələcəyə nikbin baxırıq, müasir, sivil, demokratik ölkə qurmaq üçün yaxşı potensialımız, möhkəm iradəmiz lazımdır. Mənim haqqımda söylədiyiniz sözlərə görə sizə çox minnətdaram. Dedikləriniz mənim üçün çox önəmlidir və fəaliyyətim boyu çalışacağam ki, mənə inanan adamları daim sevindirim.

Cənab konqresmen, siz ABŞ Konqresinin rolunu qeyd etdiniz. Biz Konqresin nə dərəcədə vacib rol oynadığını bilirik və hesab edirik ki, onunla qarşılıqlı münasibətlər, əlaqələr və anlaşma çox vacibdir. Birləşmiş Ştatların hökuməti ilə də bizim çox gözəl münasibətlərimiz var. Son zamanlar həyata keçirilən birgə tədbirlər bizim nə dərəcədə yaxınolduğumuzu və Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.

Lakin keçmişdə, Azərbaycan hələ yenicə müstəqil dövlət kimi tanındıqda ABŞ-da bizim haqqımızda kifayət qədər məlumat yox idi. Bundan əlavə, bəziləri, yumşaq desək, Azərbaycana dost münasibətləri olmayanlar, bəzi lobbiçilər bizim tanınmağımızda çox mənfi rol oynadılar. Bilirik ki, Konqresin hər dəfə qəbul etdiyi qərarı dəyişmək nə dərəcədə çətindir. Mən 907-ci maddəni nəzərdə tuturam. Buna görə də bütün bu müddət ərzində biz çalışmışıq ki, Birləşmiş Ştatlar Konqresi ilə münasibət yaradaq, bizim mövzumuzu, mövqeyimizi onun gündəliyinə gətirək. Bu nöqteyi-nəzərdən bu gün burada baş verən hadisə, özünüzün dediyiniz kimi, tarixi andır. Bu gün iki parlament arasında əlaqələrin yeni mərhələsi başlayır. Biz bu əlaqələrin gələcəyinə nikbin baxırıq. Əminəm ki, Konqres üzvləri ilə Milli Məclis üzvlərinin birbaşa münasibətləri daha çox anlaşıqlığa səbəb olacaqdır. Düşünürəm ki, ölkəmizə nəyin lazım olduğu, məqsədimizin nədən ibarət olduğu, hansı yolda olduğumuz başa düşüləcəkdir.

Bu qrupun geniş səpkidə fəaliyyət göstərmək, yəni, bizin üçün adi, gündəlik xarakter daşıyan işlərlə yanaşı, kənd təsərrüfatından təhsilə qədər digər sahələrlə də məşğul olmaq niyyəti bizi ruhlandırır. Hesab edirəm ki, birgə məqsədlərə nail olmaq üçün əlbir işləməyin böyük potensialı vardır.

Vaxt tapıb ölkəmizə gəldiyinizə görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Belə səfərlər nə qədər çox olarsa, insanlarımız, qanunverici orqanların üzvləri bir-birlərini daha çox anlayarlar. Birləşmiş Ştatlarla münasibətlər Azərbaycan üçün ən böyük prioritet təşkil edir. ABŞ bizim üçün strateji tərəfdaşdır. Bu seçimi biz on il bundan əvvəl etmişik və bu müddətdə etibarlı tərəfdaş olduğumuzu yalnız sözdə deyil, əməli işdə də sübuta yetirmişik. Biz göstərmişik ki, Birləşmiş Ştatlarla dost ölkəyik.

Bir daha sağ olun, sizə uğurlar arzulayıram.

X X X

Görüşün sonunda ABŞ Konqresi nümayəndə heyətinin başçısı Kurt Ueldon Baş nazir İlham Əliyevə hədiyyələr təqdim edərək dedi:

-İcazənizlə, bu hədiyyəni Sizə təqdim edərdim. Siz özünüz də Milli Məclisin üzvüsünüz. Ona görə də, bu hədiyyə həmkar hədiyyəsidir. Baxmayaraq ki, Siz Baş nazir vəzifəsini daşıyırsınız, Konqresin adından Sizə hədiyyələr təqdim edirəm. Bunların üzərində Konqresin möhürü vardır. Bu möhür rəmzi xarakter daşıyır. Həm Sizə, həm də xalqınıza bizim dostluq münasibətimizi bildirir və yeni, gələcək əlaqələrin rəmzini ifadə edir.

X X X

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Araz Əzimov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Nənsi MakEldauni görüşdə iştirak edirdilər.

X X X

Görüşdən sonra Baş nazir İLHAM ƏLİYEV jurnalistləri maraqlandıran suallara cavab verdi.

SUAL: İlham müəllim, cənab Prezidentlə bağlı son məlumatları öyrənmək istərdik. Belə bir xəbər yayılıb ki, guya Gülhanədə müalicəni gecikdiriblər. Bu, doğrudurmu?

CAVAB: Cənab Prezidentin səhhəti günü-gündən yaxşılaşır, müalicə davam edir. Ancaq hələ müalicəyə ehtiyac vardır. Yaxşılığa doğru çox müsbət dəyişikliklər müşahidə olunur. Mən də bir neçə gün Amerikada olarkən cənab Prezidentlə birlikdə idim, onunla bütün məsələləri müzakirə edirdik, onun üçün videomateriallar aparmışdım. Bu, Azərbaycanın xalq mahnılarından ibarət idi. Hər şey yaxşı gedir, narahatlığa heç bir əsas yoxdur. İnanıram ki, yaxın vaxtlarda cənab Prezident Vətənə dönəcəkdir. Hesab edirəm ki, o, sağlamlığını tam bərpa edib Vətənə dönməlidir, müalicəni yarıda saxlamaq lazım deyildir.

SUAL: Siz ABŞ-da apardığınız danışıqlarda Dağlıq Qarabağla bağlı məsələləri müzakirə etdinizmi?

CAVAB: Əlbəttə, bu barədə söhbətimiz olmuşdur. ABŞ bu məsələyə çox ciddi yanaşır. Biz hamımız başa düşürük ki, bu problem həll olunmasa, regionda sülhdən söhbət gedə bilməz. Regionda sülhün yaranması həm bizim üçün, həm Ermənistan üçün, həm də ABŞ üçün lazımlıdır. Əminəm ki, Birləşmiş Ştatlar bu istiqamətdə öz səylərini davam etdirəcəkdir. Yəqin ki, seçkilərdən sonra hər hansı bir real addımlardan söhbət gedə bilər.

SUAL: İlham müəllim, növbəti əfv Fərmanından sonra Avropa Şurası Parlament Assambleyasında münasibət necə olacaqdır?

CAVAB: Yəqin ki, yaxşı olmalıdır. Əlbəttə, əfv Fərmanı bizim tərəfimizdən atılan böyük bir addımdır. Hər dəfə belə bir addım atılanda Avropa Şurası bunu qiymətləndirir. Hesab edirəm ki, münasibət yaxşı olmalıdır.

SUAL: İlham müəllim, apardığınız seçkiqabağı videomateriallardan cənab Prezidentin xoşu gəldimi?

CAVAB: O, təkcə seçkiqabağı materiallar deyildir. Bizim mahnılarımız, Azərbaycanda bəzi hadisələrin videoyazıları onun xoşuna gəlmişdir.

SUAL: Ola bilərmi ki, YAP-ın iki namizədindən biri könüllü olaraq öz namizədliyini geri götürsün və yaxud YAP-dan vahid namizəd kimi Siz seçiləsiniz?

CAVAB: Mən hesab edirəm ki, seçkilərdə vahid namizəd kimi Heydər Əliyev iştirak edəcəkdir. Məndə buna tam əminlik vardır. Əsas məsələ odur ki, onun səhhəti buna imkan versin. Mən əminəm ki, səhhəti buna imkan verəcək, həkimlərin rəyi də məhz belədir.

***

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV PAKİSTAN SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Avqustun 29-da Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Faiz Məhəmməd Xosonu ölkəmizdə diplomatik missiyasının bitməsi ilə əlaqədar qəbul etmişdir.

İlham Əliyevi Baş nazir təyin olunması münasibətilə təbrik edən səfir ona fəaliyyətində uğurlar arzuladı. O əmin olduğunu bildirdi ki, Azərbaycan hökumətinin başçısı Pakistan-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəkdir. Faiz Məhəmməd Xoso onun salamını Azərbaycan Prezidenti Heydər Əliyevə yetirməyi xahiş etdi və dövlətimizin başçısının müalicəsini tezliklə başa çatdırıb Vətənə dönməsini arzuladı.

Baş nazir İlham Əliyev yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrikə və Azərbaycan Prezidentinin ünvanına xoş sözlərə görə səfirə təşəkkür etdi. O vurğuladı ki, Azərbaycanla Pakistan arasında yaranmış dostluq münasibətləri xalqlarımızın çoxdan təşəkkül tapmış əlaqələrinin davamıdır. Prezident Heydər Əliyevin və Pakistan rəhbərlərinin görüşləri münasibətlərimizin inkişafında həlledici rol oynamışdır. İlham Əliyev dedi ki, ölkələrimiz iqtisadi münasibətlərin inkişafı üçün böyük potensiala malikdirlər. Pakistan kimi böyük bir ölkə ilə əməkdaşlığın bizim üçün xüsusi əhəmiyyəti var.

Azərbaycan hökumətinin başçısı ölkəmizin haqq işinin Pakistan xalqı və rəhbərliyi tərəfindən dəstəklənməsini məmnunluqla xatırlatdı.

İlham Əliyev səfirin ölkəmizdə diplomatik missiyasını yerinə yetirdiyi dövrdəki fəaliyyətinə yüksək qiymət verdi və ona yeni işində uğurlar arzuladı.

Səfir bildirdi ki, Azərbaycanda işlədiyi dövrdə ölkənin iqtisadi dirçəlişinin və tərəqqisinin şahidi olmuşdur. O nəzərə çarpdırdı ki, Pakistan Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə nizama salınması məsələsində ölkəmizi bundan sonra da dəstəkləyəcəkdir.

Qəbulda qarşılıqlı surətdə faydalı münasibətlərin inkişafına dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BƏƏ-də IDEX və NAVDEX 2025 sərgiləri keçiriləcək

Böyük Britaniya və ABŞ beynəlxalq süni intellekt bəyannaməsini imzalamaqdan imtina edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Baş katib: TDT beynəlxalq tərəfdaşlığı gücləndirməkdə qərarlıdır

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib

Miqrantlar marşrutlarında Çexiya ərazisindən az istifadə etməyə başlayıblar

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır

Liviya sahillərində gəminin batması nəticəsində 16 pakistanlının ölümü təsdiqlənib

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

Süni intellekt əsasında işləyən çat-botlar yalan məlumatlar təqdim edir

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

“5 nəfər qışın soyuğunda çovğuna düşüb, həyatını itirdi” - Fərmayıl Cəfərovun ağrı-acılı həyat hekayəsi

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub VİDEO

Portuqaliyalı futbolçu: Məqsədim “Kəpəz”in Premyer Liqada qalmasına kömək etməkdir - MÜSAHİBƏ

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

Ukraynada dinc əhali daha çox PUA-lar səbəbindən həlak olur

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

® "Coca-Cola"nın İsmayıllı zavodunda 100-dən artıq sakinin işlə təminatı planlaşdırılır

Bakıda sərgi sahəsinin peşəkarları üçün növbəti intensiv praktiki seminar təşkil olunacaq

Yüksək Texnologiyalar Parkı ilə “Simbrella” şirkəti arasında anlaşma memorandumu imzalanıb

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

İrakli Zarkua: İsveç və Danimarka marjinal qrupları maliyyələşdirən adi ölkələrdir

Əlilliyi olan 11 gənc təcrübə proqramında iştirak etmək üçün Türkiyəyə göndərilib

ADY və FHN növbəti birgə təlim keçirib

“Yeni kitablarla tanış olaq” adlı icmal keçirilib

DİM sürücülər üçün növbəti imtahan keçirəcək

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Millinin baş məşqçisi: İnkişaf Kubokunda məqsədimiz maksimum dərəcədə uğurlu çıxış etməkdir

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

Maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub

Naxçıvan idmançıları ötən il ölkə və beynəlxalq səviyyəli yarışlarda 201 medal qazanıblar

İtaliyada 75-ci “Sanremo” musiqi festivalı başlayır

® “AccessBank” tender elan edir

Zahid Xəlil: Təşəkkür edirəm ki, məni belə intellektual uşaqlarla görüşdürdünüz

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Qanunsuz zəbt edilmiş ərazilərdə hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib FƏRMAN

Qazaxıstanda atom energetikası, İT və PUA konstruksiyası üzrə mütəxəssislər hazırlanacaq

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında ƏSASNAMƏ

Avropa çempionatı: Azərbaycan badminton millisinin qrup oyunlarının təqvimi açıqlanıb

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın yeniyetmə taekvondoçusu Türkiyədəki turnirdə gümüş medal qazanıb

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ÜST uşaqlarda onkoloji xəstəliklərin yeni ödənişsiz müalicə proqramına start verir

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Parisdə əlillər etiraz nümayişi keçiriblər

Azərbaycanlı opera sənətçisi Avropa səhnələrində

® “Google” əməkdaşı məktəblilərimizə master-klas keçib

“Best Beef” əmtəə nişanlı sosis məhsulu və kolbasanın tərkibində etiketində bəyan edilməyən donuz əti DNT-si aşkarlanıb

DYP: Meteohəssas insanlarda narahatlıq sürücülük qabiliyyətinə təsir göstərir

Rəcəb Tayyib Ərdoğan: Türkiyə qlobal güc mərkəzlərindən birinə çevrilməyi hədəfləyir

Pyerluici Kollina penalti zərbəsi ilə bağlı maraqlı təklif irəli sürüb

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

İİTKM: Azərbaycanın iqtisadi artım tempi investisiyaların cəlb edilməsinə imkanlar yaradır

Ermənistan hakimiyyəti revanşizmin ictimai rəydə aparıcı ideologiya kimi qalmasında maraqlıdır - ŞƏRH

Hərbi qulluqçularımız “AMAN-25” təlimində uğurla iştirak edirlər

® Azərbaycan Cüdo Federasiyası yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

Zamanla Qarabağ mətbəxinin fərqli xüsusiyyətləri formalaşıb

Türkiyənin naziri: Türkmənistan qazının ölkəyə tədarükü martın 1-dən başlayacaq

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırıb

BMU-da Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək

Səfir: Britaniya Trampın mandatına hörmət etməlidir

Qəbələdə çaydan qadın meyiti tapılıb

İstanbulda saxta xərçəng dərmanı istehsal edən qrup zərərsizləşdirilib

Avropada qazın qiyməti son iki ilin maksimumuna çatıb

Maskın başçılıq etdiyi konsorsium “Open AI” üzərində nəzarətə görə 97 milyard dollar təklif edib

“Batareyaları təhvil ver, təbiəti qoru”: 100 kiloqram işlənmiş batareya toplandı

Qarabağın toy adətləri: Zamanın süzgəcindən keçən ənənələr

“Tesla”nın Çindəki enerji saxlanc qurğusu zavodu istehsala başlayıb

Türkmənistandan Türkiyəyə türkmən qazının nəqlini nəzərdə tutan müqavilə imzalanıb

Sarayevoda hava çirkliliyi təhlükəli səviyyədədir

Aİ ölkələrində qazın bahalaşması yay aylarında 3 milyard avro zərərlə nəticələnə bilər

Agentlik: 1129 uşağa sosial xidmətlər göstərilir

“Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” kitabı türk dilində nəşr olunub

Fransızların 60 faizi maaşlarından narazıdır - SORĞU

Dələduzluq edənlər saxlanılıblar

Bakıdan başlanan uğur hekayəsi: Esmira Məmmədovanın unikal sənəti

Dünyada vəbaya yoluxma halları kəskin artıb

İtaliyada ət istehsalı müəssisəsində güclü yanğın olub

Vinisius Junior mövsümün sonunda “Real Madrid”i tərk edə bilər

“Qobu” ES-də 6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

Çinin elektromobil nəhəngindən sürücülərə əlverişli təklif

BDU tələbələri üçün növbəti “ARB 24 NewsLab” təlim proqramına müraciət qəbulu başlayıb

Qarabağ Universiteti tələbələrinin imtahan təəssüratları

Santorini adasında 12 800 yeraltı təkan qeydə alınıb

FIFA agenti: Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış addımdır

Rəqəmsal İnkişaf Konsepsiyasının müddəalarının icrası çərçivəsində müzakirə aparılıb

“Elm” nəşriyyatının 100 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Lənkəranda avtomobil kanala aşıb