RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ RUSİYA FEDERASİYASI ARASINDA “2010-CU İLƏDƏK OLAN DÖVRDƏ UZUNMÜDDƏTLİ İQTİSADİ ƏMƏKDAŞLIQ HAQQINDA” MÜQAVİLƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2002-ci il yanvarın 25-də Moskva şəhərində imzalanmış “2010-cu ilədək olan dövrdə uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında” Müqavilə təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev
Bakı şəhəri, 19 mart 2002-ci il