RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilsinlər:
Əli İsmayıl oğlu Əhmədov,
Toğrul Nəcəfəli oğlu Əliyev,
Vüsal Cahangir oğlu Xəlilov,
Gülər Azər qızı Paşayeva.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 7 noyabr 2024-cü il