Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 10 mart tarixli 8-VIQR nömrəli Qərarında (“Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı”, 2020, №1) aşağıdakı dəyişiklik edilsin:

“Fazil Qəzənfər oğlu Mustafa” sözləri “Ülviyyə Tapdıq qızı Həmzəyeva” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri                      Sahibə Qafarova

Bakı şəhəri, 8 dekabr 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin