RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri seçilsinlər:
Ağamalı Günay Fəzail qızı,
Allahverənov Azər Kərim oğlu,
Quliyev Azay Əjdər oğlu,
Məmmədov Ceyhun Valeh oğlu,
Musayev Elşad Nəbi oğlu,
Paşazadə Cavanşir Hümmət oğlu,
Rafailov Anatoliy Xaimoviç,
Rüstəmxanlı Tənzilə Yolçu qızı,
Salmanova Səbinə Qədir qızı,
Zabelin Mixail Yuryeviç
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 30 sentyabr 2024-cü il