RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri seçilsinlər:
Bayramov Vüqar İbad oğlu,
Cəfərov Müşfiq Cəfər oğlu,
Əsədov Heydər Xanış oğlu,
Hüseynov Aydın Nəsir oğlu,
Məhərrəmzadə Əlibala Səttar oğlu,
Məmmədov Məşhur Şahbaz oğlu,
Məsimli Əli Əhməd oğlu,
Mirkişili Tahir Famil oğlu,
Muradov Rövşən Şahbaz oğlu,
Səmədzadə Ziyad Əliabbas oğlu,
Şükürov Zaur Ramiz oğlu.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 30 sentyabr 2024-cü il