Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391 (Cild I) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə üzrə:

1.1. 2.5-ci və 2.6-cı bəndlərə “proqramının” sözündən sonra “istiqamətlər üzrə” sözləri əlavə edilsin;

1.2. 2.22-ci bənddə “investisiya proqramı dəqiqləşdirilərək” sözləri “büdcəsinə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının istiqamətlər üzrə dəqiqləşdirilmiş layihəsi” sözləri ilə əvəz edilsin.

2. 4.2-1-ci bənddə “sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir” sözləri “10-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir” sözləri ilə əvəz edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 29 ” “ dekabr ” 2024-cü il

№ 550

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin