Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 may tarixli 2132 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972, № 12, maddələr 2064, 2068; 2020, № 2, maddə 204, № 5, maddə 652, № 7, maddə 1005, № 10, maddə 1311, № 11, maddə 1413; 2021, № 2, maddə 203, № 3, maddə 280, № 8, maddə 965, № 11, maddə 1280; 2022, № 4, maddələr 375, 379, 384, 412, № 6, maddə 686, № 7, maddə 810, № 8, maddələr 974, 1024, № 12, maddə 1552; 2023, № 1, maddə 139, № 4, maddə 583; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 aprel tarixli 129 nömrəli, 21 iyul tarixli 236 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 21-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 21.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“21.1.1. ərazi gömrük idarələri:

21.1.1.1. Bakı Baş Gömrük İdarəsi

21.1.1.2. Naxçıvan Baş Gömrük İdarəsi

21.1.1.3. Astara Gömrük İdarəsi

21.1.1.4. Balakən Gömrük İdarəsi

21.1.1.5. Biləsuvar Gömrük İdarəsi

21.1.1.6. Gəncə Gömrük İdarəsi

21.1.1.7. Xaçmaz Gömrük İdarəsi

21.1.1.8. Sumqayıt Gömrük İdarəsi

21.1.1.9. Şərqi Zəngəzur Gömrük İdarəsi

21.1.1.10. Tovuz Gömrük İdarəsi”.

2. 21.1.2.2-ci yarımbənddə “Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi” sözləri “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 21.1.2.4-cü yarımbənd əlavə edilsin:

“21.1.2.4. Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 oktyabr 2023-cü il

№ 356

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin