RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli
75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 365 (Cild I); 2024, № 3, maddə 315; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 sentyabr tarixli 399 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 8.3-cü bənd üzrə:
1.1. üçüncü abzasdan “(ixtisaslaşmaların)” sözü çıxarılsın;
1.2. beşinci abzasdan “(ixtisaslaşmaları)” sözü çıxarılsın və həmin abzasa “standartlarını,” sözündən sonra “ixtisaslaşmaların adlarını (magistratura səviyyəsinə münasibətdə),” sözləri əlavə edilsin.
2. 8.4-cü bənd üzrə:
2.1. birinci abzasdan “(ixtisaslaşmalar)” sözü çıxarılsın;
2.2. dördüncü-yeddinci abzaslar müvafiq olaraq beşinci-səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“- ixtisaslaşmaların adları (magistratura səviyyəsinə münasibətdə);”.
3. 8.5-ci bəndin birinci abzasından “(ixtisaslaşmaları)” sözü çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 2 ” “ dekabr ” 2024-cü il
№ 504