RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 151 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1064 (Cild I); 2024, № 9, maddə 1051) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. I bölmənin 1-1.2-1-1.9-cu bəndləri ləğv edilsin.
2. III bölməyə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:
“6. Respublika Qan Bankı
6.1. Respublika Qan Bankının Gəncə bölməsi
6.2. Respublika Qan Bankının Şəki bölməsi
6.3. Respublika Qan Bankının Quba bölməsi
6.4. Respublika Qan Bankının Sumqayıt bölməsi
6.5. Respublika Qan Bankının Lənkəran bölməsi
6.6. Respublika Qan Bankının Bərdə bölməsi
6.7. Respublika Qan Bankının Şirvan bölməsi
6.8. Respublika Qan Bankının Mingəçevir bölməsi”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 23 ” “ noyabr ” 2024-cü il
№ 496