Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 501 (Cild I); 2024, № 3, maddə 330; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 268 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3-cü bənddə “Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri” sözləri “Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. 4.1-ci bənddə “Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə və təhsil müəssisələrinə” sözləri “Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. 5.4-cü bənddə “tədris ilinin sonunda” sözləri “ildə yeni tədris ili başlayanadək” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 may 2024-cü il

№ 287

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin