Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə və 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsi-nin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1003 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.7-ci yarımbəndə “uşaqların” sözündən əvvəl “uşaqlarla bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116-1.3-cü maddəsinə uyğun olaraq fərdi inkişaf planının hazırlanmasında və icrasında Nazirliyə kömək göstərmək, o cümlədən” sözləri əlavə edilsin;

1.2. 4.8.12-ci yarımbənddən “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına və” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1004 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.7-ci yarımbəndə “uşaqların” sözündən əvvəl “uşaqlarla bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116-1.3-cü maddə-sinə uyğun olaraq fərdi inkişaf planının hazırlanmasında və icrasında Nazirliyə kömək göstərmək, o cümlədən” sözləri əlavə edilsin;

2.2. 4.8.12-ci yarımbənddən “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına, habelə” sözləri çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri 

Bakı şəhəri, 23 fevral 2024-cü il

№ 98

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin