Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 927-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 avqust tarixli 2291 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 178 (Cild I); 2024, № 4, maddə 456) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkos-mos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddə “həyata keçirən,” sözləri “və “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq milli kosmik operator funksiyalarını həyata keçirən, habelə” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.1.15-ci, 3.1.8-1-3.1.8-5-ci yarım-bəndlər əlavə edilsin:

“2.1.15. kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsini və həmin fəaliyyətə texniki nəzarəti həyata keçirmək;”;

“3.1.8-1. kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair qəbul etdiyi məlumatları “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim etmək;

3.1.8-2. “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqeləri, onlarla əlaqədar radiotezlikləri, habelə peyk şəbəkələrini Nazirliklə birgə koordinasiya etmək;

3.1.8-3. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin telekommunikasiya peykləri vasitəsilə ölkə daxilində və xaricdə peyk sistemlərini və telekommunikasiya peyk şəbəkələrini təşkil etmək;

3.1.8-4. Azərbaycan Respublikasında filialı və ya nümayəndəliyi olmayan xarici kosmik operatorun (onun səlahiyyətləndirdiyi xarici hüquqi şəxsin) istismar etdiyi xarici kosmik obyektdən Nazirlik tərəfindən təsdiq edilmiş göstəricilərdə ilkin informasiyaların Azərbaycan Respublikasında birbaşa yer stansiyası vasitəsilə qəbulunu həyata keçirmək;

3.1.8-5. kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektin kosmik operatoru tərəfindən idarə edilməsi mümkün olmadıqda, “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə əsasən kosmik uçuşun təhlükəsizliyi üçün onun əvəzinə kosmik obyektin (mülkiyyətçisinin təmin etdiyi) müvəqqəti idarə edilməsini həyata keçirmək;”.

3. 3.1.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.8. kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınması üçün tədbirlər görmək;”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2024-cü il

№ 318

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin