Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” 2014-cü il 26 fevral tarixli 63 nömrəli və “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 24 avqust tarixli 317 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I); 2024, № 2, maddə 237) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 20.1-ci bəndində “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin istintaq təcridxanasında” sözləri ilə əvəz edilsin və həmin bəndə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə:

1.2.1. 6.3-cü bənddə “şəxslərin” sözü “və ya əvvəllər saxlanılmış şəxslərin həmin MSY-də” sözləri ilə əvəz edilsin və həmin bəndə “protokollaşdıra” sözündən sonra “, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını apara” sözləri əlavə edilsin;

1.2.2. 6.4-cü bənddə “onların” sözü “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin MSY-də” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1454 (Cild I); 2024, № 3, maddə 303) ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 14.4-cü bənd üzrə:

2.1.1. “, onların” sözü “, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin” sözləri ilə əvəz edilsin;

2.1.2. “protokollaşdırmaq” sözündən sonra “, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq” sözləri əlavə edilsin;

2.2. 14.5-ci bənddə (birinci halda) “onların” sözü “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 iyul 2024-cü il

№ 333

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin