RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 26 dekabr tarixli 241 nömrəli və “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 29 dekabr tarixli 242 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 26 dekabr tarixli 241 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1240 (Cild I) ilə təsdiq edilmiş “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın 3-cü hissəsində “akademik M.Mirqasımov” sözləri “Akademik M.Ə.Mirqasımov” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 dekabr tarixli 242 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1241 (Cild I); 2024, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın Qaydası”nın 1-ci hissəsində “akademik M.Mirqasımov” sözləri “Akademik M.Ə.Mirqasımov” sözləri ilə, “Gəncə və Şəki rayonlararası qanköçürmə mərkəzlərinin” sözləri “Respublika Qan Bankının Gəncə və Şəki bölmələrinin” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 4 dekabr 2024-cü il
№ 510