Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Depozit Sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 247-IVQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Depozit Sistemi haqqında Əsasnamə”nin 2.1-ci bəndinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“Depozitar fəaliyyəti – qiymətli kağızların saxlanması, onlara hüquqların və öhdəliklərin yüklənməsi faktlarının uçotu və təsdiqi, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada pul hesablarının açılması, aparılması və pul köçürmələri ilə əlaqədar xidmətlər göstərilməsindən ibarət olan peşəkar fəaliyyət;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin