RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2003-CÜ İL 4 AVQUST TARİXLİ 911 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “İNZİBATİ VƏ YARDIMÇI VƏZİFƏLƏRİN TƏSNİFAT TOPLUSU”NA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. 2.1.3-cü bəndə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri”
1.2. 2.1.4-cü bəndin on birinci abzasına “və rəhbərinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərinin müavini, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının katibi” sözləri əlavə edilsin;
1.3. 2.1.4-cü bəndin birinci abzasında 3-cü halda, ikinci abzasında 2-ci halda və beşinci abzasında, 2.1.5-ci bəndin birinci və ikinci abzaslarında, üçüncü abzasında 2-ci halda və dördüncü abzasında, 2.1.6-cı bəndin birinci, ikinci və dördüncü abzaslarında, 2.1.7-ci və 2.1.9-cu bəndlərin birinci abzasında «sektor müdiri» sözlərindən sonra «baş mühasib» sözləri əlavə edilsin;
1.4. 2.1.5-ci bəndin yeddinci abzasında və 2.1.6-cı bəndin dördüncü abzasında “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında” sözlərindən sonra “, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində” sözləri əlavə edilsin;
1.5. 2.1.6-cı bəndin beşinci abzasında “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən əvvəl “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəhbəri və rəhbərinin müavini,” sözləri əlavə edilsin;
1.6. 2.1.7-ci bəndin birinci abzasında “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən əvvəl “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrində,” sözləri əlavə edilsin;
1.7. 2.3.5-ci bənddə “mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında” sözlərindən sonra “, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində” sözləri əlavə edilsin;
1.8. 2.3.6-cı bəndin birinci abzasında “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən əvvəl “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin,” sözləri əlavə edilsin;
1.9. 3.2.3-cü bəndə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbəri”;
1.10. 3.2.4-cü bəndə aşağıdakı məzmunda on ikinci və on üçüncü abzaslar əlavə edilsin, on ikinci abzas müvafiq olaraq on dördüncü abzas hesab edilsin:
“Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərinin müavini;
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının katibi;”;
1.11. 3.2.4-cü bəndin birinci abzasında 3-cü halda, ikinci abzasında 2-ci halda və beşinci abzasında, 3.2.5-ci bəndin birinci və ikinci abzaslarında, üçüncü abzasında 2-ci halda və dördüncü abzasında, 3.2.6-cı bəndin birinci, ikinci və üçüncü abzaslarında, 3.2.7-ci və 3.2.9-cu bəndlərin birinci abzasında «sektor müdiri» sözlərindən sonra «,baş mühasib» sözləri əlavə edilsin;
1.12. 3.2.5-ci bəndin yeddinci abzasında və 3.2.6-cı bəndin üçüncü abzasında “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında” sözlərindən sonra “, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində” sözləri əlavə edilsin;
1.13. 3.2.6-cı bəndin dördüncü abzasında “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən əvvəl “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəhbəri və rəhbərinin müavini,” sözləri əlavə edilsin;
1.14. 3.2.7-ci bəndin birinci abzasında “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən əvvəl “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarəsində,” sözləri əlavə edilsin;
1.15. 3.4.5-ci bənddə “mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında” sözlərindən sonra “, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində” sözləri əlavə edilsin;
1.16. 3.4.6-cı bəndin birinci abzasında “Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən əvvəl “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarəsində” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2007-ci il.