Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 481; 2017, № 8, maddə 1521; 2019, № 2, maddə 242, № 6, maddə 1027; 2022, № 5, maddə 472, № 8, maddə 847) ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2.1-ci yarımbəndə “aparılması,” sözündən sonra “proqram təminatlarının hazırlanması, inkişaf etdirilməsi,” sözləri əlavə edilsin;

1.2. 1.2.4-cü yarımbəndə “texnoparkda” sözündən sonra “və ya texnoparkdan kənar” sözləri əlavə edilsin;

1.3. 1.2.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.2.13-cü və 1.2.14-cü yarımbəndlər əlavə edilsin:

“1.2.13. sistem inteqrasiyası - vahid bir sistem kimi fəaliyyət göstərməsi məqsədilə bir və ya bir neçə avadanlığın fəaliyyətini əlaqələndirən və (və ya) təmin edən proqram təminatının hazırlanması və tətbiqi prosesi;

1.2.14. proqram təminatının inkişafı - proqramların, çərçivələrin və ya proqram komponentlərinin layihələndirilməsi, sənədləşdirilməsi, yaradılması və saxlanılması prosesi.”;

1.4. aşağıdakı məzmunda 9-1-ci hissə əlavə edilsin:

“9-1. Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı

9-1.1. Sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət aşağıdakı istiqamətləri əhatə edir:

9-1.1.1. sistem inteqrasiyası üzrə:

1. qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin istehsalı, həmin məhsulların iş (xidmət) proseslərinə inteqrasiyası və tətbiqi;

2. texnoloji qurğu və avadanlıqların, o cümlədən kompüter sistemlərinin və əlaqəli komponentlərin iş (xidmət) proseslərinə inteqrasiyası və tətbiqi;

9-1.1.2. proqram təminatının hazırlanması və inkişafı üzrə:

1. proqram təminatının (o cümlədən informasiya texnologiyaları, sistemləri, ehtiyatları, informasiyanın mühafizə vasitələri və tətbiqlər üçün) hazırlanması, yaradılması, o cümlədən proqram kodlarının yazılması;

2. proqram təminatının (o cümlədən informasiya texnologiyaları, sistemləri, ehtiyatları, informasiyanın mühafizə vasitələri və tətbiqlər üçün) iş (xidmət) proseslərinə tətbiqi.

9-1.2. Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

9-1.2.1. hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatda olmalı;

9-1.2.2. fiziki şəxs olduqda - vergi uçotuna alınmalı;

9-1.2.3. kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməli;

9-1.2.4. vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcu olmamalı;

9-1.2.5. müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün qanunla nəzərdə tutulan müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

9-1.2.6. müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı və ödənişə yönəlmiş girovu olmamalı;

9-1.2.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməli;

9-1.2.8. bu Əsasnamənin 9-1.1-ci bəndində qeyd edilən sahələrdə ən azı 1 (bir) il fəaliyyət göstərməli;

9-1.2.9. fəaliyyət göstərdiyi dövr ərzində ən azı 1 (bir) məhsulu tətbiq edilməli (reallaşdırılmalı), o cümlədən satılmalı;

9-1.2.10. informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərə malik olmalı.

9-1.3. Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər vergi orqanında qeydiyyata (uçota) alındıqdan sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçməli və texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar.

9-1.4. Hüquqi və fiziki şəxslərin sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərmək üçün qeydiyyatı ilə bağlı qərarın qəbul edilməsi üzrə icraat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

9-1.5. Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş dövlət dəstəyi tədbirlərindən istifadə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərin müraciətlərinin qəbulu və cavablandırılması elektron qaydada Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Hüquqi və fiziki şəxslərin bu Əsasnamənin 9-1.2-ci bəndində qeyd edilən tələblərə uyğunluğu “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə olunan məlumatlar əsasında yoxlanılır.

9-1.6. Bu Əsasnamənin 9-1.2-ci bəndində qeyd edilən tələblərə cavab verməyən hüquqi və fiziki şəxslərə texnologiyalar parkının rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsindən imtina edilir. İmtinaya səbəb olan hallar (bu Əsasnamənin 9-1.2.7-ci yarımbəndində qeyd edilən hal istisna olmaqla) tam aradan qaldırıldıqdan sonra hüquqi və fiziki şəxslər təkrar müraciət etmək hüququna malikdirlər.”.

3. Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin