“AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 90 İLLİYİ (1918-2008)” AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALININ TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”
Azərbaycan Respublikasının yubiley medalı təsis edilsin.
II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 996; 1993-cü il, № 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 251; 2003-cü il, № 12, I kitab, maddə 677; 2005-ci il, № 4, maddə 291; 2006-cı il, № 10, maddə 846; 2007-ci il, № 3, maddə 213) 2-ci maddəsinin onuncu-on üçüncü abzasları müvafiq olaraq on birinci-on dördüncü abzaslar hesab edilsin və maddəyə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı;” sözlərindən sonra aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı;”.
III. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”
Azərbaycan Respublikasının yubiley medalının Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
IV. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2008-ci il.