AZƏRBAYCAN RESPUBLİKASI VƏ LATVİYA RESPUBLİKASI ARASINDAİQTİSADİ, ELMİ-TEXNİKİ VƏ MƏDƏNİ ƏMƏKDAŞLIQ ÜZRƏHÖKUMƏTLƏRARASI KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASITƏRƏFİNDƏN TƏRKİBİNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri:
Heydər Babayev -Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov -Azərbaycan Respublikasının
xarici işlər nazirinin müavini
İlqar Fəti-zadə -Azərbaycan Respublikasının
maliyyə nazirinin birinci müavini
Gülməmməd Cavadov -Azərbaycan Respublikasının
sənaye və energetika nazirinin müavini
Musa Pənahov -Azərbaycan Respublikasının
nəqliyyat nazirinin müavini
Sevda Məmmədəliyeva -Azərbaycan Respublikasının
mədəniyyət və turizm nazirinin müavini
Elmar Qasımov -Azərbaycan Respublikasının
təhsil nazirinin müavini
İltimas Məmmədov -Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları nazirinin müavini
Səfər Mehdiyev -Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini
Rüfət Aslanlı -Azərbaycan Respublikasının Milli Bankının İdarə heyətinin üzvü, baş direktor
2. Bu Sərəncamın 1-ci bəndi ilə tərkibi təsdiq edilmiş Hökumətlərarası Komissiyaya tapşırılsın ki, Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və onların daha da genişlənməsi istiqamətində müvafiq tədbirləri həyata keçirsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 oktyabr 2006-cı il.