Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası və Ukrayna arasında 2011-ci il yanvarın 26-da Davos şəhərində imzalanmış sənədlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 415 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası və Ukrayna arasında 2011-ci il yanvarın 26-da Davos şəhərində imzalanmış sənədlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 415 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 284) adında və 1-ci hissəsində “26-da” sözləri “28-də” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin