RƏSMİ SƏNƏDLƏR
“Azerbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 375 (Cild I) 3-cü hissəsində “30 ştat vahidi” sözləri “30 ştat vahidi vəzifəli şəxs və 8 ştat vahidi xidmət heyəti olmaqla, cəmi 38 ştat vahidi” sözləri ilə əvəz edilsin.
2. Bu Qərar 2025-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 29 ” “ dekabr ” 2024-cü il
№ 554