Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı olub

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq portalının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iclasda çıxış edərək Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” barədə söz açıb. Bildirib ki, Strategiyada müəyyən edilmiş beş prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur.

Sonra Aparat rəhbəri Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə qəbul olunan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Qeyd edib ki, bu Sərəncamla Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi, eləcə də nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verilməsi tapşırılıb. Həmçinin Sərəncamda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilməsi qeyd olunub.

Diqqətə çatdırılıb ki, bu Strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin iki sərəncamı olub. Sərəncamlarda Strategiyanın həyata keçirilməsi ilə bağlı institusional monitorinq, qiymətləndirmə və bir sıra digər məsələlər tənzimlənir. Proqram çərçivəsində işlərin gedişinə nəzarətin səmərəli təmin olunması məqsədilə İİTKM-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın formalaşdırılması tapşırılıb. Monitorinq, qiymətləndirmə və nəzarət xüsusi yaradılmış portal üzərindən həyata keçiriləcək, görülən bütün işlərlə bağlı məlumatlar portalda yerləşdiriləcək. Verilən məlumatlar əsasında qiymətləndirmələr aparılacaq, görülən işlərin gedişatı müzakirə ediləcək. Eyni zamanda, Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlərin nəticələrinə dair dövlətimizin başçısına hesabat təqdim olunacaq.

Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı azerbaijan2030.gov.az portalı haqqında məlumat verib. Bildirib ki, 2030-cu ilə kimi müəyyən olunan 5 Milli Prioritet üzrə qoyulan hədəflərə çatmaq məqsədilə Strategiyada 2022-2026-cı illər üçün 10 Məqsəd müəyyənləşdirilib. Bu məqsədlərə çatmaq üçün 20 əsas hədəf indikatoru təyin edilib. Strategiyanın təsviri məlumatlarının əks olunduğu üçüncü bölmədə nailiyyətlərin qiymətləndirilməsinə imkan verən digər indikatorlar hazırlanıb. Strategiyanın “Tədbirlər Planı” bölməsində 65 fəaliyyət istiqamətinin 269 tədbiri üzrə 261 ilkin nəticə, 328 aralıq nəticə və 162 yekun nəticə indikatorları olmaqla toplam 751 indikator qeyd edilib. Əsas hədəf indikatorları üzrə monitorinq Strategiyanın icrasına başlandığı müddət ərzindən davamlı olaraq həyata keçiriləcək və 2026-cı il üçün qarşıya qoyulmuş hədəf göstəricilərinə nail olunmasında əsas yolgöstərici kimi çıxış edəcək.

“2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyasının monitorinq Portalı”ından istifadə qaydalarının, həmçinin hesabatlılığın təmin edilməsi məqsədilə Strategiyada nəzərdə tutulmuş tədbirlərin əsas icraçısı müəyyən edilmiş 33 qurumun 100-ə yaxın nümayəndəsinə təlimlər keçirilib. Həmçinin Portaldan istifadəyə dair istifadəçi təlimatı və videotəlimat hazırlanıb. Nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə 8 işçi qrup formalaşdırılır.

Monitorinqin aparılmasının əsas məqsədlərindən biri də tədbirlərin icrası zamanı müvafiq tövsiyələrin təmin edilməsi ilə görüləcək işlərin səmərəli həyata keçirilməsinə dəstək verməkdir. Belə ki, monitorinqdən əldə olunan nəticələr əsasında tədbirlərin icrası zamanı yaranan problemlər və bu problemlərin həlli ilə bağlı önləyici addımlar müəyyən edilir. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası zamanı nəticələrin izlənilməsi, inkişaf məqsədlərinə çatılmasında əvvəlcədən boşluqların müəyyən olunması və preventiv addımların atılması məqsədilə monitorinq nəticələri əsasında müvafiq tərəqqi hesabatı tərtib olunacaq.

Monitorinqin aparılması məqsədilə əsas və digər icraçı qurumların iştirakı ilə 2022-2026-cı illəri əhatə edən əsas hədəf indikatorları üzrə illik hədəf göstəriciləri müəyyənləşdiriləcək. Bununla yanaşı, Tədbirlər Planında müəyyən edilmiş nəticə indikatorları, hədəf göstəricilər müvafiq əsas və digər icraçı qurumların birgə iştirakı ilə illik olaraq tərtib olunacaq. Monitorinq hesabatında qeyd olunan nəticə indikatorları üzrə görülmüş işlər barədə məlumatlar təsviri formada təqdim edilir. İndikator cədvəli uğurun ölçülməsində göstəricilər ortaya qoymaqla Strategiya üzrə hədəflərə çatılması nəticələrinin müəyyənləşdirilməsinə kömək edir.

Strategiyanın təsirinin qiymətləndirilməsi metodologiyası “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, 2025-ci ildə 2022-2024-cü illər üzrə görülmüş işlərin, 2027-ci ildə 2022-2026-cı illərdə görülmüş işlərin təsirini qiymətləndirmək üçün aparılacaq. Qiymətləndirmənin aparılmasında qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq effektivlik, uyğunluq, səmərəlilik, davamlılıq və təsir kriteriyaları əsas götürülməklə qiymətləndirmə sualları tərtib olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziyada 6 bal gücündə zəlzələ olub

Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyəcək

Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə verilir

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib

Dünya birjalarında neft bahalaşıb

Bu gün Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı başlayır

AQTA: Quş qripi ilə əlaqədar bəzi ölkələrdən məhsul idxalına müvəqqəti məhdudiyyət qoyulub

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

® Zərbəyə davamlı və zərif “HONOR X8c” smartfonu artıq satışda VİDEO

AFFA: Aşağı liqa oyununda baş vermiş insident araşdırılır

Küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

KTN: Yanvar ayında xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb

Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib

Xəzərdə zəlzələ baş verib

İrəvanın hiyləgər siyasətini dəstəkləyən riyakarlar regionda yeni münaqişə ocağı yaratmağa cəhd edirlər - ŞƏRH

Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda yanğın baş verib

İnsanların əhvali-ruhiyyəsinin günlük və həftəlik dəyişkənliyi araşdırılıb - TƏDQİQAT

Türkiyənin hökumət üzvləri Kahramanmaraşda “Azərbaycan” məhəlləsinə baş çəkiblər

Vitamin əlavələri qəbulu bioloji qocalmanı ləngidə bilər - TƏDQİQAT

Azərbaycanlı yazıçının “Abaddon” romanının Qahirədə təqdimatı olub

İtaliyanın göndərdiyi 15 ton humanitar yardım Qəzzaya çatıb

Şimali Makedoniyada hökumətin keçmiş xidmət rəisi korrupsiyada ittiham olunur

Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar

Somali Nazirlər Şurası Azərbaycanla əməkdaşlıq sazişlərini təsdiqləyib

Prezident Ərdoğan: Qardaşım İlham Əliyevə öz adımdan və bütün türk xalqı adından xüsusi minnətdarlığımı bildirirəm

Astanada "Daşa yazılmış tarix" kitabının təqdimatı keçirilib

Angela Merkel siyasi partiyalara mübahisə əvəzinə müzakirə aparmaq barədə çağırış edib

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 36 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 27 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 34 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki  Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 33 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

BMT nümayəndəsi: Bakıda razılaşdırılmış iqlim maliyyələşdirilməsi üzrə yeni qlobal hədəf irəli doğru vacib addımdır

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 30 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 29 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 37 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 28 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 31 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 35 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 fevral 2025-ci il tarixli 26 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Saymon Stil: Ən geci sentyabra qədər Milli İqlim planları BMT İDÇK katibliyinə təqdim edilməlidir

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 1 fevral və 3 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Saymon Stil: Bakı – Belen yol xəritəsinin icrası bütün ölkələrə potensiallarını tam aşkar etməyə şərait yaradacaq

Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır

Şəkidə baş verən qəzada 27 yaşlı qadın xəsarət alıb

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir VİDEO

Azərbaycan İdman Akademiyasında Koventri Universitetinə qəbul olunan tələbələrlə görüş keçirilib

Azərbaycan Kuboku: "Qarabağ" çətin qələbə qazanıb

“Azərbaycan mədəni düşüncəsində yeniləşmənin baniləri” mövzusunda respublika konfransı təşkil ediləcək

AMEA Beynəlxalq Elmi Şuranın Baş Assambleyasının iclasında təmsil olunub

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Azərbaycan badmintonçusu: İstənilən rəqiblə mübarizə apara biləcək gücdəyik

EPF: Ermənistanın ekoloji zəhər saçan müəssisələri barədə rəqəmsal xəritə hazırlanır

Türkiyə Kuboku: "Qalatasaray" qrup mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB

Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər

Moskva əyalətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb

Azərbaycanlı professor Moskva İslam İnstitutunun tələbə və müəllim heyətinə məruzə oxuyub

AQTİ ilə ADA Universiteti əməkdaşlıq edəcək

ADA Universitetinin tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib

Millinin baş məşqçisi: Bakıdakı Avropa çempionatı gənc badmintonçularımıza böyük təcrübə qazandıracaq

Britaniya Xarici İşlər Nazirliyi rus diplomatın akkreditasiyasını ləğv edib

Rusiya XİN Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı rəsmi Moskvanın nota aldığını təsdiqləyib

AMEA-da professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya və kitab təqdimatı

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib

Parlament sədri: “Avropa Demokratiyaya Yardım Fondu” Gürcüstanda hansı sahəni maliyyələşdirdiyini dərhal açıqlamalıdır

Azərbaycan badminton millisinin Bakıda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub

Azərbaycan Kuboku: “Zirə” ilk oyunda “Araz-Naxçıvan”a uduzub

İngiltərə Bankı faiz dərəcəsini azaldıb

Eldorado Latın Amerikasında ən böyük sıxlığa malik hava limanı oldu

® “Azercell” Şəkinin qadın sahibkarlarını dəstəkləyir

Azərbaycanda orta aylıq əməkhaqqı 8 faiz artıb

Qəbələdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

BDU-nun nümayəndə heyəti BMT-nin COPUOS Elm və Texnika Altkomitəsinin sessiyasında təmsil olunub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Primorsk-Axtarsk” aerodromuna zərbə endirilməsini təsdiqləyib

Müşahidələr dövründə qeydə alınan ən isti yanvar ayı iqlimşünasları narahat edib

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir

Nazirlik: Yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub

XİN: Azərbaycanda “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib

Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili - seminar

Türkiyə Prezidenti 2023-cü il zəlzələlərinin ikinci ildönümü ilə bağlı paylaşım edib

Pakistanda terror aktı nəticəsində üç polis ölüb, beşi yaralanıb

Türkiyədə yaşanan “Əsrin fəlakəti”nin günahsız qurbanlarının xatirəsinə

Qərbi Azərbaycandan olan həndbol hakimi: İnanıram ki, tezliklə yurd həsrətinə son qoyulacaq

Gənc istedad Zərrin Şükürün solo konserti və kitabının təqdimatı keçirilib

Mərkəzi Hərbi Poliklinikada simpozium: tibbi elmi araşdırmalar təqdim edilib

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 4-cü iclası keçirilib

İlmə-ilmə yaşayan tarix: Qarabağ xalçaları - REPORTAJ VİDEO

Nazir: 2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir

ADAU ilə “Alkan Consulting Group” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

İcmaəsaslı Təlim Qrupları layihəsi çərçivəsində ölkə üzrə 886 mərkəz fəaliyyət göstərir

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qırğızıstan və Çin arasında 700 milyon dollar dəyərində 19 müqavilə imzalanıb

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarı ziyarət edilib

S.R.Babayevin Azərbaycan Respublikasının maliyyə naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məktəblərdə yeni metodik xidmət strukturu müəyyən edilib

Məşhur futbolçu karyerasını başa vurub

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib