Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİNİN YEKUNLARINI ELAN ETMİŞDİR

Oktyabrın 28-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iclası keçirilmişdir. İclas dövlətimizin və xalqımızın gələcəyi üçün taleyüklü əhəmiyyətə malik hadisənin – Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunmasına həsr edilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq, Məhkəmənin tərkibini elan etdi və bildirdi ki, iclasda maraqlı subyekt qismində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının heyəti iştirak edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında qanunun 38-ci maddəsinin tələblərinə görə, onlar sübutların tədqiqatında iştirak edə, ekspertlərə suallar verə və yekun sözlə çıxış edə bilərlər.

Məhkəmə iclasının katibi İsmayıl İsmayılov maraqlı subyektlərin qanuni nümayəndələrinin və ekspertlərin məhkəmə iclasına gəlməsi barədə məlumat verdi.

Konstitusiya Məhkəməsinin hakimi SONA SALMANOVA çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Beşillik müddətin başa çatdığı son ildə prezident seçkiləri təyin olunur və seçkilərin keçirilməsi gününü Mərkəzi Seçki Komissiyası müəyyən edir. Bu normaya uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkilərinin keçirilməsi 15 oktyabr 2003-cü il tarixə təyin edilmiş və həmin gün seçkilər keçirilmişdir.

O dedi ki, Mərkəzi Seçki Komissiyası 2003-cü il 20 oktyabr tarixli qərarı ilə prezident seçkilərinin yekunu barədə protokolu təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən həmin protokol, qərar və onlara əlavə edilmiş sənədlər səsvermənin nəticələrinin təsdiq və elan olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmişdir. Seçki Məcəlləsinin müvafiq müddəalarına əsasən və Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan qaydalara uyğun olaraq, bu gün Konstitusiya Məhkəməsi 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərinin nəticələrinin təsdiq və elan edilməsinə dair məsələyə baxır.

Konstitusiya Məhkəməsinin hakimi RƏFAEL QVALADZE çıxışında işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlərdən danışaraq vurğuladı ki, Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin, ilk növbədə, yekun protokolunun Seçki Məcəlləsinin tələblərinə uyğun olub-olmamasını yoxladıqdan sonra seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq edir. Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilən seçkilərə Dövlət Statistika Komitəsinin əməkdaşları iş üzrə ekspert qismində cəlb edilmişlər. Seçkilərlə bağlı şikayətlərə baxılmanın nəticələrinə dair respublika Baş Prokurorluğuna, Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə sorğular göndərilmişdir. Alınan cavablardan məlum olub ki, prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının protokolu ilə bağlı göstərilən orqanlara Seçki Məcəlləsinin müəyyən edildiyi qaydada heç bir şikayət verilməmişdir. Protokoldan göründüyü kimi, etibarlı hesab edilmiş 2 milyon 421 min 61 səsin 1 milyon 860 min 346 səsi və ya 76,84 faizi Əliyev İlham Heydər oğluna verilmişdir.

Maraqlı subyektin qanuni nümayəndəsi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri MƏZAHİR PƏNAHOV çıxış edərək, oktyabrın 15-ni Azərbaycan xalqının tarixində çox müstəsna əhəmiyyəti olan hadisə kimi qiymətləndirdi və dedi ki, seçkilərin hazırlığı və təşkili ümumilikdə, beynəlxalq standartlara cavab verən yeni qəbul edilmiş Seçki Məcəlləsi əsasında həyata keçirilmişdir.

O, seçkilərin demokratik, şəffaf şəkildə baş tutması üçün bütün müddəaları özündə əks etdirən, nüfuzlu beynəlxalq qurumların müsbət rəylərini almış Seçki Məcəlləsinin hazırlanması, qəbulu və təsdiqindən söz açdı, Mərkəzi Seçki Komissiyasında 2003-cü il oktyabrın 15-də prezident seçkilərinin keçirilməsi üçün hazırlanmış təqvim planından danışdı.

MSK sədri bildirdi ki, ilk olaraq, ölkəmizin ərazisi 125 seçki dairəsinə bölündü, dairələrin hüdudları dəqiqləşdirildi, onun sxemi mətbuatda dərc edildi. 124 dairədə dairə seçki komissiyaları formalaşdırıldı və yalnız Xankəndi dairəsində seçki komissiyası formalaşdırmaq imkanı olmadı. 5146 məntəqədə seçki məntəqəsi formalaşdırılmış, komissiyaların tərkibi siyasi plüralizm əsasında təşkil edilmişdi. 32 minə yaxın mərkəzi, dairə və məntəqə seçki komissiyaları üzvləri seçkilərin hazırlığı və keçirilməsi ilə peşəkarcasına məşğul idi. Komissiyalarda 8 siyasi partiyanın - bir hakim partiyanın, qalanları isə müxalifət partiyaların nümayəndələri təmsil olunurdu.

Qeydə alınmış 12 namizədin 9-u siyasi partiyalar, 3-ü isə təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. Qanunun tələblərinə uyğun olaraq, namizədlərə seçkiqabağı platformalarını elan etmək, seçicilərlə görüşərək öz təşviqatlarını aparmaq üçün bərabər imkanlar yaradılmışdı. Namizədlər heç bir maneə olmadan respublikamızın ayrı-ayrı regionlarında seçicilərlə sərbəst görüşlər keçirirdilər və bu, Azərbaycanın və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi.

Azərbaycanın seçki praktikasında ilk dəfə şəffaf qutulardan istifadə olunmuş, seçicilərə bülletenlər, möhürlənmiş zərf verilmişdi ki, doldurulmuş bülletenlər hökmən zərfə qoyulub qutulara atılsın.

Məzahir Pənahov seçkilərin müşahidəsinə heç bir qadağa qoyulmadığını bildirərək dedi ki, bunun üçün beynəlxalq qurumlara, xarici ölkələrə dəvətlər göndərilmiş və nəticədə, Azərbaycanda seçkiləri 43 min yerli müşahidəçi ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların mindən yuxarı təmsilçisi, diplomatik korpusun, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri izləmiş, seçkilərin həm hazırlıq mərhələlərini, həm də səsvermə prosesini beynəlxalq ictimaiyyətə çatdırmışlar. Eyni zamanda, Müstəqil Mətbuat Mərkəzi tərəfindən gün ərzində minlərlə ünvana seçkilərlə bağlı müxtəlif məlumatlar çatdırılırdı. Seçkilərdə şəffaflığı nümayiş etdirmək və səsvermənin nəticələrini operativ şəkildə dünyaya çatdırmaq üçün “Seçkilər” İnformasiya Mərkəzi çox səmərəli fəaliyyət göstərmişdir.

Bildirildi ki, müxalifət tərəfindən məşvərətçi səs hüquqlu komissiya üzvləri, səlahiyyətli nümayəndələr və müşahidəçilər təyin edilmişdi. Əsl demokratik ab-havada həyata keçirilən seçkinin məntəqə protokolları səviyyəsində ilkin nəticələr 12 saat ərzində İnternet səhifəsində idi və maraqlı tərəflər üçün nəticələrlə tanış olmaq imkanı yaranmışdı. Bu, dünya ictimaiyyətinin Azərbaycandakı seçkilərə xüsusi diqqət verməsi və onlarda obyektiv, demokratik, şəffaf seçkilərin keçirilməsi baxımından fikrin formalaşmasında mühüm rol oynadı.

MSK sədri sonda dedi ki, biz ilk dəfə olaraq, seçkilərin səhəri günü ilkin məlumatları dünya ictimaiyyətinə çatdırdıq. Bundan sonra qanunda nəzərdə tutulduğu kimi, 48 saat, yəni iki gün müddətində dairə və məntəqə seçki komissiyalarından protokollar Mərkəzi Seçki Komissiyasına çatdırıldı, nəticələr ümumiləşdirildi və ümumi yekun protokolu hazırlandı. Protokol Mərkəzi Seçki Komissiyasının 2003-cü il oktyabrın 20-də keçirilən iclasında müzakirə olundu, səsvermələrin nəticələrinə yekun vuruldu və həmin protokol Mərkəzi Seçki Komissiyasının 15 üzvünün 12-si tərəfindən təsdiq edildi. Həmin protokol və digər sənədlər təsdiq və elan olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilmişdir. Mən həmin nəticələri təsdiq etmək istəyirəm ki, protokolda yekun nəticədə səsvermə hüququna malik olan 4 milyon 442 min 338 seçicinin 3 milyon 164 min 348-i səsvermədə iştirak etmişdir. Bu da 71,23 faiz deməkdir. Xüsusi vurğulamaq fikrindəyəm ki, Azərbaycan seçicilərinin mütəşəkkil və nizam-intizamla seçki məntəqələrinə gəlməsi və fəal iştirak etməsi müşahidə aparan bütün beynəlxalq qurumlar və mətbuat nümayəndələri tərəfindən böyük məmnuniyyətlə qarşılanmışdı və onlar bunu xüsusi qeyd edirdilər. Daxil olan protokolların Mərkəzi Seçki Komissiyasında araşdırılması nəticəsində 5146 məntəqənin 694-də nəticələr bu və ya digər səbəbdən etibarsız sayılmışdır. Nəticədə 2 milyon 421 min 61 səs etibarlı sayılmış və bundan 1 milyon 860 min 346-sı cənab İlham Heydər oğlu Əliyevin lehinə verilmişdir. Bu da onu göstərirdi ki, İlham Əliyev seçicilərin 76,84 faiz səsini toplayaraq, digər yeddi namizəd üzərində çox parlaq, böyük səs çoxluğu ilə qələbə qazanmışdır. Bu nəticələr qanunda nəzərdə tutulduğu vaxtda Konstitusiya Məhkəməsinə göndərilmişdir.

Sonra MSK sədri Konstitusiya Məhkəməsi hakimlərinin suallarına ətraflı cavab verdi.

Mərkəzi Seçki Komissiyasının katibi VİDADİ MAHMUDOV müxalifəti təmsil etdiyini və onların adından danışdığını vurğulayaraq, 15 oktyabr prezident seçkilərinin keçirilməsi qaydaları və prosesləri ilə bağlı fikirlərini açıqladı.

MSK-nın katibi İNQİLAB NƏSİROV, komissiyanın üzvü FUAD CAVADOV, MSK sədrinin müavini SVETLANA QASIMOVA çıxış edərək, Azərbaycan Prezidenti seçkilərinin keçirilməsi mərhələlərindən danışdılar və bildirdilər ki, səhər saat 8-dən 5129 məntəqə açılmış və axşam saat 7-də səsvermə qurtarmış, səslərin hesablanması mərhələsi başlanmışdır.

Natiqlər seçicilərin fəallığını yüksək qiymətləndirərək, Azərbayanın bütün regionlarında Konstitusiya hüquqlarından istifadə etmək üçün seçki məntəqələrinə gələn insanlara təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, çox nüfuzlu beynəlxalq təşkilatların, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin, MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətlərinin, səfirliklərin təmsilçilərinin, çoxsaylı digər müşahidəçilərin izlədikləri bu seçkilər onlara müsbət təsir bağışlamışdır.

Ümumilikdə, seçkilər şəffaf, azad, sərbəst keçmişdir. Ciddi qanun pozuntuları, yəni seçkilərin nəticələrinə təsir edə biləcək hansısa qanun pozuntuları barəsində Mərkəzi Seçki Komissiyasına heç bir məlumat daxil olmamışdır.

Qanunun bütün tələblərinə uyğun təşkil olunmuş, lakin müxalifət qüvvələri tərəfindən müxtəlif maneələr törədilən bu seçkilərdə bəzi seçicilərin öz adlarını seçici siyahılarında tapmaması, eləcə də müxalifət partiyaları tərəfindən qeydə alınan məlumatlarla və digər yüngül xarakterli məsələlərlə bağlı beynəlxalq müşahidəçilərin münasibəti barədə danışıldı, bu cür məsələlərin seçkirlərin nəticəsinə hansı şəkildəsə kölgə sala bilməyəcəyi vurğulandı. Onlar seçki başa çatdıqdan sonrakı proseslərə, o cümlədən dairə seçki məntəqələrində protokolların hazırlanmasına beynəlxalq müşahidəçilər tərəfindən nəzarət edildiyini, ilkin nəticələrin isə dairələrdən protokollar daxil olduqdan dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlandığını və Azərbaycan ictimaiyyətinə çatdırıldığını xatırlatdılar.

Dövlət Statistika Komitəsinin aparıcı iqtisadçısı HƏLİMƏ HÜSEYNOVA, Bakı Dövlət Universitetinin konstitusiya hüquq kafedrasının müəllimi, hüquq elmləri namizədi MÜBARİZ İSMAYILOV ekspert qismində çıxış edərək öz rəylərini açıqladılar.

Onlar bildirdilər ki, 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 20 oktyabr tarixli protokolunu yoxladıq. Müəyyən edildi ki, Seçki Məcəlləsinin 102.2-ci maddəsinə əsasən Seçki Komissiyasının protokoluna seçicilər siyahısındakı seçicilərin ümumi sayı, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı, məntəqə və dairə seçki komissiyalarında verilmiş seçki bülletenlərinin sayı, səsvermə günü seçki bülleteni qoyulması üçün seçicilərə verilmiş zərflərin sayı, zərfləri almış seçicilərin sayı, səsvermə günü seçicilərə verilmiş seçki bülletenlərinin sayı, bülletenləri almış seçicilərin sayı, səsvermə otağından kənarda səs verən seçicilərə verilmiş zərflərin və bülletenlərin sayı, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi ilə səs vermiş seçicilərin sayı, istifadə edilməmiş seçki bülletenlərinin sayı, etibarlı sayılmış səslərin sayı, etibarsız sayılmış səslərin sayı, korlanmış seçki bülletenlərinin sayı, protokolun tərtib edilmə tarixi və başqaları daxil edilmişdir. Mərkəzi Seçki Komissiyasının protokolunda Seçki Məcəlləsinin bütün tələbləri öz əksini tapmışdır.

Ekspertlər bildirdilər ki, 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının 2003-cü il 20 oktyabr tarixli protokolu Seçki Məcəlləsinin 100, 108 və 203-cü maddələrinin tələblərinə tam uyğun tərtib edilmişdir.

Ekspertlərin rəyləri Konstitusiya işinə əlavə olundu.

Məhkəmə araşdırmaları bitdikdən sonra Konstitusiya Məhkəməsinin sədri FƏRHAD ABDULLAYEV Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair qərarı oxudu.

(Qərar qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

X X X

Salona toplaşanlar qərarı gurultulu və sürəkli alqışlarla qarşıladılar.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Konstitusiya Məhkəməsinin iclası bağlı elan olundu.

Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin müavinləri, deputatlar və digər rəsmi şəxslər iclasda iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır