“AZƏRBAYCAN RESPUBLİKASININ “ÖZƏL SEKTORUN İNKİŞAFI ÜZRƏ İSLAM KORPORASİYASININ YARADILMASI HAQQINDA SAZİŞ”Ə QOŞULMASI BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUN İCRA OLUNMASINI TƏMİN EDƏN TƏDBİRLƏR BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası ilə əlaqələrin saxlanılması Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, “Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının yaradılması haqqında Saziş”in icra olunmasının təmin edilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əlaqələrin saxlanılmasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilməsi barədə Özəl Sektorun inkişafı üzrə İslam Korporasiyasını xəbərdar etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2002-ci il