Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti VİDEO

Əziz həmvətənlər.

2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.

Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.

2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.

Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir.

Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.

Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.

Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır.

Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.

Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq.

Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram.

Bayramınız mübarək olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti VİDEO

Superliqa: “Qalatasaray” səfərdə xal itirib

Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək

Apellyasiya Arbitraj Tribunalı “Difai” Klubunun şikayətini təmin etməyib

“British Airways”in onlayn xidmətləri texniki problemlər səbəbindən fəaliyyətini dayandırıb

Abşeron rayonunda yaşayış evində partlayış baş verib, 5 nəfər xəsarət alıb

20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir

Cenevrədə təşkil olunan “Vəddən icraya: Gələcək üçün Paktın və COP29 öhdəliklərinin həyata keçirilməsi” adlı tədbir yekunlaşıb

Nizami Kino Mərkəzində dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatı olub

Naxçıvanda “20 Yanvar – qəhrəmanlıq salnaməsi” adlı sərgi açılıb

Misli Premyer Liqası: “Qarabağ” “Şamaxı”nı məğlub edib

Yüksək Liqada növbəti oyunlar keçirilib

Filarmoniyada Qanlı Yanvar faciəsinə həsr olunmuş anım gecəsi keçirilib

ADA Universitetində Mərkəzi Bankın rəhbər əməkdaşları üçün təlimlər davam etdirilir

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

AQTA sədri Ağcabədidə istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olub

Dövlət Neft Fondunda 20 Yanvar hadisələrinin 35-ci ildönümü qeyd olunub

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalanıb

Heyvan xəstəlikləri ilə bağlı ingilis dilində dərsliyin təqdimatı olub

Balaxanı neftçiləri Qara Yanvar hadisələrinin 35-ci ildönümünü andılar

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

Durham Universitetində COP29-la bağlı tədbir keçirilib

Səfir: Bakının mərkəzində Gürcüstan səfirliyinə ərazinin ayrılması əlaqələrimizin möhkəmləndirilməsi üçün çox vacibdir

BDU-da 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Elektron Təhlükəsizlik Xidməti “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

Ədəbiyyat Muzeyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

® “Ziraat Bank Azərbaycan” 10 illiyi münasibətilə 10-cu filialını açıb

Aqil Quliyev: #20JANUARY” fləş-mobu gənclərin şəhidlərə göstərdiyi yüksək ehtiramın göstəricisidir

Levan Davitaşvili: Azərbaycan bizim ən mühüm, strateji iqtisadi tərəfdaşımızdır

Si Cinpin ilə Donald Tramp arasında telefon danışığı olub

Kukla Teatrında vətənpərvərlik mövzulu daha bir tamaşanın premyerası olub

Sosial-İqtisadi Kollecdə 20 Yanvar qurbanlarının xatirəsi anılıb

® “Azerconnect Group” İKT sahəsində Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçildi

Ötən ilin on bir ayında Azərbaycan 176 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

AQTA: Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı

ABŞ-da qızıl medal qazanan məktəbli: Elmi çox sevirəm, lakin hüquqşünas olmaq istəyirəm MÜSAHİBƏ VİDEO

Yekaterinburqda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Şitan Cao: Azərbaycan xalqı müharibədə dağıdılmış şəhər və kəndləri bərpa edir VİDEO

® “NEQSOL Holding” risklərin idarə edilməsi və komplayens funksiyalarını rəqəmsallaşdırır

1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu

Paytaxtın Nizami rayonunda şirin buğda emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Türkiyənin tanınmış futbol mütəxəssisləri Azərbaycana gəliblər

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi ilə görüş keçirilib

Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Əcnəbi tələbə: BDU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb MÜSAHIBƏ

20 Yanvar – istiqlaliyyətə gedən yol

® “Kapital Bank” 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa forumunda

Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar

20 Yanvar Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsidir

Tələbə gənclərin iştirakı ilə “#20JANUARY” fləş-mobu keçirilib

Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa keçirilib

“44”ün çəkilişləri gedir VİDEO

ATƏT PA-nın seminarında Azərbaycanın gender bərabərliyinin təmini ilə bağlı nailiyyətlərindən bəhs olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub VİDEO

Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümü münasibətilə tədbir keçirilib

Yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

Azərbaycan Atçılıq Federasiyasında ilin yekunlarına həsr olunmuş tədbir keçirilib VİDEO

Azərbaycan Atçılıq Federasiyasının yeni baş katibi bəlli olub

İrakli Kobaxidze: Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkədir

Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında: Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz

Prezident İlham Əliyev: Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

Prezident: Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır

Prezident İlham Əliyev: Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər

Qədir Xəlilov: Qrant müsabiqəyə 500-dən çox fiziki şəxs və 100-dən çox təşkilat müraciət edib

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Fövqəladə hallar naziri Xızıda vətəndaşların müraciətini dinləyib

Bu il Şəki Dövlət Dram Teatrı teatrsevərlərə dörd yeni tamaşa təqdim edəcək

Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşılarını açıqlayıb

Moskvada Rusiya və İran prezidentləri arasında danışıqlar aparılır

“Beşiktaş”ın yeni baş məşqçisi Ule-Qunnar Solskyaer İstanbula gəlib

® “PAŞA Holdinq” şəhid övladlarını 2025-ci ildə də sığortalayır

Azərbaycanı Qətərdə keçiriləcək turnirdə 6 stolüstü tennisçi təmsil edəcək

Ötən il bir istehlakçı orta hesabla ayda 632,7 manat xərcləyib

Türkiyə XİN: Türkiyə və Azərbaycan regional sabitlik, sülh və rifaha töhfə verməkdədir

Əqli Mülkiyyət Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib

Ötən il Azərbaycanda mobil operatorların əldə etdiyi gəlirlər 1,2 milyard manatı ötüb

İstiqlal Muzeyində “Fəda” adlı tədbir-sərgi təşkil edilib

Türkiyə ordusu Suriyanın şimalında 29 terrorçunu zərərsizləşdirib

Ötən il kreditlərin 94 faizi banklar tərəfindən verilib

İslamabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Ötən il nəqliyyat sektorunda 238 milyon tondan çox yük daşınıb

Azərbaycan Turizm Bürosu Vyanada keçirilən “Ferien-Messe Wien” 2025 sərgisində iştirak edir

Ötən il dövlət büdcəsinin gəlirləri 37,2 milyard manat olub

Pakistan ilk yerli istehsal olan peykini kosmosa buraxıb VİDEO

Direktor: Reabilitasiya mərkəzlərinin iş mexanizmləri davamlı sosial rifahın təmin olunmasında əhəmiyyətli rol oynayır

Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarların 26 faizdən çoxu Bakıda qeydiyyata alınıb

Multikulturalizm Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

Ötən il əhalinin gəlirləri artıb

Əhalinin banklarda əmanətlərinin 66 faizi milli valyutadadır

Kür çayına balıq körpələri buraxılıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ağcabədidə vətəndaşların müraciətini dinləyib

® “AccessBank” mebel təchizatı üzrə tender elan edir

Bakıda “Diabet və piylənmədə XXI əsrin çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilir

ATMU-ya akkreditasiya şəhadətnaməsi təqdim edilib

Dövlət Turizm Agentliyinin sədri AQEM sədri ilə görüşüb

Zəngilanda əhali üçün səyyar tibbi müayinələr təşkil edilib VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qubada vətəndaşlarla görüşüb

Milli Kitabxanada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb