Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda görüş
Bakı, 12 mart, AZƏRTAC
Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elçin Babayev qonağa qurumun yaranma tarixi, görülən işlər, həyata keçirilən layihələrdən söz açıb.
Əhməd Sami əl-Aydi də öz növbəsində Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı fəaliyyətindən, elmi və mədəni sahəyə olan maraqlarından danışıb.
Görüşdə əməkdaşlığın genişləndirilməsi sahəsində bir sıra müştərək tədbirlərin, müsabiqələrin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:28]
BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir
- 09.06.2026 [13:57]
AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub
- 09.06.2026 [13:06]
Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb
- 09.06.2026 [13:01]
AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]