AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“AZƏRBAYCAN RESPUBLIKASINDA DÖVLƏT DILI HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN 6-CI MADDƏSINDƏ DƏYIŞIKLIK EDILMƏSI BARƏDƏ
I. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi
Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan butun televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2003-cü il.