Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə əsasən qərara alır: 

1. Mərkəzi Seçki Komissiyasının 2006-cı il 7 iyun tarixli 28/106 saylı Qərarı (“Bəzi normativ xarakterli aktlara əlavə və dəyişikliklər edilməsi, qüvvəyə minməsi və qüvvədən düşməsi barədə” 2011-ci il 23 avqust tarixli 6/15 saylı Qərarı, “Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair 2014-cü il 29 may tarixli 1/6 saylı Qərarı, “Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə 2019-cu il 2 oktyabr tarixli 5/18 saylı Qərarı) ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”ın 3.3-cü, 4.2-ci bəndlərində, 1 (hər iki halda), 1A (hər üç halda) və 3 (hər üç halda) saylı əlavələrində “seriya və nömrəsi” sözləri “seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə, 2 saylı əlavəsində “və nömrəsi” sözləri “, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin, 5 saylı əlavəsində isə (hər iki halda) “verilmə tarixi” sözlərindən sonra “və ya etibarlılıq müddəti” sözləri əlavə edilsin.

2. Mərkəzi Seçki Komissiyasının 2006-cı il 7 iyun tarixli 28/107 saylı Qərarı (“Bəzi normativ aktların qəbul edilməsinə, bəzilərinə isə əlavə və dəyişikliklər edilməsinə dair” 2009-cu il 24 avqust tarixli 23/96 saylı Qərarı, “Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair 2014-cü il 29 may tarixli 1/7 saylı Qərarı) ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”ın 3.5-ci, 5.6-cı bəndlərində, 1 və 2 saylı əlavələrində “seriya və nömrəsi” sözləri “seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin, 4, 5, 5a, 6, 6a, 7, 7a, 7b və 7c saylı əlavələrində “verilmə tarixi” sözlərindən sonra “və ya etibarlılıq müddəti” sözləri əlavə edilsin.

3. Mərkəzi Seçki Komissiyasının 2004-cü il 25 avqust tarixli 15/90 saylı Qərarı (“Bəzi normativ aktların qəbul edilməsinə, bəzilərinə isə əlavə və dəyişikliklər edilməsinə dair” 2009-cu il 24 avqust tarixli 23/96 saylı Qərarı, “Bəzi normativ xarakterli aktlara əlavə və dəyişikliklər edilməsi, qüvvəyə minməsi və qüvvədən düşməsi barədə” 2011-ci il 23 avqust tarixli 6/15 saylı Qərarı, “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na dəyişikliklər edilməsinə dair 2014-cü il 29 may tarixli 1/8 saylı Qərarı, “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə 2019-cu il 13 sentyabr tarixli 4/13 saylı Qərarı) ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”nın 2 (hər üç halda) və 2A (hər üç halda) saylı əlavələrində “, verilmə tarixi” sözləri “və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

4. Mərkəzi Seçki Komissiyasının 2006-cı il 14 iyun tarixli 29/111 saylı Qərarı (“Bəzi normativ aktların qəbul edilməsinə, bəzilərinə isə əlavə və dəyişikliklər edilməsinə dair” 2009-cu il 24 avqust tarixli 23/96 saylı Qərarı, “Bəzi normativ xarakterli aktlara əlavə və dəyişikliklər edilməsi, qüvvəyə minməsi və qüvvədən düşməsi barədə” 2011-ci il 23 avqust tarixli 6/15 saylı Qərarı, “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair 2014-cü il 29 may tarixli 1/9 saylı Qərarı) ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 1.6-cı, 1.10-cu və 1.11-ci bəndlərində “verilmə tarixini” sözlərindən sonra “və ya etibarlılıq müddətini” sözləri əlavə edilsin.

5. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23/96 saylı Qərarı (“Bəzi normativ xarakterli aktlara əlavə və dəyişikliklər edilməsi, qüvvəyə minməsi və qüvvədən düşməsi barədə” 2011-ci il 23 avqust tarixli 6/15 saylı Qərarı, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qüvvədə olan bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi haqqında” 2012-ci il 19 oktyabr tarixli 5/17 saylı Qərarı, “Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”na dəyişikliklər edilməsinə dair 2014-cü il 29 may tarixli 1/10 saylı Qərarı, “Mərkəzi Seçki Komissiyasının qüvvədə olan bəzi normativ xarakterli aktlarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 15 mart tarixli 1/3 saylı Qərarı, “Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişikliklər edilməsi barədə 2019-cu il 13 sentyabr tarixli 4/12 saylı Qərarı, “Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişikliklər edilməsi barədə” 2021-ci il 3 sentyabr tarixli 3/9 saylı Qərarı, “Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 6 fevral tarixli 1/2 saylı Qərarı) ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda mətn üzrə “seriyası və nömrəsi”, “seriya və nömrəsi” sözləri “seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti;” sözləri ilə, “nömrəsi, verilmə tarixi”, “nömrəsi, sənədin verilmə tarixi” sözləri isə “nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

6. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23/96 saylı Qərarı (“Bəzi normativ xarakterli aktlara əlavə və dəyişikliklər edilməsi, qüvvəyə minməsi və qüvvədən düşməsi barədə” 2011-ci il 23 avqust tarixli 6/15 saylı Qərarı, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi haqqında” 2013-cü il 11 aprel tarixli 3/15 saylı Qərarı) ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat”ın 3.12-ci bəndində “verilmə tarixini” sözləri “və verilmə tarixini və ya etibarlılıq müddətini” sözləri ilə əvəz edilsin.

7. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr                          Məzahir Pənahov

Katib                         Arifə Muxtarova

Katib                         Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin