İQTİSADİYYAT
Azərbaycan RRB-nin işçi qrupunun iclasında iştirak edir
Bakı, 20 oktyabr (AZƏRTAC). Moskvada Regional Rabitə Birliyinin (RRB) orta və uzun dalğalarda fəaliyyət göstərən səs yayımının tətbiqinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış işçi qrupun üçüncü iclası keçirilir.
Azərbaycanı iclasda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbir çərçivəsində toqquşmaların aradan qaldırılması üsulları, texniki təkliflərin həyata keçirilmə imkanları və razılaşdırılması müəyyən olunur. İclasda orta və uzun dalğalarda 171, 549, 873 kHz tezliklərinin istifadəsinə dair ilkin variantların hazırlanacağı nəzərdə tutulmuşdur.
İclas oktyabrın 21-dək davam edəcəkdir.