İQTİSADİYYAT
Azərbaycan Sahibkarlar Konfederasiyasında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə konfederasiyasının baş katibin müavini Fuad Hümbətov Ulu Öndərin Azərbaycan dövləti üçün gördüyü işləri xatırladıb, ölkə iqtisadiyyatının inkişafı və müstəqilliyimizin qorunması üçün yürütdüyü strateji xətt barədə danışıb. O, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının ölkə iqtisadiyyatının inkişafı üçün böyük imkanlar açdığını, dünya enerji sabitliyində Azərbaycanın mühüm aktora çevrildiyini vurğulayıb.
Baş katib əvəzi Kristina Məmmədova isə Ümummilli Liderin şəxsiyyətinin ucalığından bəhs edərək bildirib ki, hazırda ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.