SİYASƏT
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun tədbirində iştirak edir
Bakı, 22 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Belçika Krallığına getmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi yanvarın 22-də Brüsseldə NATO Hərbi Komitəsinin İSAF əməliyyatına töhfə verən qeyri - NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində görüşdə iştirak etməkdir.