AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ TÜRKİYƏ VƏ QIRĞIZISTANDA KEÇİRİLƏN KURSLARA QATILMIŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ilə Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, mayın 12-dən 16-dək İzmir şəhərində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim mərkəzlərində xidmət edən təlimatçı müəllimlərin təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikasının Hava Komandanlığının təlim mərkəzlərinə səfəri təşkil edilmişdir.
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq isə, mayın 12-dən 16-dək Bişkekdə hərbi qanunvericilik sahəsində təcrübə mübadiləsi üzrə ekspertlərin işçi görüşü keçirilir.
Hərbi əməkdaşlıq planlarına uyğun olaraq, tədbirlərə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də qatılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]