AZƏRBAYCAN TERMİNLƏRİ PORTALI YARADILIR
Bakı, 5 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Terminologiya Komissiyası ilə birgə “Azərbaycan terminləri” veb-portalını yaradır.
İTİ- nin direktoru, AMEA - nın müxbir üzvü Rasim Əliqyliyev bildirmişdir ki, Azərbaycan dilinin daha geniş işlənməsi, müxtəlif elm sahələrinə aid terminlərin vahid virtual məkanda sistemli şəkildə toplanması məqsədilə yeni portal hazırlanır. ”AZTERM” adlanacaq portala dilimizdə işlənən ümumi terminlərlə yanaşı, yeni yaranan və ayrı-ayrı sahələrə aid sözlər də daxil ediləcəkdir. Hazırda ölkəmizdə 600-ə yaxın terminoloji lüğət vardır. Mövcud terminlərin YUNESKO-nun nəzdində fəaliyyət göstərən terminologiya üzrə beynəlxalq İnfroterm mərkəzinin və beynəlxalq standartlaşma təşkilatının tələblərinə uyğunlaşdırılması, eləcə də Azərbaycan terminoloji reyestrinin və bu sahədə informasiya bankının yaradılması üzərində iş aparılır. İlkin olaraq terminlərin statistikası tərtib edilir, on-layn terminaloji nəzarət sistemi işlənilir və bu istiqamətdə elmi araşdırmalar davam edir.
Virtual mərkəzin yaradılması xaricdə yaşayan soydaşlarımıza da dilimizin qanunauyğunluqlarına əsaslanan terminlərdən istifadə etmək imkanı verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]