AZƏRBAYCAN TORPAQLARI AZAD OLUNMAYINCA TÜRKİYƏ ERMƏNİSTANLA SƏRHƏDLƏRİ AÇMAYACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu bəyanatla İğdır vilayətində iş adamları ilə görüşündə Türkiyənin iqtisadi məsələlər üzrə dövlət naziri Məhmət Şimşək çıxış etmişdir.
Dövlət naziri qonşu ölkələrlə ticarətin əhəmiyyətindən bəhs edərkən demişdir ki, Qars və İğdır vilayətlərinin Ermənistan istisna olmaqla, digər ölkələr - Azərbaycan və İranla ticarətinin inkişafı məsələlərinə diqqət artırılacaqdır. Ermənilər özləri yaratdıqları problemləri - Dağlıq Qarabağ münaqişəsi və Türkiyəyə ərazi iddiaları, habelə uydurma “soyqırımı” təbliğatı ilə bağlı gərginliyi həll etdikdən sonra hər hansı iqtisadi əlaqələrdən söhbət gedə bilər.
Məhmət Şimşək Naxçıvanla olan keçid məntəqəsinə də getmiş, İranla İğdır arasındakı keçid məntəqəsinin də açılması üçün Ankarada məsələ qaldıracağını bildirmişdir. Nazir iğdırlı iş adamları Cəfər Əli Taşbağ və İshak Yaycılıya Azərbaycandakı uğurlu biznes fəaliyyətlərinə görə fəxri diplom da təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]