Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Türk Dövlətləri Təşkilatında olduqca mühüm və strateji rola malikdir - ŞƏRH

Azərbaycan Türk Dövlətləri Təşkilatında olduqca mühüm və strateji rola malikdir - ŞƏRH

Bakı, 17 aprel, AZƏRTAC

Bu günlərdə Prezident İlham Əliyev Bakıda - ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda iştirak edib. Dövlət başçısı artıq 7-ci dəfədir ki, bu forumlarda çıxış edir və hər dəfə aktual mövzular, beynəlxalq gündəmin məsələləri baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan səmimi və açıq fikirlər səsləndirir. Bu fikirlər Azərbaycanın mövqeyinin həm regionda, həm də beynəlxalq aləmdə aydın şəkildə anlaşılmasına töhfə verir. Prezidentin çıxışları hər zaman dünya mediasında və analitik ictimaiyyətdə böyük rezonans doğurur. Forumun təşkilindəki mühüm məqamlardan biri o idi ki, beynəlxalq ekspertlər azad edilmiş əraziləri ziyarət edib və bu dəfə Xankəndinə səfər edərkən dağıntıların real miqyasını öz gözləri ilə gördülər, dövlətimiz tərəfindən aparılan bərpa prosesini birbaşa yerində müşahidə etdilər. Bir daha gördülər ki, Azərbaycan təkcə hərbi-siyasi qələbə ilə kifayətlənmir, eyni zamanda regionda sülhə, sabitliyə və inkişaf perspektivlərinə töhfə verən əsil quruculuq nümunəsi ortaya qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva söyləyib.

Deputat dövlət başçısının forumdakı çıxışının postmünaqişə dövründə Azərbaycanın strateji baxışını və prinsipial mövqeyini bir daha dolğun şəkildə əks etdirdiyini vurğulayaraq deyib: “Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə açıq mesaj verdi ki, Bakı sülhə sadiqdir, lakin bu sülh yalnız beynəlxalq hüquq və reallıq əsasında mümkündür. Ermənistanla münasibətlərin normallaşmasının əsas şərti bu ölkənin konstitusiyasında hələ də qüvvədə olan Azərbaycana qarşı ərazi iddialarından tam və birmənalı şəkildə imtina olunmasıdır.

Yalnız bu əsaslı dəyişiklikdən, eləcə də əhəmiyyətini tam şəkildə itirmiş mənasız Minsk qrupunun ləğvindən sonra Ermənistanın regional əməkdaşlıq təşəbbüslərinə qoşulması mümkün olar. Bu yanaşma bir daha göstərir ki, Azərbaycan ədalətli, beynəlxalq hüquqa və qarşılıqlı anlayışa söykənən sülh və əməkdaşlıq formatının tərəfdarıdır və bunu tələb edir.

Son illər Azərbaycanın xarici siyasətində və diplomatik diskursunda Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrə mühüm önəm verilməsini qeyd edən Günay Əfəndiyeva vurğulayıb: “Bu, Türk xalqları arasındakı tarixi və etnik bağlara söykənir, eyni zamanda regional və qlobal güc balansında yeni bir mərkəzin formalaşdırılması strategiyasıdır. Dövlət başçısının dediyi kimi, bu mərkəzin unikallığı onun ümumi köklərə, ənənələrə əsaslanması, ortaq dəyərləri bölüşməsidir.

Azərbaycan Türk Dövlətləri Təşkilatında olduqca mühüm və strateji rola malikdir. Ölkəmiz coğrafi baxımdan qardaş Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında körpü olmaqla yanaşı, siyasi təşəbbüskarlıq baxımından da inteqrasiya prosesinin aparıcı qüvvələrindəndir.

Düşünürəm ki, bu mənzərədə Azərbaycanın Şimali Kipr Türk Respublikasına verdiyi dəstək də xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Şimali Kirp Respublikasına TDT-də müşahidəçi statusunun verilməsində fəal rol oynayıb.

Bu isə o deməkdir ki, Azərbaycan hazırda mövcud olan və ya artıq ənənəvi missiyasının çöküş ərəfəsini yaşayan hansısa bir güc mərkəzinə yox, yeni yaradılmış güclü siyasi mərkəzini meydana çıxarmağı hədəfləyir.

Məlumdur ki, Azərbaycan daha geniş və mürəkkəb coğrafiyada da birləşdirici, ədalətli və nəticəyönümlü fəaliyyətini Cənubi Qafqazın lider dövləti kimi həyata keçirib. Baxın, ölkəmizin fərqli etnik, dini, mədəni köklərə, ictimai quruluşlara malik ölkələrin üzv olduğu Qoşulmama Hərəkatına siyasi dinamika verdiyi sədrliyini xatırlayaq.

Aprelin 7-də Daşkənddə keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin IV Konfransının Bəyannaməsində Qərbi Azərbaycan icmasının öz doğma torpaqlarına, doğma yurdlarına, ev-eşiklərinə sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə qayıdışı hüququna dəstək ifadə olunub.

Ölkəmizin ədalətli mövqeyinə Qoşulmama Hərəkatının ölkələrinin verdiyi dəstək onların beynəlxalq hüquq normalarına əsaslanmaları ilə yanaşı, eyni zamanda, etibarlı tərəfdaş və beynəlxalq aləmin məsuliyyətli, fəal və nüfuzlu üzvü olan Azərbaycana hörmət və etimadın təzahürüdür”.

Deputat hesab edir ki, Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə biləcəyinə inamını ifadə edib.

Bildirib ki, hər birimiz, hansı sferada mövqe tutmağımızdan asılı olmayaraq, Türk ölkələri arasında inteqrasiyanın dərinləşdirilməsi və mövcud əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi üçün birgə səylərimizi daha da gücləndirməliyik.

“Parlament diplomatiyası çərçivəsində Türk dövlətləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, qanunverici orqanlar arasında təcrübə mübadiləsinin təşviq edilməsi və ortaq qanunvericilik təşəbbüslərinin dəstəklənməsi də bu istiqamətdə xüsusi önəm daşıyır. İnkişaf edən türk əməkdaşlığı yalnız regionun deyil, bütün dünyanın sülh, təhlükəsizlik və rifahına töhfə verə bilər.

Türk Dövlətləri Təşkilatının gələcəkdə ağır siyasi çəkili qlobal faktor kimi çıxış etməsi siyasi və iqtisadi reallıq baxımından böyük əhəmiyyətə malikdir”, - deyə G.Əfəndiyeva vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreyada prezident seçkilərində 44,39 milyon nəfər səs verə biləcək

Muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

Azərbaycanda həndbol üzrə mövsümə yekun vurulub, qaliblər mükafatlandırılıb

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub

Almaniyada Kansler Fridrix Mertsə və koalisiya hökumətinə ictimai dəstək artmaqdadır

Şəkidə ikimərtəbəli ev yanıb

Azərbaycanın kişilərdən ibarət basketbol millisi Kanadaya məğlub olub

Yekaterinburqda azərbaycanlı tələbələr arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş viktorina keçirilib

Norveçdə “Əqrəb mövsümü” serialının aktyorları ilə görüş keçirilib

Azərbaycan cüdoçuları Ermənistan təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib

Azərbaycanın basketbol millisi Dünya Kubokunun seçmə mərhələsinə qələbə ilə başlayıb

Bakıda daha bir marşrutun avtobusları yenilənir

Meksikada keçirilən görüşlərdə Azərbaycanın COP29 Sədrliyi çərçivəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib

Türkiyə Prezidenti Qarabağ atlarının iştirakı ilə təqdim olunan çıxışı izləyib

İsveçin vəliəhd şahzadəsi Viktoriya kiçik leytenant rütbəsi alıb

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib VİDEO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib VİDEO

“Nissan” baş ofisini 700 milyon dollara satır

Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş sessiyasında AQTA nümayəndə heyəti ilə təmsil olunacaq

“Şahdağ Qusar” çempionluq kubokunu qusarlı futbolsevərlərə təqdim edib

“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

Naxçıvan təmsilçisi növbəti dəfə ölkə birincisi olub

Paytaxtda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Kaya Kallas: Şimali Makedoniyanın gələcəyi Aİ-dədir

Ərzincanda “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində konfrans keçirilib

Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək

Serbiya XİN: Bosniya və Herseqovinada bərabərhüquqluların dialoquna inanırıq

FHN-in Aran Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli” münasibətilə konsert keçirilib

Monteneqro Prezidenti: ABŞ-ın Ukraynada sülh üçün səylərini alqışlayırıq

“E-sosial” mobil tətbiqi vasitəsilə 23 mindən çox əmək müqaviləsi elektron şəkildə imzalanıb

İslamabadda Azərbaycanın qarşıdan gələn “Müstəqillik Günü” münasibətilə qəbul təşkil edilib

Bazar günü havanın temperaturu 28 dərəcə olacaq

Bu gün türkoloq-alim Cavad Heyətin anadan olmasından 100 il ötür

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib VİDEO

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib VİDEO

Qərbi Azərbaycan İcması İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsini alqışlayır

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub

Türkiyə Prezidenti Gürcüstan Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

Minifutbol üzrə ikinci Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi olub

Ağcabədidə çiyid səpini başa çatıb

FHN-in qurumları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş minifutbol çempionatına yekun vurulub

NBA: “İndiana Peysers” seriyada ikinci qələbəsini qazanıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Bəzi yerlərdə leysan xarakterli yağıntılar müşahidə olunur - FAKTİKİ HAVA

İlin əvvəlindən “Könüllü DOST” proqramına 500-dən çox şəxs cəlb olunub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbdə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla yad edilib

Bu gün Misli Premyer Liqasının sonuncu turun oyunlar keçiriləcək

Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var VİDEO

Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var VİDEO

Dünya birjalarında neft bahalaşıb

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş olub

Dünya bazarında qızıl 71 dollaradək bahalaşıb

İndoneziyada BMT-nin Qlobal Sazişi çərçivəsində fəaliyyət platformasının yüksək illik iclası keçirilib

Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib

Azərbaycan neftinin qiyməti 67 dolları ötüb

Media: Tramp Avropa ölkələrinin Çin mallarına yeni tariflər tətbiq etməsini istəyir

Könlümün sevgili məhbubu mənim...

Mahir Tağızadə: Səhnənin sehri məni həmişə özünə cəlb edib - MÜSAHİBƏ

ABŞ qoşunlarını Cənubi Koreyadan çıxarır?

Deputat: Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir

Aleksandar Vuçiç: Serbiya-Macarıstan tarixdə ən yaxşı münasibətlərə malikdirlər

Türkiyə universitetinin dekanı: Qərbi Azərbaycan reallıqlarının təbliği bütün dünyanı əhatə etməlidir

Mixail Qusmanın BMT-nin 80 illiyinə həsr olunmuş filminin premyerası Cenevrədə keçiriləcək

Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlıq Astana forumunun diqqət mərkəzindədir

Bitki mənşəli qidalarla qidalanma diabetli yetkinlərdə çəki azalmasına səbəb olur - TƏDQİQAT

Nigar Arpadarai: Panamanın zəngin biomüxtəlifliyi onu iqlim dialoqunda güclü səsə çevirir

Moskvada Azərbaycanın İkinci Dünya müharibəsinə verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Zaqatalada avtomobil piyadanı vurub

Ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq

Ukrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib

Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır

“Napoli” İtaliya çempionu olub

Avroliqada ikinci finalçı bəlli olub

Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb

Elvin Əlizadə: Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq

Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib

Sankt-Peterburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Orlov vilayətində helikopter qəzaya uğrayıb

Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsi reallaşıb

Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib

ADMİU ilə Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

Tat-evi monastırının qaranlıq tarixi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Avroliqa: “Fənərbağça” finala vəsiqə qazanıb

AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Adanada Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib

UNEC-in 95 illik yubileyi kontekstində xarici dillərin tədrisində strateji uğurlar

Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan