Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar  YENİLƏNİB -2 VİDEO

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçılarına sərgilərlə bağlı məlumat verdi.

Bildirildi ki, Bakı Ekspo Mərkəzinin bütün dörd zalını və açıq sahəsini əhatə edən sərgilərə ümumilikdə 38 ölkədən 500-yə yaxın şirkət qatılıb. Regionun ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemləri, qablaşdırma, bu sahədə innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, həmçinin meyvə və tərəvəzlərin yetişdirilməsi sahələrini əhatə edir. “InterFood Azerbaijan” sərgisində isə dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət və süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunur.

Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış oldular.

Belarus Respublikasının Milli Qrupunun qida məhsulları stendləri ilə tanış olan dövlət başçılarının diqqətinə çatdırıldı ki, stendlərdə 40-a yaxın şirkət, o cümlədən “Gomselmash”, “Brestmiasomolprom” zavodları, Slutsk pendir fabriki, Minsk süd kombinatı, Qrodno ət-qablaşdırma, Volkovysk və Mogilev ət emalı zavodları, “Belvetfarma”, “Belqospişçeprom”, “Belinterexpo”, “Bresteysky pekar”, “Bremor”, “Brestmeat”, “Brestmiasomolprom”, “Slodych”, “Spartak”, “Algon”, “Grodno azot” və digər şirkətlər öz məhsullarını təqdim edir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov: Bu il burada Belarusun ən böyük milli pavilyonu təmsil olunur.

Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov: Hər vaxtınız xeyir. İcazə verin, sərgidəki Belarus ekspozisiyasını təqdim edim. Bu il sərgidə kənd təsərrüfatı texnikasından tutmuş ət, süd, neft-kimya, qənnadı sənayesinə qədər olmaqla 40 müəssisə iştirak edir. İcazənizlə, sərgidəki pavilyonumuzla tanışlığa məhz bu ekspozisiyadan başlayaq.

Belarusun “Slodıç” qənnadı fabrikinin baş direktoru Aleksandr Neçay: Hər vaxtınız xeyir. Bu gün biz Belarus Dövlət Qida Sənayesi Konsernini təmsil edirik. Sərgidə bizim sahəyə aid 10 müəssisə, o cümlədən qənnadı sahəsinə aid 4 müəssisə iştirak edir. Buraya maraq doğuran bir sıra yeni məhsullarımızı gətirmişik. Aleksandr Qriqoryeviç, Sizin göstərişinizə əsasən tərkibində quru süd olan məmulatlar istehsal edilib və bazara çıxarılıb. Bu məhsullar peçenyelərdir. Həmçinin qənnadı fabriki yeni növ məhsullar - karamel, jeleli konfetlər təqdim edir. Bu məhsullar uşaqlar tərəfindən çox sevilir.

Həmçinin sərgidə bizim qənnadı sənayemizin ən iri istehsalçılarından biri olan “Kommunarka” da iştirak edir. O, şokolad istehsalı ilə məşğul olur. Biz bu sərgiyə şokoladlı batonların yeni seriyasını gətirmişik, həmçinin ənənəvi məhsullarımızı da təqdim etmişik. Bundan başqa, bizim “Spartak” qənnadı fabrikimiz də var. O, qənnadı sənayemizdə böyüklüyünə görə ikincidir və sərgidə yenə də tərkibində şəkər olmayan məhsullarla çıxış edir. Biz, prinsip etibarilə, əsasən şəkərsiz məhsullara üstünlük veririk.

Prezident Aleksandr Lukaşenko: Bizim iki qənnadı şirkətimiz var. “Spartak” və “Kommunarka” əsas şirkətlərdir, digərləri də var.

Aleksandr Neçay: Biz həm də tərkibində şəkər olmayan məhsul istehsal etmişik. Bu məmulat peçenyedir. Bu məhsul zülalı yaxşı həzm etməyən insanlar üçün nəzərdə tutulub. “Spartak” şirkəti də əsasən tərkibində şəkər olmayan məhsullar seriyası hazırlamağa başlayıb. Bu məhsullar müxtəlifdir, onların arasında həm vafli, həm konfetlər, həm şokoladlar, həm də digər məhsullar var.

Məcnun Məmmədov: Cənab Prezident, Sizə şərabçılıq və bal istehsalı üzrə ixtisaslaşmış iki ailə biznesini təqdim etmək istərdim. Onlar balı Yaponiyaya ixrac ediblər.

Prezident İlham Əliyev: Yaponiyaya? Afərin. Hansı rayondan?

Sərginin iştirakçısı: Saatlı rayonu, bizim kiçik ailə təsərrüfatımız var.

Prezident İlham Əliyev: Afərin.

Prezident Aleksandr Lukaşenko: Bunlar kiçik təsərrüfatlardır, xüsusilə bal istehsal edirlər. Afərin.

Mixail Myatlikov: Bazara çıxarıblar, artıq bərk pendir növünü dequstasiya üçün özləri ilə gətiriblər.

Prezident İlham Əliyev: Məhsullar artıq burada satılır?

Mixail Myatlikov: Bəli. Məhsulların yeni seriyası da məhz bərk pendir növlərindən ibarətdir. “Belneftexim” konserni, gübrələr, yağlar, qablaşdırma materialları təqdim olunur. Bu, plastik şüşələr üçün preformaların xammalıdır.

Prezident Aleksandr Lukaşenko: Daha doğrusu, biz neft emalı işini genişləndiririk. Neft emalı indi çox böyük perspektivə malikdir.

Prezident İlham Əliyev: Sizin iki zavodunuz var.

Prezident Aleksandr Lukaşenko: Bəli.

Mixail Myatlikov: “Turovski” süd kombinatı bazarda təmsil olunur. Lakin yeniləri də artıq fəaliyyətə başlayıb.

Prezident Aleksandr Lukaşenko: Bunlar bizim ən nəhəng müəssisələrimizdir. Ən böyük şirkət sayılır. “МТZ”, “Qomselmaş” – traktorlar və avtomobillər istehsal edir. Prezident dəfələrlə “МАZ” barədə danışıb.

Minsk avtomobil zavodunun baş direktoru Valeri İvankoviç: Bizdə xeyli istehsal xətti mövcuddur. Kompleks tullantıların yığılması üçün maşınlarımız var. Hesab edirəm ki, onlara böyük tələbat var. Gəncə avtomobil zavodunda biz avtomobillərin müştərək yığılması müəssisəsini yarada bilərik. Biz şassi tədarük edərik, iş yerini siz təmin edərsiniz. Sizin mütəxəssislər qurğuların yığılmasını təmin edərlər, təcrübə və biliklərdən isə birgə istifadə olunar.

Prezident Aleksandr Lukaşenko: Prezident bu təklifi dəstəkləyir.

Valeri İvankoviç: Buna görə təşəkkür edirəm. Çox sağ olun.

Mixail Myatlikov: Milli musiqi alətində musiqili dəstək.

Prezident Aleksandr Lukaşenko: Simbal. Çox gözəldir.

Prezident İlham Əliyev: Sağ olun.

Mixail Myatlikov: Bizim müəssisəmiz məşhurdur – “Santa Bremor” adlanır. Yelena, buyurun, söz sizindir.

Prezident Aleksandr Lukaşenko: Yaxşı şirkətdir.

“Savuşkin produkt” müəssisənin baş direktorunun müavini Yelena Babkina: Xoş gördük, “Bremor” şirkəti bu sərgidə 2007-ci ildən təmsil olunur. Çoxprofilli şirkət olmasına baxmayaraq, burada balıq və dəniz məhsullarını təqdim edir. Başa düşürəm ki, Azərbaycanı dəniz məhsulları ilə təəccübləndirmək çətindir. Lakin biz çalışırıq ki, tələbatın daha çox olduğu dəniz məhsullarının istehsalı ilə məşğul olaq.

Prezident Aleksandr Lukaşenko: Sadəcə, burada bu texnologiyalar üzrə işə başlamaq lazımdır. Sizin texnologiyalarınız yaxşıdır.

Yelena Babkina: Bəli, əlbəttə. Ticarət distribütorumuz da var. Şirkətimiz 2007-ci ildən bəri eyni distribütorla işləyir. Biz ticarət şəbəkələrində təmsil olunuruq, inkişaf edirik. Ötən il biz hətta 1 milyon dollar dəyərində balıq məhsulları satmağa nail olmuşuq. İki-üç ildən sonra ticarət dövriyyəmizin həcmini iki dəfə artırmağı planlaşdırırıq.

Ötən il “Savuşkin produkt” şirkəti 4 milyon 600 min dollar həcmində süd məhsulları tədarük edib. Bu il isə ilk rübün nəticələrinə əsasən, inkişaf sürətimiz əhəmiyyətli dərəcədə artıb. Biz sarı pendirlərin istehsal həcmini genişləndirməyi, təzə pendirin istehsalını planlaşdırırıq. Bu Mozzarella pendiridir. Bizdə geniş çeşiddə pendir növləri var. Azərbaycanda istehsal edilən təzə pendirdən, daha doğrusu, süzmə pendirdən tutmuş, sarı pendirə, o cümlədən uzun müddət ərzində hazır vəziyyətə gələn pendirə qədər hazırlayırıq.

Prezident İlham Əliyev: Biz sizin məhsulları yaxşı tanıyırıq.

Yelena Babkina: Bəli, “Savuşkin” və “Brest-Litovsk” ticarət markalarımız var. Bu ilin ilk rübünün nəticələrinə əsasən, biz istehsalı əhəmiyyətli dərəcədə artırmışıq. Ötən illə müqayisədə bu ilin birinci rübündə ticarət dövriyyəmiz 70 faiz artıb. Buna görə də, hesab edirəm ki, heç də pis işləmirik. Həm də xoşagələn haldır ki, insanlar sərgiyə gələrək bizim məhsulların dadına baxırlar və belə deyirlər: “Biz sizin məhsulu alırıq”. Bu, möhtəşəmdir.

Mixail Myatlikov: Qrodnensk vilayəti “Qrodnensk” ət kombinatı ilə təmsil olunur.

Kombinatın təmsilçisi Veronika Romanoviç: Biz 2016-cı ildən Azərbaycan Respublikasına hazır kolbasa məhsullarının tədarükünü həyata keçiririk. Bu il isə halal dana əti üzrə satış bazarımızı açmışıq.

Prezident Aleksandr Lukaşenko: Sovet İttifaqında ən yaxşı vilayət hesab olunurdu. Onlar indi də öz fəaliyyətlərini davam etdirirlər.

Prezident İlham Əliyev: Bunlar isə steyk məmulatlarıdır, elədirmi?

Veronika Romanoviç: Ev üsulu ilə hazırlanır. Bu, bizim yeni məhsulumuzdur. Ümid edirəm ki, bu məhsulları tezliklə Sizin bazara da tədarük edəcəyik. Sağ olun.

Prezident İlham Əliyev: Uğurlar arzu edirəm.

x x x

Yerli istehsal və ixracat, ailə təsərrüfatı stendi ilə tanışlıq zamanı bildirildi ki, bu stenddə “FA Valley” və “Bal10” şirkətlərinin məhsulları təqdim edilir. “FA Valley” şirkətinin istehsal etdiyi şərablar 100 faiz “Sangiovese” şərablarıdır. Şərabların hazırlanması prosesində yalnız yerli mayalardan istifadə olunur. Məhsullar başqa xarici ölkələrdə də təqdim edilir. “Bal10” şirkəti isə Azərbaycanda yerli sahibkar tərəfindən Aran zonasında yetişən biyan bitkisindən hazırlanan bal məhsulları istehsal edir. Şirkətin məhsulları Qətərdə və Malayziyada təqdim olunur.

Sərgidə yer alan şirkətlərdən biri də Azərbaycanda fəaliyyət göstərən “MAN-AGRO” MMC-dir. Şirkət kənd təsərrüfatı sahəsində bir neçə istiqamətdə yerli və xarici bazarlara çıxmağı bacarıb. Ümumilikdə 360 hektara yaxın müxtəlif çeşidli tumlu və çəyirdəkli meyvə bağlarına sahib olan şirkət həmin meyvələrin saxlanmasını və satışını, eləcə də meyvə tinglərinin yetişdirilməsini, inkişafını və yeni sortların alınmasını, ağaclar üçün gübrə və digər dərmanların satışını həyata keçirir. Fəaliyyəti ölkəmizin bütün ərazisini əhatə edən şirkətin ümumilikdə 10 min ton tutuma malik soyuducu anbarları var. Şirkətin ixrac istiqamətləri Rusiya, Belarus, BƏƏ, Qətər və Maldiv adalarıdır.

“Absheron Olive Garden” MMC 700 hektarlıq zeytun bağları ilə yanaşı, həm də ölkəmizdə, eləcə də bütövlükdə regionda ən böyük və müasir zeytun yağı emalı və süfrəlik zeytun məhsulları istehsalı zavodlarından ibarətdir. İllik 35 min ton xam zeytun qəbul etmək gücündə olan zavodda soyuq sıxım üsulu ilə “Extra Virgin” zeytun yağları istehsal edilir. Süfrəlik zeytun istehsalı zavodunda isə yaşıl, qara, çəyirdəkli, çəyirdəksiz, dilimlənmiş, içlikli və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün şərait mövcuddur. İstehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, Rusiya, İsrail, Kanada, Türkiyə və İspaniyaya ixrac edilir.

Dövlət başçılarına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin stendləri haqqında da ətraflı məlumat verildi. Bildirildi ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir. Bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir. Bu il ölkəmizin COP29-a ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar sərgilərdə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və iqlim risklərinin qiymətləndirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür.

2014-cü ildə fəaliyyətə başlayan “Agro Dairy” MMC Azərbaycanda kənd təsərrüfatı sahəsində qabaqcıl şirkətlərdəndir. Şirkətin məqsədi müasir texnologiyaların, innovativ həllərin tətbiqi ilə Azərbaycanın kənd təsərrüfatı sektorunda köklü dəyişikliklər etməkdir. Şirkət əsasən buğda, arpa və qarğıdalı kimi dənli bitkilərin becərilməsini, həmçinin yonca və şəkər çuğundurunun yetişdirilməsini həyata keçirir.

Sonra Azərbaycan və Belarus prezidentləri Bakı Ekspo Mərkəzinin açıq sahəsindəki stendlərlə tanış oldular.

Məlumat verildi ki, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi müxtəlif modifikasiyalı Belarus traktorları, MAZ və KamAZ markalı yük avtomobilləri, müxtəlif təyinatlı qoşqular, ekskavatorlar, xüsusi traktorlar, digər texnika və avadanlıqlar istehsal edir.

Belarus milli stendinin açıq sahədəki pavilyonunda iki şirkət - “Gomselmash” və Minsk avtomobil zavodu (MAZ) təmsil olunur. MAZ Şərqi Avropada sərnişin, xüsusi, kommunal və qoşqu avtomobillərinin istehsalı üzrə aparıcı müəssisədir. Ən böyük kənd təsərrüfatı texnikası istehsalçılarından olan “Gomselmash”ın kombaynları bir sıra ölkələrə ixrac olunur.

Azərbaycanın sərgidə təmsil olunan “Agrosystems” şirkəti aqrobiznes nümayəndələri üçün innovativ həll yolları təqdim edir. Ölkəmizdə istehsal edilən “AGROMAX 10 000 TUN” hidrosoyutma aparatı keyfiyyəti, yüksək soyutma gücü, münasib qiyməti və aşağı enerji sərfiyyatına görə dünya bazarında digər nümunələrdən fərqlənir. Soyutma gücü saatda 10 ton təşkil edən bu texnologiya sayəsində məhsulların ömrü üç dəfə artır. Meyvə və tərəvəzlərin yığılması üçün nəzərdə tutulmuş hidravlik “AGROLAF-4000” platforması 3,5 metr hündürlüyə qədər qalxır. Bu platforma 8 nəfərin iş prosesində səmərəliliyini və rahatlığını təmin etməyə imkan verir. Zədələnmədən fındıq məhsulunu toplamaq üçün yaradılmış innovativ qurğu isə fındıq yığımı prosesini daha səmərəli və sürətlə həyata keçirmək imkanı yaradır.

Qeyd edək ki, mayın 17-dək davam edəcək sərgilərin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Həmçinin bu il ilk dəfə olaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “GreenAgroHack” hakaton yarışması da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar  YENİLƏNİB -2 VİDEO

Milli Məclisin sədri Gürcüstanın Müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak edib

Avroliqada “Dördlər finalı: "Fənərbağça Beko" Panathinaikos"a məğlub olaraq final şansını itirib

Rumıniyada NATO-nun “Dacian Strike 24” hərbi təlimi başlayıb

Emin Əmrullayev: Azərbaycanda basketbola maraq günü-gündən artır

Maqsud Adıgözəlov: "Sabah"ın gələn mövsüm Azərbaycanı Avropada layiqincə təmsil edəcəyinə inanıram

Naxçıvanda heyvanlarla rəhmsiz rəftar edən şəxslər cəzalandırılıb

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Milli Məclis Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavininə etirazını bildirib

Nəsimi rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

"Sabah" basketbol üzrə Azərbaycan çempionatının qalibi olub

® ABB Visa ilə birgə müştərilər üçün daha bir rəqəmsal imkan yaratdı

® Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına vəsiqə qazanıb

Qızıl Avropa Liqası: Azərbaycan millisi Belçikaya məğlub olub

Azərbaycan qadın voleybol millisi Rumıniyaya məğlub olub

SOCAR-ın Müşahidə Şurasının iclası keçirilib

Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş etdirilib

ABŞ-ın Men ştatının nümayəndə heyəti Laçın və Şuşaya səfər edib

Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə telefonla danışıb

Fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun tarixi açıqlanıb

ADNSU-da şəhid məzunun xatirəsinə həsr olunmuş sənədli film təqdim edilib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərinə səfər ediblər

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

DSMF və İşsizlikdən sığorta fondu ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir

Milli Məclisin növbəti iclasında yeddi məsələ müzakirə olunub

Türkiyə Prezidenti TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib

Ərdoğan: Qlobal sistem bütün amilləri ilə indiki reallıqlara uyğun olaraq yenidən qurulmalıdır

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur təşkil edilib

Prezident İlham Əliyevin liderliyi ilə suverenliyimiz qətiyyətlə təmin edilir ŞƏRH

“İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” - açıq mühazirə

“Elektromobillik üzrə Milli Planın hazırlanması” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

“Zəfərlə taclandırılmış müstəqillik” adlı dəyirmi masa keçirilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ali məktəb tələbələri arasında respublika olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib VİDEO

Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib

Bir sıra ölkələrə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi ŞƏRH

Tanınmış boksçu diskvalifikasiya oluna bilər

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında olublar

Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın suverenliyini daha da möhkəmləndirdi ŞƏRH

Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətiriliblər

Qırğızıstanın nümayəndə heyəti Azərbaycandakı qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılıb

DİM: Apellyasiya Komissiyası tərəfindən 580 şagirdin yazı işinə düzəliş edilib

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır

“Qarabağ”ın qapıçısının “Spartak”a keçə bilməməsinin səbəbi açıqlanıb

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılıb

Avstraliyada geni redaktə edilmiş buğda təqdim edilib

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

İlahiyyat İnstitutunun “Ziyalılarla görüş” layihəsi davam edir

Azərbaycan ilə Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb VİDEO

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir ŞƏRH

Azərbaycan Tibb Universiteti ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək

Türkiyəyə dörd ay ərzində 12,6 milyondan çox insan səfər edib

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib

Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi

“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

® “ABB Naxçıvan” filialını da yeniləyib!

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir ŞƏRH

Hərbi Prokurorluq əməkdaşları Daxili Qoşunların Vətən Müharibəsi qəhrəmanları ilə birgə ağac əkiblər

İtkin düşmüş hesab olunan daha bir şəhidimiz dəfn edilib

Minifutbol turnirinə yekun vurulub

Sus kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB VİDEO

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib

Turizm və Menecment Universitetində “Ekoloji gələcək həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib

Çindən Avropaya Xəzər dənizi üzərindən sınaq avtomobil daşımaları həyata keçirilib

Mütəxəssis: Havanın qeyri-sabit keçməsi ipəkqurdunun barama sarıma dövrünü bir neçə gün uzadacaq

Katiblik rəhbəri: Kommunal xidmətlərə qoşulmada əlçatanlığın təmin olması çox vacibdir

Ədəbiyyat Muzeyində “Yaşa, yaşa, çox yaşa!” adlı ədəbi-musiqili tədbir keçirilib

Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb

Qazax rayonunun dörd kəndinin azad olunması Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir RƏY

Azərbaycan Şahmat Federasiyasının növbəti konfransı keçirilib

Səhiyyə Nazirliyi Müstəqillik Günü ilə bağlı Şəkidə “İlk tibbi yardım - ikinci həyata addım” adlı fləş-mob keçirib

Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan-Tacikistan nümunəsi ŞƏRH

“Barselona” Xavi Ernandeslə yollarını ayırıb

Sərvər Bəşirli: “Vəfa mükafatı” verilərkən qardaş ölkənin nümayəndəsi kimi təqdim ediləndə çox həyəcanlandım VİDEO

“Qoca Şərqin ilk Cümhuriyyəti” - elmi konfrans