Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Çin münasibətlərində açılan yeni səhifə hər iki ölkənin strateji maraqlarına uyğun inkişaf edir - ŞƏRH

Azərbaycan və Çin münasibətlərində açılan yeni səhifə hər iki ölkənin strateji maraqlarına uyğun inkişaf edir -  ŞƏRH

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan və Çin arasında münasibətlər tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanıb, hər iki ölkə özünün milli maraqlarını müdafiə etmək və dünya iqtisadiyyatında daha fəal mövqe tutmaq məqsədilə sıx əməkdaşlıq edib. Son dövrlərdə, xüsusilə 21-ci əsrin əvvəllərindən etibarən bu əlaqələrdə yeni bir mərhələ başlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədovun AZƏRTAC-a şərhində bildirib ki, Azərbaycan-Çin tərəfdaşlığının əsasında dövlət başçılarının dostluq münasibətləri, bir-birilərinə olan etimadı, qarşılıqlı səfərlər, rəsmi şəxslərin və biznes nümayəndələrinin görüşləri dayanır.

“Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı istiqamətində növbəti bir addımdır. Dövlət başçısının səfərləri ölkələr arasında inteqrasiyanın daha da güclənməsinə və yeni-yeni əməkdaşlıq imkanlarının yaranmasına öz töhfəsini verərək uzunmüddətli perspektivlər yaradır. Artıq Azərbaycanın nəhəng istehsal mərkəzi kimi dünyanın ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövləti ilə genişmiqyaslı və uzunmüddətli əməkdaşlığına dair çoxsaylı razılaşmalar mövcuddur”,- deyə o qeyd edib.

Aqil Əsədovun sözlərinə görə, Çin kimi qüdrətli dövlətlə əməkdaşlıq etmək, müxtəlif sahələrdə yaxın münasibətlər qurmaq bir çox ölkələrin hələ də reallaşmayan arzularıdır: “Lakin Azərbaycan və Çinin inkişaf fəlsəfəsindəki oxşarlıqlar, hər iki ölkə liderinin etibarlı tərəfdaş olması, qlobal çağırışlara və beynəlxalq hüquqa həssas yanaşması Azərbaycanı Çin üçün, Çini də Azərbaycan üçün əhəmiyyətli edir. Coğrafi-strateji üstünlükləri daha da möhkəmləndirən düşünülmüş siyasət, zamanında verilmiş doğru qərarlar, proqram təminatlı dövlət idarəetməsi, hələ 25 il əvvəldən start götürən genişmiqyaslı infrastruktur quruculuğu Azərbaycanı regionun liderinə, qlobal əhəmiyyətli etibarlı tərəfdaşa çevirib. Artıq, bütün dünya təsdiq və qəbul edir ki, “...dediyini edən və etdiyini deyən” Azərbaycanın dövlət başçısı etibarlı tərəfdaş kimi hər zaman sülhü, təhlükəsizliyi, əməkdaşlığı dəstəkləyir. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə hər bir layihədə rəqabətə deyil, əməkdaşlığa üstünlük verir.

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində istehsal, investisiya, ticarət, nəqliyyat, enerji, təhsil, əqli mülkiyyət, ədliyyə və s. istiqamətlərdə Azərbaycan-Çin əməkdaşlığını nəzərdə tutan 20-yə yaxın mühüm sənəd, hərtərəfli strateji tərəfdaşlıqla bağlı Birgə Bəyanat imzalanıb. Bütün bunlar dünyanın ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövləti ilə münasibətlərdə yeni səhifənin – daha yaxın əməkdaşlıq, daha böyük ticarət dövriyyəsi, daha intensiv daşınmalar, tranzitdən daha çox gəlir əldə etmək, irihəcmli və genişmiqyaslı qarşılıqlı investisiya qoyuluşları, kosmik, elmi-texniki, rəqəmsallaşma istiqamətlərində əməkdaşlıq, vizaların ləğvi, “Kəmər, yol” üzrə əməkdaşlıqların daha da dərinləşdirilməsi və s. kimi perspektivlərin yer aldığı səhifənin başlanğıcıdır”.

İİTKM-in şöbə müdiri bildirib ki, Azərbaycan özünün aqrar məhsullarını, xam neft və qazını Çin bazarlarına ixrac etməkdə maraqlıdır.

“Çin isə Azərbaycanda infrastruktur layihələrinə və texnoloji sahələrə investisiyalar yatırmaqla burada uzunmüddətli iqtisadi əlaqələr qurmağı hədəfləyir. İki ölkə arasında əlaqələr yalnız iqtisadi deyil, həm də strateji əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Çinlə olan siyasi əlaqələri gücləndirməklə, həm də özünün beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir. İmzalanan sənədlərə əsasən, iki ölkə arasında elm-təhsil əlaqələri də inkişaf edəcək, hər iki tərəf təhsil sahəsində qarşılıqlı layihələrə dəstək verəcək ki, bu da universitetlər, məktəblər arasında əməkdaşlığa təkan olacaq. Nəticədə azərbaycanlı gənclərin yeni texnologiyalara çıxışı, bu sahədə bilik əldə etmək imkanları asanlaşacaq. Nəzərə alaq ki, dünyanın nəhəng istehsal mərkəzi olan Çin, həm də əhalisinin sayına görə Hindistandan sonra dünyada ikinci yerdədir. Bu isə o deməkdir ki, dünya əhalisinin 20 faizə yaxını və ya 1,5 milyarddan çox insan Çin dilində danışır. Elm-təhsil, mədəniyyət, turizm və s. sahələrdə inteqrasiyanın bir üstünlüyü də odur ki, Çin dilini mənimsəyən azərbaycanlıların sayı artacaq. Bu isə Çində tətbiq edilən “nou-hau”ların, innovasiyaların daha yaxşı mənimsənilməsinə, qlobal çağırışlara uyğun mütəxəssislərin formalaşmasına öz töhfəsini verəcək”, - deyə şöbə müdiri bildirib.

Aqil Əsədovun sözlərinə görə, səfərin daha bir mühüm nəticəsi iki ölkə arasında viza rejiminin ləğv edilməsidir: “Çin dünyanın ən böyük turist bazarlarından biri olmaqla yanaşı, Azərbaycanın unikal təbiəti, tarixi abidələri və mədəniyyəti ilə maraqlanır. Artıq 1,5 milyarddan çox əhalisi olan Çindən ölkəmizə yaxın zamanda minlərlə turistin gəlməsi reallıqdır və turizm sektorunun buna hazır olması vacibdir. Eyni zamanda, Azərbaycan və Çin arasında uçuşların artırılması, Çində fəaliyyət göstərən Azərbaycan Ticarət evlərinin də imkanlarından istifadə edərək turizm sahəsində təbliğat işlərinin aparılması ikitərəfli münasibətləri gücləndirmək baxımından əhəmiyyətli ola bilər və iki ölkə arasında turizm sənayesinin inkişafına müsbət təsir göstərər.

İmzalanan sənədlər yaşıl enerji zonası elan edilmiş ərazilərə, enerji sektoruna Çin investisiyalarının cəlb edilməsinə imkan yaradacaq ki, nəticədə həm də Çinin Azərbaycanın enerji sahəsindəki əsas tərəfdaşlarından biri olmağa davam edəcəyi gözlənilir. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsindəki mühüm rolu da bu ölkənin regional və qlobal güc mərkəzlərində daha da möhkəmlənməsinə şərait yaradacaq.

Ölkəmizin əlverişli nəqliyyat-tranzit imkanları Çin məhsullarının Avropa, Ərəb körfəzi, Afrika ölkələrinin bazarlarına çıxışı üçün cəlbedicidir. Birbaşa Çin lideri Si Cinpin ideyası kimi “regional əlaqələri gücləndirmək və daha parlaq gələcəyi əhatə etmək üçün bir cəhd” adlandırılan “Bir kəmər, bir yol” layihəsinin uzunmüddətli hədəfi Çin məhsullarının adıçəkilən bazarlara daha çevik çıxışını təmin etməkdir. Bu mənada ölkələrimiz arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planının, beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi xüsusilə diqqəti cəlb edir. Nəzərə alsaq ki, Azərbaycanın infrastruktur təminatı illik 25 milyon ton yük buraxıcılıq qabiliyyətinə malikdir və Zəngəzur dəhlizinin açılması isə bu həcmi 35 milyon tona qədər artırmağa imkan verəcək, eləcə də ölkəmizdən keçən daşıma marşrutları daha qısadır, onda Çin məhsullarının hədəf bazarlarına çıxarılmasında Azərbaycanın əhəmiyyəti aydın olar. Bu mənada nəqliyyat-tranzit əlaqələrinə iki ölkə arasında münasibətlərin mühüm istiqaməti kimi yanaşılması zəruridir”.

İİTKM-in şöbə müdiri əlavə edib ki, Azərbaycan-Çin münasibətləri, yalnız iqtisadi və siyasi əlaqələrin inkişafı ilə məhdudlaşmır, həm də regional və qlobal məsələlərdə əməkdaşlığın dərinləşməsi ilə əhatə olunur.

“Hər iki ölkə, beynəlxalq müstəvidə bir-birinin mövqelərini dəstəkləyir və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində addımlar atır. Azərbaycan və Çin arasında münasibətlərdə açılan yeni səhifə hər iki ölkənin strateji maraqlarına uyğun şəkildə inkişaf etməkdədir. Bu əməkdaşlıq, yalnız iqtisadi sahədə deyil, həm də siyasi, mədəni və sosial sahələrdə geniş imkanlar təqdim edir. Dövlət başçılarının birlikdə müzakirə etdiyi məsələlər, imzalanan sənədlər, rəsmi şəxslərlə, iş dünyasının nümayəndələri ilə keçirilən görüşlər əsasında Azərbaycanın Çinlə olan əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyi və bu tərəfdaşlığın həm regional, həm də qlobal səviyyədə daha əhəmiyyətli olacağı şübhəsizdir. Bütün bunlar Azərbaycan və Çinin strateji hədəflərə doğru birgə addımlayacağını özündə tövsif edir”,- deyə A.Əsədov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbdə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla yad edilib

Bu gün Misli Premyer Liqasının sonuncu turun oyunlar keçiriləcək

Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var

Dünya birjalarında neft bahalaşıb

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş olub

Dünya bazarında qızıl 71 dollaradək bahalaşıb

İndoneziyada BMT-nin Qlobal Sazişi çərçivəsində fəaliyyət platformasının yüksək illik iclası keçirilib

Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib

Azərbaycan neftinin qiyməti 67 dolları ötüb

Media: Tramp Avropa ölkələrinin Çin mallarına yeni tariflər tətbiq etməsini istəyir

Könlümün sevgili məhbubu mənim...

Mahir Tağızadə: Səhnənin sehri məni həmişə özünə cəlb edib - MÜSAHİBƏ

ABŞ qoşunlarını Cənubi Koreyadan çıxarır?

Deputat: Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir

Aleksandar Vuçiç: Serbiya-Macarıstan tarixdə ən yaxşı münasibətlərə malikdirlər

Türkiyə universitetinin dekanı: Qərbi Azərbaycan reallıqlarının təbliği bütün dünyanı əhatə etməlidir

Mixail Qusmanın BMT-nin 80 illiyinə həsr olunmuş filminin premyerası Cenevrədə keçiriləcək

Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlıq Astana forumunun diqqət mərkəzindədir

Bitki mənşəli qidalarla qidalanma diabetli yetkinlərdə çəki azalmasına səbəb olur - TƏDQİQAT

Nigar Arpadarai: Panamanın zəngin biomüxtəlifliyi onu iqlim dialoqunda güclü səsə çevirir

Moskvada Azərbaycanın İkinci Dünya müharibəsinə verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Zaqatalada avtomobil piyadanı vurub

Ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq

Ukrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib

Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır

“Napoli” İtaliya çempionu olub

Avroliqada ikinci finalçı bəlli olub

Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb

Elvin Əlizadə: Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq

Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib

Sankt-Peterburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Orlov vilayətində helikopter qəzaya uğrayıb

Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsi reallaşıb

Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib

ADMİU ilə Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

Tat-evi monastırının qaranlıq tarixi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Avroliqa: “Fənərbağça” finala vəsiqə qazanıb

AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Adanada Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib

UNEC-in 95 illik yubileyi kontekstində xarici dillərin tədrisində strateji uğurlar

Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti iclası keçirilib

“Biz Heydər Əliyev məktəbini öyrənirik” adlı maarifləndirici tədbir keçirilib

Rumıniya mediası: Azərbaycanla əməkdaşlıq sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilir

Misirin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

İordaniya mətbuatında Qərbi Azərbaycan irsi haqqında məqalə dərc edilib

Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir

Həqiqətin matrisası və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı - Məqalə

“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans

“Cinayət yolu ilə əldə edilmiş ƏL/TMM-də nəzarət orqanlarının rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Mərakeşdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində konsert proqramı təşkil olunub

Milli Məclisin plenar iclasında daha 13 məsələ müzakirə olunub YENİLƏNİB  VİDEO

Milli Məclisin plenar iclasında daha 13 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib

Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sankt-Peterburqda Xəzər dənizinin səviyyəsinin enməsi və regional ekoloji əməkdaşlıq məsələləri müzakirə olunub

Prezident Kitabxanasının direktoru elmi konfransda çıxış edib

Azərbaycan - Türkiyə hərbi əməkdaşlığı genişləndirilir

Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Köhnə avtomobillər burada utilizasiya edilir -  REPORTAJ  VİDEO

Köhnə avtomobillər burada utilizasiya edilir - REPORTAJ VİDEO

Laçında "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışlarının qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 3 sentyabr tarixli Q21-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana təhvil verilib

“Cawa Media” agentliyi Bakıda minifutbol üzrə dünya çempionatının açılışından yazıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

® “A-Solutions EPT”nin baş icraçı direktoru “M360 Eurasia 2025”də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

Qarabağda keçirilən “Gənc Mütəxəssislərin Peşə Ustalığı” yarışları başa çatıb

Möminə xatun türbəsinin bərpası tarixi abidənin gələcək nəsillərə ötürülməsi baxımından böyük önəm daşıyır - ŞƏRH

TDT-nin qeyri-rəsmi Zirvə görüşü yeni inteqrasiya mərhələsinin təməlidir ŞƏRH

Audiovizual məhsulların istehsalı və yayımı üzrə növbəti müsabiqə elan edilib

Audiovizual Şura Jurnalistika fakültəsinin tələbələri üçün seminar təşkil edib

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin iyun ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb

Brüssel Macarıstanın razılığı olmadan da Ukraynanın Aİ-yə üzvlüyü üzrə danışıqlara başlamağı planlaşdırır

Naxçıvanda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılış mərasimində çıxış edib

Bakı və Sumqayıtda attestasiya proqramı çərçivəsində görüşlər davam edir

Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Belçikalıların Kralı Filipdən

Yeni cihaz hava-damcı infeksiyalarının əlamətlərini müəyyən edir

AHİTA və Velosiped İdmanı Federasiyası əməkdaşlığı gücləndirir

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib