Azərbaycan və Özbəkistan arasında müdafiə sənayesi sahəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunur





Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparatının rəhbəri Samir Ağabalayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Özbəkistanın Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktorunun dəvəti ilə baş tutan səfərin məqsədi iki ölkə arasında müdafiə sənayesi sahəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinin aparılmasıdır.
Səfər çərçivəsində S.Ağabalayev Özbəkistanın Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə müdafiə sənayesi sahəsində münasibətlərin tənzimlənməsi üzrə mövcud qanunvericilik təcrübəsi müzakirə edilib.
Səfər mayın 15-də yekunlaşacaq.