“AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Ramiz Abutalıbovun tərtib etdiyi və Moskvada rus dilində nəşr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti” (Azerbaydjanskaya Demokratiçeskaya Respublika) kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə filologiya elmləri doktoru Qulu Məhərrəmli, professor Şirməmməd Hüseynov, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, tarix elmləri doktoru Cəmil Həsənli və başqaları çıxış edərək kitabın məziyyətindən danışmışlar. Vurğulanmışdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunmuş xeyli sanballı kitab nəşr olunmuş, qəzet və jurnal materialları çap edilmişdir.
Natiqlər bildirmişlər ki, bu kitab Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin geniş qeyd edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı çərçivəsində çap olunan ilk nəşrdir. Rus dilinin daha geniş auditoriyanı əhatə etdiyinə görə, tədbirdə kitabın rus dilində çap edilməsinin əhəmiyyəti yüksək dəyərləndirilmişdir.
Azərbaycanlı alimlərlə yanaşı, kitaba giriş sözü yazmış rus jurnalisti Aleksandr Qoryaninin böyük bir məqaləsinin burada verilməsi müsbət hal kimi qeyd edilmişdir.
Ramiz Abutalıbov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]