AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TARİXİMİZDƏ DƏRİN İZ BURAXMIŞDIR
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Akademiyanın rəisi, general-mayor Ramiz Nağıyev tədbirdə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını qeyd etmiş, cəmi 23 ay yaşamış bu dövlətin fəaliyyətinin çox ağır, çətin bir dövrə təsadüf etməsindən və süqutunun səbəblərindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə dərin iz buraxmışdır.
Tarix elmləri namizədi Nazir Əsədov, tarix elmləri doktoru Əli Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, o dövrün ictimai-siyasi prosesləri, tarixi şəxsiyyətlərin fəaliyyəti, cümhuriyyətin süqutuna zəmin yaradan amillər barədə danışmışlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]