Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TARİXİNİN AKTUAL PROBLƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ SESSİYA BAŞA ÇATDI

Mayın 26-da Bakı Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi sessiyanın sonuncu - on səkkizinci iclası olmuşdur. 

İclası BDU-nun rektoru, AMEA-nın müxbir üzvü, Abel Məhərrəmov açmış, sessiya iştirakçılarını Respublika günü münasibətilə təbrik etmişdir.

Cümhuriyyəti qurub-yaradan şəxsiyyətlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

BDU-nun tarix fakültəsinin dekanı, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov “Dövlətçiliyimizin tarixində Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda məruzə etmişdir.

Natiq demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi bizim siyasi varlığımızın, dövlətçiliyimizin tarixidir, müstəqil Azərbaycanın bayrağının, gerbinin, himninin, çağdaş respublika quruculuğunun, Bakı Dövlət Universitetinin tarixidir. Bir sözlə, tariximizin elə bir məqamı yoxdur ki, Cümhuriyyət tarixini vərəqləyərkən orada biz ayrı-ayrı ibrətamiz səhifələr tapmayaq. Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə ağır bir şəraitdə fəaliyyət göstərsə də, 5 min illik dövlətçilik ənənələrimizi dirçəldə bildi. Bu, xalqda böyük inam yaratdı, onda siyasi varlıq ruhunu yenidən oyatdı. Biz Cümhuriyyət xadimlərini bir də ona görə qədirbilənliklə xatırlamalıyıq ki, çətinliklərə və maneələrə baxmayaraq, onlar Azərbaycan dövlətçiliyi ənənələrini qoruyub saxlaya bildilər. Bundan əlavə, bütün Şərqdə, türk dünyasında ilk dəfə olaraq parlamentli respublika yaratdılar.

Məruzəçi vurğulamışdır ki, biz Cümhuriyyət yolunun və ənənələrinin yaşadılmasında Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevə minnətdar olmalıyıq. XX əsrin 90-cı illərinin əvvəllərində yenə də Şimaldan və Cənubdan, Şərqdən və Qərbdən sıxışdırıldığımız bir şəraitdə məhz Heydər Əliyev tarixdə şəxsiyyətin rolunu sübut etdi, onun sayəsində Azərbaycan təhlükədən, parçalanmaqdan qurtuldu.

Sonra MEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərovun “Azərbaycançılıq Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin əsasıdır” mövzusunda məruzəsi dinlənilmişdir. O demişdir ki, Cümhuriyyət tarixini dərindən öyrəndikcə hiss edirik ki, müstəqil dövlət quruculuğu nə qədər mürəkkəb və ağır prosesdir. Biz bunun canlı şahidləriyik ki, müasir müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin fəaliyyəti nə qədər zəngindir, mürəkkəbdir, çoxcəhətlidir.

Məruzəçi Cümhuriyyət dövrünün siyasi partiyalarından, şəxsiyyətlərindən də danışmış, onların rolunu, partiyaların siyasi düşüncə tərzinin formalaşmasını təhlil etmişdir. O, Müsavatın tarixindən danışarkən 1917-ci ildə yaranmış bu partiyanın artıq 1919-cu ildə dağıldığını xatırlatmışdır. Partiyanın romantik düşüncələrin əsiri olduğunu vurğulayan natiq buna misal olaraq onun irəli sürdüyü və tarixin heç vaxt qəbul etmədiyi Qafqaz Konfederasiyası ideyasını yada salmışdır.

N.Cəfərov demişdir: Müsavat Partiyasının lideri Məmmədəmin Rəsulzadə Azərbaycanın tarixində görkəmli publisist, ictimai-siyasi xadim kimi böyük yeri olan bir insandır. Amma mən çox istərdim ki, biz hər hansı bir şəxsiyyət, o cümlədən Rəsulzadə barədə danışanda onun fəaliyyətini əsas götürək, öyrənək və bilək ki, dedikləri nədən ibarətdir. Dediklərindən hansı həyata keçib, keçməyibsə niyə keçməyib. Buna dövrmü, millətin səviyyəsimi, liderin romantikasımı imkan verməyibdir.

M.Ə.Rəsulzadə publisistikaya, siyasi düşüncəyə çox gənc yaşlarında gəlib, ali təhsili yox idi. Hümmətçi, sosial-demokrat kimi fəaliyyətə başlayıb. “Hümmət”, “Təkamül”, “Yoldaş” qəzetlərini, sonralar isə birbaşa bolşeviklərin təsiri altına düşmüş qəzetləri redaktə edib. Təxminən beş il müddətində - iyirmi altı yaşınadək onun bütün düşüncəsi sosial-demokrat olub. Bundan sonra dövrün, zamanın tələblərinə uyğun olaraq, Müsavat liderinə çevrilibdir. Müsavat o dövrün ən populyar partiyası idi, buna baxmayaraq, ona dövrün ən intellektual partiyası, siyasi reallıqları dəqiq görən partiya demək olmaz. 1919-cu il dekabrın 7-də Azərbaycan parlamentinin birinci iclasında M.Ə.Rəsulzadə çıxışına bu sözlərlə başlayır ki, biz bu parlamenti, Milli Şuranın parlamentə çevrilməsini, bu müstəqilliyi qəbul edirik, amma siz hiss edirsiniz ki, biz çox ciddi taktiki dəyişikliklərə yol veririk, bu, bizdən irəli gəlmir, zamandan, dövrdən irəli gəlir və sair və ilaxır. Bu səpkili çıxışla, əslində, onu tənqid edə biləcək siyasətçilərə cavab verir ki, siz dünən dediklərinizi bu gün demirsiniz. Bu şəkildə gedən proseslər nəticə etibarilə Müsavatı Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində, əsasən, daha çox ictimai və populyar bir hadisəyə çevirir.

 

Natiq xatırlatmışdır ki, M.Ə.Rəsulzadəni ideoloq kimi səciyyələndirən əsərlərdən biri onun 1920-1922-ci illərdə Azərbaycanda gizlənərkən yazdığı “Əsrimizin Səyavuşu”dur. Təəssüf ki, bir çoxları həmin əsər haqqında çox səthi düşüncəyə malikdir. Bu əsərin ideyası ondan ibarətdir ki, Azərbaycan xalqı öz genetik mənsubiyyətinə görə bir iranlı atanın və bir türk ananın övladıdır. Firdovsinin “Şahnaməsi”ndə qoyulmuş fakturadır. Bu, əlbəttə, təkcə Rəsulzadəyə aid düşüncə tərzi deyildi. O zaman çoxları Azərbaycanın etnik spektrini bu şəkildə mürəkkəbləşdirirdi. Amma bu, siyasi liderin təqdimində tariximiz üçün tamamilə başqa cür nəticələnə bilər. Bizə Məmmədəmindən qalan bir söz də var: “Bir kərə yüksələn bayraq bir daha enməz”. Bu söz sonralar, milli hərəkat dövründə çox böyük rol oynayıbdır. Amma M.Ə.Rəsulzadə XX əsrin 40-cı illərindəki fəaliyyətində çox geniş spektrli taktiki səhvlərə yol vermişdir. Hətta ola bilərdi ki, bu bayraq Azərbaycana faşistlər tərəfindən, faşist bayrağının yanında, onun kölgəsində gətirilsin. Biz bu səpkili siyasi-ideoloji səhvləri unudub qiymət verəndə yenə səhv edə bilərik. Sual olunur: necə oldu ki, Azərbaycan ictimai şüurunda M.Ə.Rəsulzadənin qiyməti bu qədər yüksəldildi. Niyə, məsələn, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski kimi xadimlər, onlarca digər siyasətçilər, Rusiya dumasında bütün müsəlmanları, bütün türkləri təmsil edən böyük şəxsiyyətlər kölgədə qaldı? Cümhuriyyətin bütün siyasi-ideoloji zənginliyini XX əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərinin inersiyası bu cür bəsitləşdirdi.

Məruzəçi fikrini yekunlaşdıraraq demişdir ki, azərbaycançılıq böyük ideologiyadır, zəngin tarixi əsasları olan ideoıogiyadır. Biz bu ideoıogiyanı bütün tarixi ilə, bütün zənginliyi ilə, kompleks şəkildə götürməklə qiymətləndirə bilərik.

Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi Ataxan Paşayev Azərbaycan Xalq Cümhuriyyətini öyrənmək üçün mənbələr, Yazıçılar Birliyinin sədri , Milli Məclisin deputatı Anar Cümhuriyyət liderlərinin milli təfəkkürümüzün förmalaşmasında rolu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov Cümhuriyyətin təcrübəsinin siyasi dərsləri, MEA-nın prezidenti, akademik Mahmud Kərimov ilk demokratik respublikanın ənənələrinin yaşamasından danışmışlar.

Beynəlxalq elmi sessiyanın iclaslarının materialları toplu şəkildə çap olunacaqdır.

Yekun iclasında Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə iştirak etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nasir Kənani: Cənubi Qafqaza xarici hərbçilərinin yerləşdirilməsi xalqlarımızın maraqlarına cavab vermir

Rusiya Prezidenti: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verilib

Dilçilik İnstitutu Qazaxıstan Milli Avrasiya Universiteti ilə əməkdaşlıq edəcək

Prezident İlham Əliyevin Prezident Vladimir Putinlə təkbətək görüşü olub YENİLƏNƏCƏK

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası təqdim edilib

Xəzər dənizinin Azərbaycana mənsub sularına icazəsiz daxil olan iki İran vətəndaşı saxlanılıb

Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar

Britaniyada iki nəfər Çinə casusluqda ittiham olunur

“Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimatı keçirilib

Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlanıb

Zümrüd Dadaşzadə: Fərəc Qarayev Azərbaycan musiqi mədəniyyətində müstəsna rola malikdir

Ağdərədə odlu silahlar tapılıb

Mütəxəssis: Xora həzm sistemi xəstəlikləri arasında geniş yayılıb

Cəbrayıl sakini doğma rayonuna 70 baş dəvəsilə qayıtmaq istəyir FOTO

İctimai şuranın üzvləri “Qaradağ” Günəş Elektrik Stansiyasında olublar

Azərbaycan Gürcüstanla nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

® “Baku Steel Company” QSC Almaniyada “Tube 2024” sərgisində Azərbaycanı təmsil etdi VİDEO

Paris müəllimləri məktəblərdəki acınacaqlı vəziyyətə etiraz edirlər

“El Klasiko”da zədələnən futbolçu Avropa çempionatını buraxa bilər

Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 24 metrə çatır

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi Beynəlxalq Maarif Məktəbində yaradılmış şəraitlə tanış olub

Azərbaycanda pomidor sahələrinin sığortasına başlanılıb

Peskov: Rusiya ilə Azərbaycanın iqtisadi-ticari əlaqələri genişləndirməsi üçün potensialı var

Kanq Cie: Fiberoptik xətlərin çəkilməsi ilə Azərbaycan çox mühüm məlumat mərkəzinə çevriləcək

Mikayıl Azaflının şeirləri yeni kitabda

Ermənipərəst fransız siyasətçi öz vəzifəsindən sui-istifadə edir

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” liderlə xal fərqini minimuma endirib

Koreya şirkətlərinə Azərbaycanda biznes üstünlükləri barədə seminar keçirilib

Əlcəzair parlamentariləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı Müasir Musiqi Cəmiyyəti Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş konsert təşkil edəcək

Yeni nəşr: “Türk folklorşünaslığı tarixində İqnats Kunoş adı”

ANAMA: Ötən həftə 452 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Bu gün Beynəlxalq Yer Günü kimi qeyd olunur

“Utancaq qız” növbəti dəfə səhnədə

Prezident İlham Əliyevin Rusiyaya səfəri: Ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə

FHN-in Aran Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Rusiya Prezidentinin köməkçisi: Heydər Əliyev adamlarla ünsiyyət qurmağı bacarırdı

Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri yekunlaşıb

XXI əsrin bombardirləri: Bir təqvim ilində 40 və daha çox qol vuranlar

Bu il 530-dan çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

“Məhəmməd Füzuli: elm, bilik, fəlsəfə” - seminar

KTMT Ermənistanın bu təşkilatda fəaliyyətinin davam etdiyini bildirib

BDU-nun magistrantı Çexiyanın Karlov Universitetinin doktoranturasına qəbul olub

Nəsimi rayonunda silah və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

KTMT-nin baş katibi: Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin edəcək öz qüvvələri var

Bu il Çindən Azərbaycana gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq

Dünyada silahlanmaya xərclənən vəsaitin həcmi rekord həddə çatıb

Azərbaycanlı alim Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib

“Dərinsulu Günəşli” platformasından indiyədək 18 milyard kubmetrdən çox qaz hasil edilib

Birinci siniflərə qəbulla bağlı ən çox verilən suallar cavablandırılıb

Monitorinq: Xırdabuynuzlu heyvanların taunu xəstəliyi ilə bağlı şübhəli hal aşkarlanmayıb

ADSEA və BP su sisteminin yaradılması və bərpası məqsədilə birgə 3 layihə icra edəcək

Dövlət Komitəsinin saytından dəstək xəttinə artıq birbaşa zəng etmək mümkündür

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı açıqlanıb

Fərid Şəfiyev: Azərbaycan Çinlə iki platformada dialoq aparmalıdır VİDEO

İsrail ordusunun hərbi kəşfiyyat rəisi istefaya gedir

Ekvadorlu futbolçu: Bütün diqqətimi “Sumqayıt”la avrokuboklara vəsiqə qazanmağa yönəltmişəm

Ekvadorda həbsxana rəisi öldürülüb

“Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış” -panel müzakirə

Federasiya prezidenti Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib

Gürcüstan parlamentariləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Məktəblilərin iştirakı ilə “EcoGreenAction” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Mərkəzi Elmi Kitabxananın fonduna yeni daxil edilən nəşrlərin sərgisi keçirilir

“Neftçi”nin basketbolçusu: Kuboku qazanaraq hədəflərimizi daha da böyütdük

Türkiyə Prezidenti İraqa rəsmi səfər edib

Sankt-Peterburqda “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olacaq

ABŞ və Filippin Cənubi Çin dənizində döyüş təlimlərinə başlayıb

Birinci sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblər bəlli olub

Azərbaycanın rayonlarının bəzi yerlərində gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir

Türkiyəli qonaqlar Ədəbiyyat Muzeyindən xoş təəssüratla ayrılıblar

“Bilim Bakı” mərkəzinin şagirdləri Türkiyədə uğur qazanıblar

Bakıda 72 yaşlı qadın itkin düşüb

Panel müzakirə: Turizm təhsilində ən yaxşı təcrübələr

Stoltenberq: NATO Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmalıdır

Bu gün kişi voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Dövlət Turizm Agentliyinin aparat rəhbəri: Əsas məqsəd turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrini bir yerə toplamaqdır

Çinin böyük şəhərlərinin təxminən yarısı çökmə riski ilə üzləşib

Kökenhof – gül krallığı və ya sarı zanbağın sirri

Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində silsilə materiallar hazırlanıb

Yasamalda 4 kiloqrama yaxın narkotik vasitə ələ keçirilib VİDEO

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

QDİƏT-in Baş katibi: Azərbaycanda turizm sektoru günü-gündən inkişaf edir və nəticələri də göz qabağındadır

“Tesla” bir neçə ölkədə elektromobillərinin qiymətlərini endirib

Paytaxt məktəbində ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib VİDEO

Azərbaycan millisinin UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb

Magistraturaya qəbul imtahanı verəcək bakalavrların nəzərinə

“Neftçi” klubu “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib

Anjey Duda: Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır

Yeniyetmə boksçular Şəkidə yarışırlar

Lənkəranda fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb

“Yusup Abdrahmanov: dövlətçilik və qardaşlıq bağları” - tədbir

Azərbaycan cüdoçuları Avropa Kubokunda 6 medal qazanıblar

Deputat: Azərbaycanla Çin arasında iqtisadi və siyasi sahədə əlaqələr prioritet təşkil edir

Latviya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək