Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb VİDEO

Bakı, 18 fevral, AZƏRTAC

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş ayrı-ayrı cinayət faktlarına dair epizodlar, habelə Azərbaycan Respublikasının hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib.

Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təcavüzkar müharibənin gedişində törədilmiş ayrı-ayrı cinayət faktları və iş üzrə təqsirləndirilən şəxslərin həmin cinayətlərdə iştirakına dair ittiham aktının nəticəvi hissəsini elan ediblər.

Bildirilib ki, 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb, 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.

Sonra dövlət ittihamçısı Təranə Məmmədova təcavüzkar müharibənin gedişində törədilmiş bir sıra konkret cinayət faktlarını sadalayıb.

Qeyd edilib ki, 1988-ci ilin fevralından başlayaraq Xankəndi şəhərində yerləşən Xankəndi Pedaqoji İnstitutunda müəllim işləyən azı 17 pedaqoji işçi, habelə ali təhsil alan azı 17 azərbaycanəsilli tələbə məhz azərbaycanlı olduqları üçün məcburi qaydada kütləvi şəkildə həmin institutdan qovulub.

1988-ci il fevralın 20-də - Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərarın çıxarılaraq SSRİ Ali Sovetinə göndərilməsindən cəmi bir gün sonra, yəni, 1988-ci il fevralın 21-də Əsgəran rayonu ərazisində odlu silahlarla aramsız atəşlər açılması nəticəsində Xankəndi şəhərinin dinc mülki sakini Əhmədov Əhməd Bəhmən oğluna güllə yarası xəsarəti yetirilib.

1988-ci il iyulun 9-da milis orqanlarına daxil olmuş məlumat əsasında həmin ilin mart-aprel aylarında Xankəndi şəhərində yerləşən Kondensator zavodunda müxtəlif qurğular vasitəsilə kustar üsulla hazırlanmış silahlar və partlayıcı qurğular, habelə əl qumbaraları aşkar edilərək götürülüb.

1988-ci il sentyabrın 20-də Xocavənd rayonunun Günəşli kəndinə odlu silahlardan və tüfənglərdən istifadə olunmaqla edilmiş hücum nəticəsində həmin kəndin dinc sakini Balakişiyev Məhəmmədəli Qəhrəman oğlu qəsdən öldürülüb.

Qarabağ İpək kombinatının təmir-tikinti sahəsinin rəisi Ayrapetyan Slavik Calaloviç, kombinatın partiya komitəsinin katibi Köçəryan Robert Sedraki, baş mühəndis Simonyan Vladimir Semenoviç, həmkarlar təşkilatının sədri Mesropyan Bella Surenovna və qeyriləri 1988-ci ilin sentyabr ayı ərzində iş yerinə buraxmamaqla və hədə-qorxu gəlməklə Qarabağ İpək kombinatında işləyən azərbaycanəsilli şəxsləri kütləvi şəkildə iş yerindən qovaraq əmək hüquqlarından zorla məhrum ediblər.

Ermənistan Respublikası silahlı qüvvələrinin törətdiyi çoxsaylı cinayətləri videolentə alaraq dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndinə ezam olunmuş Azərbaycan Dövlət Televiziyasının “215 KL” studiyasının rəhbəri, jurnalist Mustafayev Çingiz Fuad oğlu həmin gün saat 11:00 radələrində çəkiliş apararkən yaxınlığına düşüb partlamış minaatan mərmisinin qəlpələrinin bədəninin müxtəlif nahiyələrinə dəyməsi nəticəsində qəsdən öldürülüb.

2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və mülki əhaliyə zirehli texnikalardan atəş açılıb, “OQ-9M” markalı 73 millimetr çaplı, qəlpəli qumbaranın Alxanlı kəndinin ərazisinə düşərək partlaması nəticəsində kəndin dinc sakinləri Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü azyaşlı Quliyeva Zəhra Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq qəsdən öldürülüb.

2020-ci il iyulun 14-də Ermənistan Respublikasının Tavuş vilayəti Berd rayonu Movses kəndi ərazisində yerləşən mövqelərdən və ələ keçirilmiş “Ara postu” adlanan döyüş mövqeyindən iriçaplı artilleriyadan Müdafiə Nazirliyinin Tovuz rayonunun Ağdam kəndində yerləşən “N” saylı hərbi hissəsinin müvafiq döyüş postunun yaxınlığında qurulmuş sığınacaq istiqamətində atəşlər açılıb, atılmış mərminin sığınacağa düşərək partlaması nəticəsində general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu və gizir Babayev Yaşar Vasif oğlu qəsdən öldürülüb.

2020-ci il oktyabrın 2-də işğal altında saxlanılan Ağdərə, Ağdam rayonları və digər ərazilərdəki mövqelərdən “Qrad” (“BM-21”) reaktiv yaylım atəş sistemlərindən, iriçaplı digər silahlardan Tərtər rayonunun hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, dinc əhalinin sıx yaşadığı yerlərinə açılmış çoxsaylı atəşlərin mərmilərindən birinin Tərtər Rayon Prokurorluğunun inzibati binasının qarşısında avtomobil yolunun üzərinə düşüb partlaması nəticəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayət faktlarına görə başlanmış cinayət işləri üzrə yaradılmış istintaq qruplarının üzvü, Sumqayıt Şəhər Prokurorluğunun Tərtər Rayon Prokurorluğuna ezam olunmuş böyük müstəntiqi Həsənov Ozal Mübariz oğluna sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilib.

Daha sonra çıxış edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev elan edib ki, 1990-cı illərin əvvəllərindən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində müxtəlif iri və kiçikçaplı silahlar, sursatlar, artilleriya qurğuları, raketlərdən atəşlər açılmaqla edilmiş silahlı hücumlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin müdafiə arsenalına aid 908 milyon manatdan artıq dəyərdə hərbi əmlaklar məhv edilib, yararsız hala salınıb və ya ələ keçirilib.

2001-ci ilin əvvəllərindən 2021-ci il mayın sonlarınadək olan müddət ərzində “İsgəndər-M” əməliyyat-taktiki təyinatlı ballistik raketi, “Toçka-U” taktiki raket kompleksi, “9K33 OSA” özüyeriyən zenit raket kompleksi, “S-8” idarə olunmaz təyyarə raketi, “Smerç”, “TOS-1A Solntsepek” sistemləri, “İqla-S” zenit-raket kompleksləri, tank əleyhinə idarəolunan “Konkurs” və “Kornet” raketləri, “RPQ-26” qumbaraatanları və digər iriçaplı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular qanunsuz əldə edilərək Rusiya Federasiyasından gizli üsullarla Ermənistan Respublikasına, oradan isə Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində əvvəllər işğal altında olmuş Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq qurulmuş mühəndis-istehkam mövqelərinə yerləşdirilməklə Azərbaycana qarşı təcavüzkar müharibədə istifadə edilib.

Eyni zamanda, təcavüzkar müharibə nəticəsində mülki infrastruktura Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 5,2 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının mülki infrastrukturuna, iqtisadiyyatına, ekologiyasına, müdafiə arsenalına və digər sahələr üzrə Azərbaycan Respublikasına ümumilikdə 100 milyard manatdan artıq maddi ziyan vurulub.

Yekunda Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxslər Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, Harutyunyan Arayik Vladimiri, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi, Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Babayan Madat Arakeli, Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Balayan Levon Romiki, Stepanyan Qurqen Homerosi, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti və Allahverdiyan Davit Nelsoninin ittiham olunduqları Cinayət Məcəlləsinin müvafiq maddələrini elan edib.

Bununla da iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.

Daha sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxslər Arayik Harutyunyana və Arkadi Qukasyana qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, onlara istinad edilən əməllərin hüquqi tövsifini, həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və təqsirləndirilən şəxslərin malik olduğu hüquqları izah edib, habelə özlərini təqsirli bilib-bilməmələrinə dair suallar ünvanlayıb.

Arayik Harutyunyan və Arkadi Qukasyan məhkəməyə müraciət edərək müdafiəçiləri ilə konfidensial görüş keçirmək istədiklərini, bundan sonra suallara cavab verəcəklərini bildiriblər.

Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin olunub.

Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyəti, onlara istinad edilən əməllərin hüquqi tövsifi və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzaların izah olunması, irəli sürülmüş ittihamlar üzrə özlərini təqsirli bilib-bilməmələrinə dair sualların aydınlaşdırılması ilə davam etdiriləcək.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlzın Vatikana dövlət səfəri təxirə salınıb

Tbilisidə torpaq çökməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Azərbaycanın U-21 yığması Şimali Makedoniya ilə oyunda heç-heçə edib

Azərbaycan millisi Belarus yığması ilə görüşdə məğlub olub

Vaşinqtonda Hakan Fidanla Marko Rubio arasında görüş keçirilir

Fransada Novruz bayramı qeyd olunub

Xankəndidə iftar süfrəsi açılıb

Venesiya 2150-ci ilədək daşqın riski ilə üzləşəcək

Fransada iki kəşfiyyat təyyarəsi toqquşub

Cənubi Koreyada Azərbaycan mədəniyyəti gecəsi və Novruz şənliyi təşkil olunub

Rustem Umerov: Ukrayna və ABŞ nümayəndələri Qara dənizin, enerji infrastrukturunun təhlükəsizliyini müzakirə ediblər

Xırdalanda restoranda baş vermiş yanğın söndürülüb

Bəzi marşrutların hərəkətində tam məhdudiyyət tətbiq olunacaq

Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər

Türkiyənin ailə və sosial xidmətlər naziri Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb

Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib

“ADA Universitetində Azərbaycanın enerji və sənaye sektoru üçün strateji proqrama başladıq” - Turin Politexnik Universitetinin rektoru ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi heç bir nəticə verməyəcək

Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

Fransanın dənizaşırı ərazilər naziri “nifrətə təhrik”də ittiham olunur

Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

Yuliya Klökner Almaniya parlamentinin yeni sədri seçilib

Narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanaraq götürülüb VİDEO

Azərbaycan Dillər Universitetində Çinin “Çunfen” bayramı qeyd olunub

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

Fransada bank işçiləri etiraz edirlər

Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

Fransada şəhər şurası Baş naziri istefaya çağırıb

® "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

BMT-nin Cenevrə ofisində Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub

Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək

Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Dünya birjalarında neftin qiyməti enib

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Qanunsuz saxlanılan odlu silah-sursatın götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib VİDEO

Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

Gəncə paxlavası: Tarixi qoruyub saxlayan dad

Əbu-Dabi AIM İnvestisiya Sammitinə ev sahibliyi edəcək

Hamburqda Novruz şənliyi təşkil olunub

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkarlayıblar - ARAŞDIRMA

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Bakıda qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

® Şuşada müqəddəs Ramazan günlərində iftar çadırları qurulub

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəmizə gətirilib VİDEO

Azərbaycanda 2024-cü ildə turizmdə 30 faiz artım əldə edilib

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO

Əlcəzair parlamenti “Fransız müstəmləkəçiliyinin kriminallaşdırılması”na dair qanun layihəsi hazırlayır

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar