Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan XİN Paşinyanın “France 24” telekanalında səsləndirdiyi iddialara cavab verib VİDEO

Azərbaycan XİN Paşinyanın “France 24” telekanalında səsləndirdiyi iddialara cavab verib VİDEO

Bakı, 23 fevral, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə ölkəmizə qarşı yenidən səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin səsləndirdiyi iddialara dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində qeyd edilib.

Bildirilib ki, Almaniya Kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir.

“Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, “Qərbi Azərbaycan İcması” üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır.

Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir.

Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir.

Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq”, - deyə XİN-in şərhində vurğulanıb.

Azərbaycan XİN Paşinyanın “France 24” telekanalında səsləndirdiyi iddialara cavab verib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ordusunda gender bərabərliyi ilə bağlı seminarlar təşkil olunub

İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında növbəti turun görüşləri keçirilib

Şuşada “Ürək-damar cərrahlarının Şuşa zirvəsi” adlı elmi toplantı keçirilir

Azərbaycan atıcısı lisenziya turnirində finala yüksəlib

Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

İsrail hava məkanını açıb

Bayden: İranın İsrailə qarşı hücumlarını ən kəskin şəkildə pisləyirəm

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar AZAL-ın bəzi reysləri gecikir

Qazaxıstanda daşqınlar səbəbindən 104 mindən çox insan təxliyə edilib

Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş aktrisa

Bu gün görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun doğum günüdür

“New York Times”: İran İsrailə 185 dron və 36 qanadlı raket atıb

İsrailin İranın zərbələrinə cavabı müttəfiqləri ilə razılaşdırılacaq

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilir

DİM bu gün növbəti imtahanlar keçirir  

İordaniya hava məkanını müvəqqəti olaraq aviasiya uçuşları üçün bağlayıb

İsrail ordusunun nümayəndəsi: Raket və dronların əksəriyyəti zərərsizləşdirilib - YENİLƏNİB -5

İtaliyanın Baş naziri Avropada aşağı doğum səviyyəsindən şikayətlənib

BMT-nin Baş katibi İranın İsrailə hücumunu pisləyib

ABC: İran İsrailə 150-yə yaxın kamikadze dronla hücum edib

Britaniya qırıcıları İsrailin müdafiəsinə cəlb olunub

ABŞ Prezidenti Yaxın Şərqdə baş verən son hadisələri milli təhlükəsizlik komandası ilə müzakirə edəcək

İraq hava məkanını bağlayıb

Britaniyanın Baş naziri İranın İsrailə hücumunu qınayıb

İlin əvvəlindən Ukrayna Təhlükəsizlik Xidməti 10-dan çox kəşfiyyat şəbəkəsini ifşa edib

İsrail aprelin 14-də saat 00:30-dan 07:00-a qədər hava məkanını bağlayır

Media: ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları İraq və İordaniya səmasındadır

"Beşiktaş" baş məşqçisi ilə yollarını ayırıb

Qazaxıstan Prezidenti daşqınlar səbəbindən Astana Beynəlxalq Forumunu ləğv edib

“Baharın rəngləri” yaradıcılıq turnirinin yekun sərgisi açılıb

İngiltərə Premyer Liqası: "Mançester Siti" qalib gəlib, "Tottenhem" darmadağın olub

Nizami Gəncəvi adına Xankəndi şəhər məktəbinin məzunları 41 ildən sonra görüşüblər

Roma Papası Rəcəb Tayyib Ərdoğana dünyada sülh üçün göstərdiyi səylərə görə təşəkkür edib

Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək ikinci pilləyə yüksəlib

“Young Lions Azerbaijan 2024” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şərq Ekspresi qatarları ilə Türkiyədə 3 ayda 35 mindən çox turist səyahət edib

Sidney şəhərindəki ticarət mərkəzinə bıçaqlı hücum nəticəsində 6 nəfər həyatını itirib

Quru Qoşunlarında birinci rübün yekunlarına dair iclas keçirilib

Həsirçi: Bu əl işlərinə maraq həddindən artıq azdır FOTO VİDEO

ATƏT sədri: Tərəflər Dnestryanı problemin sülh yolu ilə həllində maraqlıdırlar

Kürdəmirdə yol qəzası ölümlə nəticələnib VİDEO

Premyer Liqa: "Turan Tovuz" son dəqiqələrdə vurduğu qolla "Qəbələ"ni məğlub edib

Antalyada 23 saat davam edən təxliyə işləri başa çatıb

Filarmoniyada “Musiqi körpüsü” adlı konsert proqramı təqdim edilib

"Sabah" basketbol klubu ardıcıl ikinci dəfə müntəzəm mövsümün qalibi olub

FHN: “Maşın bazarı” adlanan ərazidə müxtəlif təyinatlı mağazalardan 4-ü yanıb

Üç xəzəryanı dövlətin sərhədçiləri Xəzərdə 60-dan çox brakonyer saxlayıblar

Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

Britaniyanın enerji təhlükəsizliyi üzrə naziri istefa verib

Ərdoğan: Beynəlxalq müstəvidə əməkdaşlıq və koordinasiyaya ehtiyac var

Tbilisidə mitinq keçirilir

Türkiyədə dünyanın ən uzunmüddətli festivalına start verilib

Naməlum şəxs Sidneydəki ticarət mərkəzinin ziyarətçilərinə bıçaqla hücum edib, 5 nəfər ölüb VİDEO

Baş katib: İnanıram ki, yarımfinalda rəqib olan basketbolçuları keçərək, finala yüksələcəyik

Azərbaycan məktəbliləri Çində Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcəklər

Kürdə batan altı yaşlı uşaq və atasının axtarışları davam edir VİDEO

“Maşın bazarı”nda mağazada baş vermiş yanğın söndürülüb YENİLƏNİB

Ceyhun Bayramov UNESCO-nun baş direktoru vəzifəsinə namizədə Azərbaycanın tövsiyələrini təqdim edib

Lisenziya turniri: Yarımfinala vəsiqə qazanan Azərbaycanın 3x3 basketbol millisi Niderlanda məğlub olub YENİLƏNİB

Gəncədə “Əsgərə məktub” layihəsi təşkil edilib

Şuşa Teatrında “Bəla” tamaşasının premyerası olacaq

Luis Alberto mövsümün sonunda Roma klubunu tərk edəcəyini açıqlayıb

Türkiyə qlobal nəqliyyat və logistika sektorunda 11-ci yerdədir

Gəncə Dövlət Filarmoniyasında "Xalqın mədəni sərvəti" adlı tədbir keçiriləcək

Premyer Liqa: “Araz-Naxçıvan” “Neftçi”yə, “Turan Tovuz” “Qəbələ”yə qarşı

Bakıda bağlı qapı arxasında köməksiz qalmış 3 və 5 yaşlı uşaqlar xilas edilib VİDEO

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Şərq cəbhəsində vəziyyət daha da gərginləşib

Bu ilin üç ayında DSMF-nin gəlirləri 1 milyard 673 milyon manat olub

Sabah havanın temperaturu 25 dərəcəyədək yüksələcək

Gəncədə evdə yanğın olub, ölən var

Dubay Beynəlxalq Hava Limanı dünyanın ən bahalı aeroportu hesab olunub

Şərurda avtomobil aşıb, sürücü xəsarət alıb

MN: Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir

Bu gün Ümumdünya Rok-n-Roll Günüdür

Norveçin səhiyyə naziri plagiat qalmaqalından sonra istefa verir

Antalyada baş verən kanat xətti qəzası nəticəsində kabinələrdə qalanların təxliyəsi davam edir VİDEO

Azərbaycan neftinin qiyməti 94 dolları ötüb

Səbail rayonundakı kafedən içərisində pul, üzük olan çanta oğurlanıb

BMT-də Azərbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib

Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir

Dünya birjalarında neft bahalaşıb

Azərbaycanın bədii gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

“Neftçi” “Araz-Naxçıvan”la oyuna itkilərlə çıxacaq

DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Azərbaycanın 3x3 basketbol millisi təsnifat turnirində növbəti oyununa çıxacaq

Fransa terrorçu simasını gizlədə bilmir - RƏY

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Səbail rayonunda onsəkkizmərtəbəli yaşayış binasına bitişik konstruksiya yanıb VİDEO

Keniyada ən azı 13 nəfər daşqınların qurbanı olub, 15 min nəfər təxliyə edilib

ABŞ-ın Memfis şəhərində polis və şübhəli şəxsin ölümü ilə nəticələnən atışma baş verib

Aİ komitəsinin sədri: Regionda sülh üçün konkret addımların atılmasının vaxtıdır

Delfin Pronk: Minaların təmizlənməsində Avropa İttifaqı Azərbaycanın ən böyük dəstəkçisidir

Muzeylər şəhəri Şəki Ramazan bayramı günlərində daha da canlanıb VİDEO

Almaniyada terror təhlükəsi səviyyəsi yüksəlib

Çinin xarici ticarəti 5 faiz artıb

Avstriya da öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

İtaliyada su elektrik stansiyasındakı partlayışda ölənlərin sayı 7-yə çatıb

Böyük Britaniya və ABŞ metal ticarəti sahəsində Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Dövlət katibinin müavini Türkiyəyə səfər edəcək