MƏDƏNİYYƏT
Azərbaycan Yazıçılar Birliyinin Şərqi Zəngəzur ofisinin açılması təklif olunub
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayına Azərbaycan cəmiyyətinin diqqəti çox böyükdür. Çünki AYB ciddi qurumdur və çoxları bu qurultaya qatılmaq istəyirdi. Ancaq yerlər məhdud olduğu üçün qonaqların siyahısını ehtiyatla tərtib edirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli qurultayda çıxışı zamanı söyləyib.
Qurultaya qədər böyük işlər görüldüyünü deyən Elçin Hüseynbəyli bildirib ki, 11 məruzənin hazırlanması bölmələrdə keçirilən iclaslar, qələbə ilə bağlı keçirilən kitab təqdimatları görülən işlərin bir hissəsidir.
Elçin Hüseynbəyli AYB-nin Şuşada və Cəbrayılda Şərqi Zəngəzur ofisinin açılması təklifini irəli sürüb.