CƏMİYYƏT
Azərbaycanda 2024-cü ildə 165 uşaq övladlığa verilib, 216 uşaq öz ailələrinə geri qaytarılıb

Bakı, 3 fevral, AZƏRTAC
2024-cü ildə 165 uşaq övladlığa verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ilin yekunları ilə bağlı hazırladığı hesabatda bildirilib.
Hesabat ili ərzində 30 uşaq himayədar ailələrə verilib.
216 uşaq reinteqrasiya tədbirləri nəticəsində müəssisələrdən öz ailələrinə geri qaytarılıb.
Həmçinin hesabat ilində nazirliyin qərarı ilə 271 uşaq müəssisəyə yerləşdirilib, 38 uşaq 18 yaşı tamam olduğuna görə müəssisəni tərk edib, 182 uşaq ailə himayəsində saxlanılıb.