Azərbaycanda 7 Xorvatiya şirkəti fəaliyyət göstərir
Bakı, 29 aprel, Elvin Camalov, AZƏRTAC
Azərbaycanda 7 Xorvatiya şirkəti fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 29-da Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
“Həmin şirkətlər tikinti, rabitə və digər sahələrdə çalışır. Bu görüşdə də yeni əlaqələr qurulacaq, qarşılıqlı investisiyaların qoyulması barədə danışıqlar aparılacaq. Hər iki ölkə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Biznes forumda 80-dən çox iş adamı iştirak edir”, - deyə o bildirib.